Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakıda 6 yaşlı qızı zorlanan anaya zərbə: "Atasız qızı zorlayarlar"
Bakıda 6 yaşlı qızı zorlanan anaya zərbə:
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3865
Səs ver:
Bakıda azyaşlı qızın zorlanması ilə bağlı bəzi məqamlara aydınlıq gəlib.

Qadınlar.Biz Milli.Az-a istinadən xəbər verir ki, Binəqədi rayon prokurorunun köməkçisi Üzeyir Həmidovun anspress-ə verdiyi məlumata görə, Binəqədi-Xırdalan yolu, I Mədən adlanan ərazidə kirayədə yaşayan 1956-cı il təvəllüdlü Yaşar Bəhlul oğlu Yusifov qonşuluqda kirayədə qalan 6 yaşlı qızı zorlayıb. Hadisə baş verən an qızın anası evə gəlib və olanları gözləri ilə görüb.

Demə, kişi ananın evdə olmamasından istifadə edərək evə girib. Yaşar Yusifov dondurma alaraq qızın başını aldadıb. Daha sonra onu çarpayıya yıxaraq cinsi əlaqəyə girməyə çalışıb.

Qızının yaşlı kişi tərəfindən zorlanmasını görən ana əlindəki küt alətlə kişinin başına vurub. Daha sonra kişini döyərək evdən qovub.

Qeyd edək ki, hər iki qonşu həmin ərazidə kirayədə qalırlar. Azyaşlı qızın anası kafelərin birində işləyir. Qadın qızını tənha böyüdür.

Qızın anası daha sonra polisə şikayət edib. Sonradan qızını zorlayan kişinin evinə gedib. Yaşar Yusifovun vətəndaş nikahı ilə yaşadığı Afət Babayeva adlı qadın balası zorlanan anaya gözlənilməyən cavab verib.

"Kimsəsiz qızdır. Atasız qız böyüdəndə belə olar. Atasız qızı zorlayarlar da...”, - deyə Afət Babayeva ürəyi dağlı anaya daha bir yara vurub. Qadını təhqir etdikdən sonra Afət Babayeva onu evdən qovub.

Ananın şikayəti əsasında polislər Yaşar Yusifovu tuta biliblər. İlkin ifadəsində kişi azyaşlı qızı zorlamasını etiraf edib. Daha sonra hadisəni törədərkən sərxoş olduğunu bildirib.

Onu da əlavə edək ki, Yaşar Yusifov tüfeyli həyat tərzi keçirirmiş. Onun daim sərxoş olduğu və dəfələrlə xuliqanlıq etdiyi də bildirilir. Y.Yusifovun şəxsiyyət vəsiqəsi də yoxdur. Onun əvvəllər Sovet pasportu olub, sonradan onu da itirib. Onun birinci ailəsi dağılıb. Sonradan Afət Babayeva adlı qadınla qeyri-rəsmi şəkildə yaşayır.

Zorlandığı deyilən 6 yaşlı qız tibbi ekspertizaya göndərilib. Analizlər nəticəsində qızın təcavüzə məruz qaldığı sübuta yetirilib. Lakin xoşbəxtlikdən qızın bəkarətinə xələl gətirilməyib.

Hadisəni törədən Yaşar Yusifov barədə 3 ay müddətinə həbs qətimkan tədbiri görülüb. O, məhkəmə qarşısında cavab verəcək. Törətdiyi cinayətə görə Yaşar Yusifovu 15 ilə qədər həbs cəzası gözləyir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Şərhlər:
Baxılıb: 3865
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz