Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Türkiyədə gündə 10-15 kişiyə satılan qadından şok etiraflar
Türkiyədə gündə 10-15 kişiyə satılan qadından şok etiraflar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1884
Səs ver:
Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Əminə Adil qızı Akın cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Prosesə hakim Rasim Sadıqov sədrlik edir.


Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, təqsirləndirilən şəxs Azərbaycandan olan qadınları Türkiyəyə apararaq orada cinsi istismara məruz qoymağı təşkil edib.

Törətdiyi əmələ görə ona Cinayət Məcəlləsinin 144.1.1-ci maddəsi ilə (insan alveri) ittiham irəli sürülüb. Onu da bildirək ki, sözügedən cinayət işi üzrə məhkəmə prosesi qapalı keçirilir.

İstintaq yolu ilə müəyyən edilib ki, Əminə Ak türk vətəndaşı ilə ailə qurub (Ak soyadı da buradandır-red.). Türkiyədə yaşasa da mütəmadi olaraq Sumqayıta gəlib-gedib. 2010-cu ildə Sumqayıtda olarkən gözəllik salonunda işləyən tanışı Xatirə Tağıyevanı (ad və soyad etik mülahizələrdən dəyişdirilib-red.) aldadaraq onu İstanbulda yüksək məvaciblə gözəllik salonuna işə düzəldəcəyinə söz verib.

Maddi sıxıntı içində yaşayan X.Tağıyeva Əminənin sözlərinə inanaraq onunla getməyə razılaşıb. Əminə Xatirəyə pasport və bilet alaraq onu özü ilə birlikdə Türkiyəyə aparıb. Lakin mənzilbaşına çatandan sonra Xatirənin sənədlərini əlindən alıb. O, Xatirəni İstanbuldakı "İnci” otelinə apararaq orada müxtəlif kişi müştəriləri ilə görüşdürüb...

Əminə Ak isə məhkəmədə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Türkiyədən geyim əşyaları gətirərək Sumqayıtda satdığını bildirib: "Xatirə işlədiyi gözəllik salonundan işdən çıxmışdı. Çox adama borcu var idi, hamıdan gizlənirdi. Borclu olduğu şəxslərin onu polisə verdiklərini də mənə demişdi. Atası isə onu evdən qovmuşdu, Bakıda qohumlarının evində qalırdı.


Onu özümlə Türkiyəyə aparmağımı, mənimlə yol yoldaşı kimi getmək istədiyini, orada işləyib borclarını qaytarmaq niyyətində olduğunu dedi. Bir yerdə iki gün yol gəldik. Əvvəlcə oteldə qalsaq da sonra kirayə ev tutduq. Xatirə gözəllik salonunda işə düzəldi. Sonradan Xatirə ilə əlaqəmiz kəsildi. O, əvvəl kirayə tutduğumuz evdə qalırdı, mən isə Canerlə birlikdə yaşayırdım”.

Türkiyədə cinsi istismara məruz qalan X.Tağıyeva isə istintaqa verdiyi ifadəsində 2006-cı ildən etibarən Sumqayıt şəhərində müxtəlif gözəllik salonlarında işlədiyini göstərib: "Əminə işlədiyim gözəllik salonuna gəlib-gedirdi. Daimi müştərim idi. Əl işimdən razı qaldığına görə həmişə mənim yanıma gəlirdi. Mənə türk vətəndaşı ilə ailə qurduğunu və orada yaşadığını demişdi. Bir dəfə məndən niyə fikirli olduğumu soruşdu. Həmin vaxtlar ailəmdə problemlər yaranmışdı, maddi sıxıntı içində idim. Məcbur olub ailəmin borclarını ödəmək üçün faizə pul götürmüşdüm. Faiz məni sıxırdı deyə vaxtında qaytara bilmirdim. Borclu olduğum adamlar polisə şikayət etmişdilər. 25 min dollar borc içində idim.

Bunları Əminəyə danışanda o, mənə Türkiyədə işləməyi, borclarımı bu yolla qaytarmağı təklif etdi. Sənədlərim düzələndən sonra birlikdə Türkiyəyə yola düşdük”.

Zərərçəkmişin sözlərinə görə, Türkiyədə olarkən Əminə onu zorla fahişəliyə məcbur edib: "Əminə mənə "sən İnterpol xətti ilə axtarışdasan, burada sənə iş icazəsi almaq çətin olacaq, yaxşısı budur fahişəliklə məşğul ol, pullarını yığ, borclarını qaytar” desə də razılaşmadım. İki gün sonra isə paltar almaq adı ilə məni Kadıköyün mərkəzinə apardı. Orada iki nəfər türk vətəndaşı ilə rastlaşdıq. Əminə həmin şəxsləri özünün dəvət etdiyini, onlardan biri ilə cinsi əlaqədə olmağımı tapşırdı. Razılaşmadıqda aramızda mübahisə yarandı. Əminə hədə-qorxu gəldiyinə görə onlarla birlikdə otelə getdim. Oteldə narazılığımı bildirəndə Əminə saçımdan yapışıb başımı divara çırpdı. Ağlamağa başladım. O, buna məhəl qoymayıb pasportumu əlimdən aldı. Həmin şəxslərdən biri ilə məni otağa saldı. O gündən etibarən Əminənin nəzarəti altında məcburən fahişəliklə məşğul olmağa başladım”.


İnsan alverinin qurbanı olan X.Tağıyeva ifadəsində Əminənin onu necə aldatmasından danışıb: "Qorxu altında yaşayırdım, onun əlindən qaça bilmirdim. Bir gündə məni 10-15 kişi ilə görüşdürürdü. Müştərilər məni əsasən "İnci” otelinə aparırdılar. Əminə pulları müştərilərdən özü alıb yığırdı, mənə heç nə vermirdi. 20 min dollar düzələndə Əminə pulları da götürüb Azərbaycana gedərək borclu olduğum adamlara paylayıb geri qayıdacağını dedi. Mən də gəlmək istədiyimi deyəndə isə borc sahiblərinin məni tutduracaqlarıni bildirərək bu yolla qorxutdu.

Əminə ilə razılaşıb onu Azərbaycana yola saldım. İki günə qayıdacağını dedi. Sonradan məlum oldu ki, heç kimə borc qaytarmayıb.

O gedəndən sonra kirayə qaldığımız mənzilin sahibi iki aylıq ev kirayəsinin ödənilmədiyini bildirdi və evi boşaltmağımı tələb etdi. Əminə isə məndən aldığı pullarla kirayə haqqını ödədiyini demişdi. Məcbur olub yaxınlıqda gözəllik salonuna getdim, başıma gələnləri orada işləyən şəxsə danışdım. Məni işə götürməklə yanaşı orada yaşamağım üçün yer ayırdılar.


Bir neçə gün keçməsinə baxmayaraq Əminə gəlib çıxmırdı. Pasportum onda olduğundan Azərbaycana qayıda bilmirdim. Təxminən il yarımdan sonra Əminə işlədiyim salona xəbər göndərdi, 1500 dollar verəcəyim təqdirdə pasportumu qaytaracağına söz verdi. Mən də razılaşdım. Həmin məbləği Əminəyə tapıb verdim və pasportumu geri aldım. Ötən il dekabrın 25-də Azərbaycana qayıtdım. Dekabrın 28-də İnsan Alverinə Qarşı Mübarizə İdaərsinə gedərək baş verənlər barədə məlumat verdim. Orada mənim izahatımı aldılar”.

Cinayət işi üzrə növbəti məhkəmə prosesi sabah davam edəcək.


Şərhlər:
Baxılıb: 1884
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz