Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanlı qadınlar “seks cihad”da iştirak ediblər?
Azərbaycanlı qadınlar “seks cihad”da iştirak ediblər?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6942
Səs ver:
"O, iki uşaq anasıdır və yenə hamilədir”.

Suriya və İraqda davam edən qanlı müharibə "seks cihad” anlayışının peyda olmasına səbəb olub.

Qadınlar.Biz Modern.az-a istinadən xəbər verir ki, əslində nə "Quran”da, nə də ki, şəriətdə barəsində söz açılmayan bu yeni anlayış, yəni "müqəddəs müharibə” zamanı qadınların eyni vaxtda bir neçə döyüşçünün ehtiyacını ödəməsi kimi bir şey yoxdur. Seks cihada (cihad-əl-nikah) daha çox sələfiliyin radikal qanadında təsadüf olunur.

Radikal sələfilərin dini liderləri hesab edirlər ki, bununla hərbi əməliyyatda birbaşa iştirak etməyən qadınlar döyüşçülərin seksual ehtiyaclarını ödəmək yolu ilə cihada öz töhfələrini verirlər. Bunun üçün sələfilər şiəlikdə mövcud olan "qısamüddətli nikah” yaxud "siğə” praktikasından istifadə edirlər.  

Seks-cihad iştirakçısı sutka ərzində bir neçə qısamüddətli nigaha daxil olur. Bunun üçün bir neçə önəmli şərt mövcuddur. İlk növbədə "seks cihad” iştirakçısının azı 14 yaşı olmalıdır. Bundan başqa, o, İslam adət-ənənələrinə uyğun geyinməli və din xadiminin yanında kəbin kəsilməlidir. Seks cihadın miqyası barədə dəqiq hesablamalar olmasa da, bir çox ölkələrdən hətta Avropadan gənc qadınların Suriya və İraqdakı döyüşçülərə qoşulması barədə informasiya var.  

Tunisin Daxili İşlər naziri Lütfi ben Ceddu hökumətə hesabatında azyşalı qızların müxtəlif bəhanələrlə Yaxın Şərqə getdiklərini açıqlamışdı. Onun sözlərinə görə 2013-cü ilin bir neçə ayı ərzində 13 tunisli qız "seks cihad” arzusu ilə ölkəni tərk edib. "Onlar 20, 30 bəzən isə 100-ə qədər döyüşçü ilə cinsi əlaqədə olurlar. Bunu "Cihad əl nikah”- müqəddəs seks müharibəsi naminə edirlər və sonra isə vətənlərinə hamilə dönürlər” – deyə tunisli nazirin açıqlamasında deyilirdi.

2013-cü il sentyabrın 27-də Tunisin "Al Mijhar” qəzetində "seks cihad”ın iştirakçısı olan anonim qadın barədə müsahibə çıxıb. 21 yaşlı ölkə sakini Suriyada bir neçə ay yaşadığını və bu müddətdə 152 kişini məmnun etdiyini etiraf edib. Tunisə hamilə halda qayıdan "seks cihadçı” övladının atasının kimliyini bilmədiyin də etiraf edib.

Bununla belə gənc xanım Suriya hakimiyyətinə qarşı döyüşən döyüşçülərin cinsi ehtiyaclarını ödədiyi üçün cənnətə düşəcəyinə ümidini ifadə edib.  Tunisin əsas müftilərindən sayılan Osman Battih isə "seks cihad”ı cinayət adlandırıb. Bu arada Bəşər Əsədə qarşı döyüşən "Əl Nusra Cəbhəsi” təşkilatı da, hazırda İraqda hökumət qoşunlarını sıxışdıran "İraq və Şamda İslam Dövləti” terrorçu qruplaşması da "seks cihad”a çox isti baxırlar.

"Seks cihad”la bağlı başqa bir epizod isə Böyük Britaniyalı Məryəm adlı qadınla bağlı baş verib. İngilis jurnalistlərinin müsahibə aldıqları Məryəm İsveçli dini radikalla evlənərək Suriyadakı vətəndaş müharibəsinə qatılıb. Onun sözlərinə görə "Suriyaya getməyə və tanımadığı kişilərlə sevişməyə” onu heç kəs məcbur etməyib. "Əks halda mən müsəlman olmazdım, İslam despotik din deyil, o məni azad etdi” - deyə "seks cihad”çı Məryəm açıqlamasında bildirib.

O əlavə edib ki, Britaniyada "o biri dünyanın mükafatları cihad edərək canından keçməyə hazır olan bir kəsə rast gələ bilmədiyi üçün isveçli Əbu Bəkrlə tanış olub. Əbu Bəkrlə birlikdə Hələb vilayətindəki yarımçıq tikililərdən birində yaşayan Məryəm ərinin "Əl Nusrə Cəbhəsi” tərkibindəki "Əl-Mühaciriyyə” qruplaşmasında döyüşdüyünü vurğulayır.

Ərini terrorçu adlanmağına da Məryəm etiraz edir. "Bizim qardaş və bacılarımıza kömək lazımdır. Biz onların torpaqlarına soxulmamışıq, onların evlərini, nemətlərini əllərindən almamışıq, kişilərini öldürməmişik, qadınlarını zorlamamışıq. Biz bunu etməmişik. Müsəlmanlar bunu etməyiblər. Əksinə, bu hallar bizə qarşı olub və əvəzində bizi də terrorçu adlandırılar” - deyə Məryəm öz mövqeyini ifadə edib.  

O, iki uşaq anasıdır və yenə hamilədir. Yeganə arzusu isə ayda 150 dollar əmək haqqı alan ərinin həlak olmazdan öncə övladını görə bilməsidir. Məryəmin sözlərinə görə əri Suriyada həlak olsa belə Britaniyaya geri dönməyəcək və cihada davam edəcək. Qeyd olunmalıdır ki, "seks cihad” barədə çağırışları edən dini liderlərin əksəriyyəti Səudiyyə Ərəbistanı və Misir ruhanilərinə aiddir. Sələfilərin nüzuflu dini liderlərindən olan iordaniyalı "Yasir əl-Əcləvni” və səudiyyə ərəbistanlı Məhəmməd əl-Arifi cihad zamanı sünni təriqətinə mənsub olmayan qadınları zorlamağa” icazə verən fətvalar vermişdi. Xüsusən, Şəriət şurasının üzvü, şeyx Əbu Hümam Əl-Atarinin bu barədə fətvası diqqət çəkir.

"Heç bir şübhə ola bilməz ki, İslamla müharibə edən kafirlərin qadınlarına sahib olmaq və onlara zor tətbiq etmək yol veriləndir. Lakin bu yalnız qənimət "Dar-əs-salam” torpağına çatdıqdan və imam tərəfindən ədalətli şəkildə bölündükdən sonra baş tuta bilər. Əgər imam yoxdursa, məkhumlara toxunmaq olar” - deyə radikal dini liderin fətvasında deyilir.

Təəssüf ki, Azərbaycandan Suriya və İraq döyüşməyə gedən "cihadçı”lar arasında da qadınlar var. Bunu hüquq mühafizə orqanları da təsdiq edir.

"Xəvariclər cərəyanına məxsus dini sektalarda orta məktəbi bitirməmiş qızlar var. Onlar aldatmaq və cihad uğrunda mübarizəyə səsləmək asandır. Biz onların bəziləri ilə söhbət etmişik. Onların bəziləri doğurdan da sonuncu fətvaya əməl etsələr Allah yolunda xidmət edəcəklərini düşünürlər”-deyə Modern.az-a bildirirlib.  

Amma "seks cihad”da azərbaycanlı qadınların iştirak etməsi ilə bağlı məlumatların bir qismi həqiqətən də baş verib. Ailəsi ilə birlikdə Suriyaya gedən bəzi döyüşçülərin həlak olmasından sonra həyat yoldaşlarının "seks cihad” yoluna düşməsi ilə bağlı xəbərlər yayılıb. Həlak olmuş həyat yoldaşlarının döyüşçü dostları həmin qadınlara geri qayıtmağa icazə verməyərək "seks cihad”ının qurbanına çeviriblər.  

İstənilən halda, radikal dini liderlərin verdiyi "seks cihad” fətvaları ayrı-ayır radikal dindarların subyektiv mülahizələri kimi qəbul olunmalıdır. İslam ruhaniliyinin ən avtoritar və mötədil qrupları "seks cihadı” cinayət adlanımaqla belə halları dəfələrlə pisləyiblər.


Şərhlər:
Baxılıb: 6942
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz