Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda pula gedən qızlar
Azərbaycanda pula gedən qızlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 12761
Səs ver:
Qadınlar.Biz Sevinc Elsevərin yazısını təqdim edir.

Son vaxtlar toy adət-ənənələri üz tutub televiziyalara. Toy biznesiylə məşğul olanların əcəb kefidir.

Adətən bu cür verilişlərə baxmıram, amma balaca, dördkünc televizordu də, hara fırlatsan, rastlaşırsan cürbəcür verilişlərlə, aparıcılarla. Bəzən bayağılıq da cəlbedici olur. Gözün qalır, heyrətlənirsən və bu, səni televizorun qarşısında tutub saxlaya bilir. "Banu" adlı bir veriliş var. Çəkiliş qrupu müxtəlif bölgələrimizdə olur, maraqlı, lokal adətləri işıqlandırır. Bəlkə də, layihənin profilini bir qədər dəyişsən, normaldır.

Amma bu verilişdə aparıcının gəlinlərə gətirilən pay-parçanın, qır-qızılın reklamını eləməyini, hətta, zər-zibanı iri planda göstərməyini başa düşə bilmirəm. Bu cür verilişlər, onsuz da, maddiyata meylli qızlarımızı daha da pozur. İnanırsınız, qız tanıyıram ki, oğlan evini dirəyib ki, "Banu" verilişində göstərilən xonçalardan, xınayaxdı ləvazimatlarından, nə bilim qızıllardan gətirin mənə.

Azərbaycanlı ailələrin bir çoxunun dağılmasına səbəb, bir çox ailələrin özülünün laxlaması bu maddiyyatçılıq ucbatındandır. Kişi-qadın, ər-arvad münasibətlərindən qabaq maddi məsələləri yoluna qoyur bu adamlar. Mən neçə manatlıq qızıl gətirəcəm, sən neçə manatlıq cehiz gətirəcəksən. Vay o gündən ki, birinin cehizi o birinin qızılının dəyərinə çatmasın, yaxud əksinə... Bəla onda başlayır!

Gənc bir ailəylə dostluq eləyirik. Elə ilk başdan anladım ki, ailələrində nəsə normal getmir. Çünki arvad ərindən mənə, əri də arvadından həyat yoldaşıma qeybət eləyirdi. Bizim işimiz bunların hər ikisini sakitləşdirmək və barışdırmaq olurdu. Ha fikirləşirdim, problemin nədə olduğunu tapa bilmirdim. İkisi də gözəl gənclərdi, sevib evləniblər, bir oğulları var. Maddi durumları da pis deyil. Heç biri də o birinə xəyanət eləmir, heç bunu ağlından keçirmir. Bəs ortada nə var ki, bunlar bölə bilmirlər?

Sən demə, ev qıza atasından qalıb. Qızla oğlan müasir olmağa çalışıblar. Guya evin qıza atasından qalmasını və gənc ailənin həmin evdə məskunlaşmasını ikisi də normal qarşılayıblar. Amma şərqlidirlər axı, axıradək həzm edə bilməyiblər. Adət var, ənənə var. Gərək ev oğlanın ola! Əşi, bir xaraba tapmısan, başını sal aşağı, yaşa də! Gərək eşələyəsən ki, bu ev əvvəl kimin olub, indi kimindir?

Ər cüzi də olsa, arvadının xətrinə dəyəndə, arvadda şübhələr yaranır ki, sən ölməyəsən, ərim məni sevmir, o, mənimlə evə görə evlənib. Arvad cüzi diqqətsizlik edəndə ərin xətrinə dəyir ki, ev bunun atasından qalıb deyə məni "sındırmaq" istəyir. İkisi də öz qürurunu qorumağa çalışır. Ortada da heç nə yox. Bu düşündüklərimi açıb gənc ailəyə deyəndə və gülməli səslənsə də, bir böyük kimi onları qarşıma qoyub danlayanda, ikisinin də gözü kəlləsinə çıxdı. Mənə falçı nəzəriylə baxırdılar. Bilirlər, "Falçı" adlı romanım var.

Azərbaycanda yazılmamış mənasız qanunlar çoxdur. Onlardan biri də "ev ancaq və ancaq kişinin olmaldır!” - qanunudur. Qızın evində yaşayan oğlan kompleks keçirir. Çünki türklər demiş, önyarğı var.

Bir dəfə evlənmək proqramlarından birinə gənc bir oğlan gəlmişdi. Uşaq evində böyümüşdü. Bu dünyada heç kimi yox idi. Çıxıb efirə səmimi şəkildə dedi ki, mənim evim yoxdur, kimsəm də yoxdur, evi olan bir qızla evlənmək istəyirəm. Yazıq uşağı topa tutdular az qala, alfons adlandırdılar. Halbuki adam səmimi idi, real durumu izah edirdi.

Hansı qapını döyürsən, elçi gedirsən, birinci sualları bu olur: "Oğlunuzun evi var?” "Var, ya yoxdu, hər halda bir xaraba tapıb başlarını soxacaqlar, küçədə qalmayacaqlar ki?!"- deyirsən, sənə qapını göstərirlər.

Sonda üzümü gənclərə tutub bir "ağbirçək" kimi deyirəm: biz həyat yoldaşım Elsevərlə evlənəndə Murad Köhnəqalanın kitabından başqa heç nəyimiz yox idi.
(kulis az)


Şərhlər:
Baxılıb: 12761
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz