Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tolikdən Konçita haqqında maraqlı açıqlama
Tolikdən Konçita haqqında maraqlı açıqlama
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2886
Səs ver:
Avstriyaya birincilik qazandıran transseksual Konçitanın "qazanı” hələ də qaynayır

Qadınlar.Biz xəbər verir ki, Azərbaycana "Eurovision-2011” mahnı müsabiqəsində Nigar Camalla qələbə gətirən Eldar Qasımovun bir neçə gün öncə sosial şəbəkə hesablarından birində Konçitaya simpatiyasını əks etdirən yazısının səs-küyü hələ də səngimək bilmir. Bu xəbərdən sonra sosial şəbəkələrdə gənc müğənni Eldara qarşı insanların birmənalı olmayan münasibəti yazdıqları şərhlərdən hiss olunmağa başlayıb. Bütün bu iradlara məşhur prodüserdən sərt cavab gəlib. O, İnstagram səhifəsində Eldar Qasımovun ünvanına nalayiq sözlər yazanlara bunları söyləyib:

"Son bir neçə gündür Eldarın açıqlaması nəsə bəzi özlərini kişi sayanları əsəbləşdirib, niyə? Siz Eldardan artıq kişinin oğlusunuz, yoxsa Azərbaycana Eldardan böyük uğur gətirmisiniz? Yoxsa bütün Avropanı Azərbaycana gətirən siz olmusunuz, xəbərimiz yoxdur? Bir gedib görün bir avropalıya Azərbaycanı tanıda bilərsiniz?! Bu da təzə çıxdı, İnstagram-da kişilikdən danışmaq. Allahın o bəyənmədiyiniz Konçitasıdır, nədir, o, "Avrovizyon"un 60 illik yubileyini öz ölkəsində keçirməyi nəsib etdi. Bəs siz Azərbaycan üçün nə etmisiniz? Eldarı bəyənmirlər, bəs özünüz kimsiniz? Bu vətən üçün nə etmisiniz, heç bunu düşünmüsünüz?”

Xatırladaq ki, Eldarın bu "Başqalarının sənin haqda dedikləri mənə maraqlıdırmı? Xeyr. Mən səni sevirəm, Konçita. Artıq bu mənasız söhbətlərdən bezdim. Sən o lənətə gəlmiş mikrofonu götürdün və "Eurovision” müsabiqəsini fəth etdin. Mənim vecimə deyil, nə deyirlər və nə deyəcəklər. Fakt odur ki, dünyanın yarısı onun ayaqları altındadır. Bu pisdir və ya yaxşıdır, buna biz qərar vermirik və yaxşı ki, biz qərar vermirik. Şadam ki, qaliblər sırasına qatıldın. Səni təbrik edirəm, əzizim” fikirləri sosial şəbəkələrdə son günlər ən çox müzakirə olunan məsələyə çevrilib.
(milli az)


Şərhlər:
Baxılıb: 2886
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz