Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailə dağıdan məşhurlar
Ailə dağıdan məşhurlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4870
Səs ver:
Evli biriylə eşq macərası yaşamaq məşhurlar arasında sanki dəb halını alıb.

Qadınlar.Biz-in məlumatına görə, Türkiyə mətbuatı bu sahədə maraqlı araşdırma apararaq, ailə dağıdan məşhur qadınları müəyyənləşdiriblər. Həmin siyahını təqdim edirik:

Aktrisa Siena Miller - Sənət həyatında nə qədər bacarıqlıdırsa, ailə dağıtmaq məsələsində də bir o qədər ustadır. Əvvəlcə o, Cude Lounu həyat yoldaşı Aşley Cudedən ayırıb. Sonra evli və dörd uşaq atası olan Baltazar Gettiyə aşiq olub. Tanınmış iş adamı da Sienya görə həyat yoldaşından ayrılıb.

Aktrisa Ancelina Coli - Aktrisa Bred Pitlə eşq macərası yaşadığı vaxt aktyor Cenifer Anistonla evli idi. Onların sevgisi «Mr. and Mrs. Smit» filmindən başlayıb. Filmin çəkilişləri başa çatdıqdan sonra Bred həyat yoldaşı Ceniferə ondan boşanmaq istədiyini açıqlayıb. Bu hərəkətinə görə hətta Cenifer Colini məhkəməyə də verib.

Aktrisa Penelope Kruz - Tom Kruzla «Aç gözlərini» adlı filmin çəkilişləri zamanı tanış olublar. Elə məhəbbətləri də buradan başlayıb. Həmin vaxt Tom Kruz Nikol Kidmanla evli idi. Bu söz-söhbətin ardından cütlük boşandı. Ancaq bir müddət sonra Penelope Tomdan da ayrıldı. Deyilənə görə, bu cütlüyü ayıran Keti Holms olub.

Aktrisa Culiya Roberts - Aktrisa ailə dağıdan məşhur qadınlardandır. Hazırkı həyat yoldaşı Dani Mode ilə tanış olan zaman o, evli imiş. Dani Culiyaya elə aşiq olub ki, həyat yoldaşından boşanaraq, aktrisa ilə evlənib.

Aktrisa Ketrin Zeta Cons - Maykl Duqlasın ailəsini dağıdıb. Ketrin ilə tanış olan vaxt Maykl Diandra ilə evli idi. Zeta Consa dəli kimi aşiq olan Maykl həyat yoldaşına böyük məbləğdə təzminat ödəyərək ondan boşanıb. Hazırda cütlüyün övladları da var.

Müğənni Bülənt Ərsoy - 4 il evli olan Mehmet Menek adlı iş adamının ailəsini dağıdıb. Özündən 28 yaş kiçik olan Mehmeti özünə aşiq edən Bülənt Ərsoy ona ərə getməyi də planlaşdırıb. Belə ki, Mehmet həyat yoldaşı Dəniz Menekdən boşandıqdan sonra cütlük evlənməyi düşünüb.

Aktrisa Deniz Çakır - «Yapraq dökümü»nün məşhur Fərhundəsi eyni filmdə rol aldığı Oğuz obrazını canlandıran Tolqa Kareli nişanlısından ayırıb. Deniz Tolqanın nişanlandığı xəbərini eşidər-eşitməz onunla 2 il bir yerdə olduğunu aləmə car çəkib. Bunu eşidən Öykü Çelik həmin dəqiqə nişan üzüyünü Tolqaya geri qaytararaq, birlikdə yaşadıqları evi tərk edib. Hazırda Tolqa Karel azərbaycanlı model Günay Musayeva ilə evlidir.

Rəqqasə Asena - Türkiyənin məşhur rəqqasəsi Asena İbrahim Tatlısəs və Dərya Tunarın ailəsini dağıdıb. Nəticədə, Dərya İbrahimi tərk edib. Bu günə kimi də məşhurlar ayrıdır.


Şərhlər:
Baxılıb: 4870
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz