loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəyanətinin üstü açılmasın deyə məşuqəsini öldürdü
Xəyanətinin üstü açılmasın deyə məşuqəsini öldürdü
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 974
Səs ver:
Münasibətimizi həyat yoldaşıma deyəcəyi ilə şantaj edirdi

Bakı Apelyasiya Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən Oqtay Nəcəfovun məhkəməsi keçirilib. Təqsirləndirilən şəxs 2011-ci il sentyabrın 14-də Səbail rayonu Badamdar qəsəbəsində 34 yaşlı İradə Rzayevanı bıçaqlayaraq öldürüb.

Teleqraf.com-un xəbərinə görə, dindirmə zamanı Oqtay Nəcəfov törətdiyi əməli etiraf edib. O, qətl törətməsini mərhum İradə Rzayevanın onu ailəsi ilə şantaj etməsi ilə əsaslandırıb. Oqtay və İradə bir neçə il əvvəl bir marketdə satıcı işləyiblər. Ailəli olan satıcılar mütəmadi görüşməyə başlayıblar. Lakin sonradan Oqtay ondan ayrılmaq istədiyini deyəndə 34 yaşlı İradə ayrılmamaq üçün münasibətləri barədə arvadına xəbər verəcəyi ilə onu hədələyib.

Məsələyə son qoymaq üçün Oqtay İradə ilə görüş təyin edib. Ərinə çörək almağa getdiyini deyərək, evdən çıxan qadın qonşu məhəllədə sevgilisi ilə görüşüb. Söhbət zamanı məşuqlar arasında mübahisə düşüb. Nəticədə Oqtay məşuqəsini bıçaqlayaraq öldürüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oqtay Nəcəfov 14 il müddətinə azadıqdan məhrum edilib. Hökmdən narazı qalan Oqtay Nəcəfov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, mərhumun şantajlardan bezdiyi üçün öldürüb. O, barəsində daha yüngül cəzanın çıxarılmasını istəyib.

Hakim Həsən Əhmədovun sədrliyi ilə keçən prosesdə Oqtay Nəcəfovun vəkili vəsatətlə çıxış edib. O, deyib ki, Oqtay Nəcəfov cinayəti törədərkən anlaqlı olmayıb, onun əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Vəkil Oqtay Nəcəfovun barəsində məhkəmə tibbi ekspertizasını təyin olunmasını istəyib. Hakimlər vəsatəti təmin ediblər və Oqtay Nəcəfovun barəsində Məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə qərar qəbul ediblər. Ekspertiza rəy verənə kimi məhkəmə iclası təxirə salınıb.

Şərhlər:
Baxılıb: 974
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz