Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycan gözəli qrup yoldaşını xəstəxanalıq edib - foto
Azərbaycan gözəli qrup yoldaşını xəstəxanalıq edib - foto
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1685
Səs ver:
"Miss Azerbaijan 2014” gözəllik müsabiqəsinin qalibi Cavidan Qurbanovanın xuliqanlıq maddəsi ilə 4 il icbari iş alması və bu səbəbdən ölkə xaricinə çıxışına qadağa qoyulması haqda məlumat vermişdik.

Azərbaycan gözəlinin törətdiyi cinayətin təfərrüatları haqda AzVision.az saytına ilginc məlumat daxil olub.

C.Qurbanova ilə eyni qrupda təhsil alan Fərid Mansurov özü saytımızla əlaqə saxlayaraq Azərbaycan gözəli ilə bağlı bəzi məlumatları diqqətə çatdırıb.

F.Mansurov bildirib ki, o, Bakı Dövlət Universitetinin Fizikia fakültəsində C.Qurbanova ilə bir qrupda təhsil alıb. Onun sözlərinə görə, C.Qurbanova ilə tələbə yoldaşı kimi münasibətləri normal olub. Ta 2011-ci ilin may ayının 31-nə kimi..


Həmin gün F.Mansurovla C.Qurbanova arasında mübahisə düşür. Mübahisə zamanı C.Qurbanova əlindəki qələmlə F.Mansurovun gözünə zərbə endirir.

"Cavidanla həmin gün aramızda kiçik mübahisə olmuşdu. Ondan yarım saat keçməmiş qələmlə şahidlərin yanında gözümə vurdu və qan töküldü. Bundan sonra mən 15 gün xəstəxanada yatdım. Ailəm məsələ ilə bağlı Yasama rayon Polis İdarəsinə müraciət etdi. Lakin məsələ araşdırılmadı. Bununla bağlı biz daxili işlər naziri Ramil Usubova və Heydər Əliyev Fonduna müraciət etdik. Bundan sonra iş Yasamal rayon Məhkəməsinə göndərildi. 2011-ci ildən 2013-cü ilə qədər məhkəmədə cinayətlə bağlı qərar qəbul edildi və ona 4 il icbari iş verildi”.

F.Mansurov bildirib ki, o və ailəsi bu qərardan razı deyillər və Apellyasiya Məhkəməsinə müraciət edəcəklər.

Məlumat üçün qeyd edək ki, Fərid Mansurov məhkəmə sənədlərini təqdim edəcəyini bildirib.

C.Qurbanova barəsində hadisə ilə bağlı Cinayət Məcəllləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq, silah və ya silah kimi istifadə olunan əşyalardan istifadə ilə törədildikdə) cinayət işi açılıb.

Qeyd edək ki, "Miss Azerbaijan 2014” gözəllik müsabiqəsinin qalibi Cavidan Qurbanovaya ölkədən kənara çıxmağa qadağa qoyulub. C.Qurbanovanın icbari iş almasından "Miss Azerbaijan 2014” müsabiqənin təşkilatçıları da xəbərsiz olub. Hazırda Azərbaycanı "Bəşəriyyət gözəli 2014” (Miss Universe 2014) müsabiqəsində kimin təmsil edəcəyi sual altındadır.


Şərhlər:
Baxılıb: 1685
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz