Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Ayan niyə gedib, atası yaşında kişiylə yaşayırdı?" - Müğənniylə çempionun ayrılıq hekayəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5856
Səs ver:
Manşet.Az-ın verdiyi məlumata görə karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev gənc müğənni Ayanın ayrılıq xəbəri yayılıb. Musayev özü bu haqda mətbuata açıqlamasında deyib. O Ayanı həyatının ən böyük səhvi adlandırıb:

"Bir şeyi deyə bilərəm. Öz ailəmi çox sevirəm! Mənim qızım, oğlum və nəvəm var və mən onlarla fəxr edirəm. Səhv eləmək insanlara xas cəhətdir və heç kim səhvdən sığortalanmayıb. Bu əhvalat mənim həyatımın ən böyük səhvidir. Bəli. Bu mənim ən böyük səhvimdir. Kimsə məqsədyönlü şəkildə KİV-də bu məsələni dayandırmır. Ancaq mən özüm bu aylar ərzində heç vaxt bu mövzuda danışmamışam və gələcəkdə də danışmaq niyyətim yoxdur. Sizdən də xahiş edirəm ki, bu məsələni çox diqqətdə saxlamayasınız.

Hazırda məni narahat edən yeganə məsələ ailəm və uşaqlarımdır. Yenə deyirəm - bu mənim ən böyük səhvimdir. Bu həyatımda hansısa anlaşılmaz bir hiss idi... Sadəcə səhv. Bəzi insanlar irəli getmək üçün mənim səhvimdən, mənim adımdan istifadə etdilər. Onları heç kim dayandırmırdı, yalnız irəli gedirdilər. Və onda mən anladım ki, bu mənim həyatımda görmək istədiyim şey deyil. Düşünürəm ki, bu əhvalat tez unudulacaq. Axı əldə etdiklərim asan olmayıb. İstəmirəm ki, bir səhvim uzun illər çəkdiyim zəhmətin üzərindən xətt çəksin”

Müğənni Ayanın da dünya çempionuna cavabı gecikməyib. O deyib: "Ayan necə səhvdir ki, o, 30 illik arvadını atıb, 7 il mənimlə yaşayıb. Üstəgəl ondan övlad da dünyaya gətirmişəm”.

Qeyd edək ki, cütlüyün qızı bir neçə ay öncə dünyaya gəlib və ona Selena adı qoyulub.

Cütlüyün ayrılıq xəbəri sosial şəbəkələrdə də birmənalı qarşılanmayıb. İstifadəçilər müğənni Ayanın dünya çempionundan istifadə etdiyini yazıblar.

Vüsal Əliyev: "Yuva dağıdanın, yuvası olmaz" deyiblər. Çox sevinirəm ki, Füzuli müəllim nəhayət o qızdan ayrıldı.

Xanım Qurbanova: Ayan özünü ona "sırımışdı" yaxşı oldu ayrılmaqları.

Nuridə Həsənova: "Qol gücündə və iş həyatında hər kəsi arxada qoyan bir insanın qızı yaşda olan "şeytan qəlbli qadının " toruna düşməsi Füzulinin nə qədər zəif, aciz və iradəsizliyi olduğunu sübut etdi. Ancaq o bu hərəkəti ilə öz səviyyəsini qoruya bilmədi"

Rövşanə Rzayeva: Bu qız 15 yaşından atası yaşında kişiylə yaşayıbmış ki...

Samir Yusifli: Ayan Füzuliylə pul üçün yaşayırdı.

Melahet Muradova: Bu Ayan niyə gedib atası yaşında evli kişiynən gəzir ki, belə də olsun?? Bizim cəmiyyətdə belə hərəkətə görə ən çox qadını qınayırlar, kişini yox..düz də edirlər...

Cütlüyün ayrılığı ilə bağlı maraqlı məlumat əldə edilib.

Belə ki, bir neçə ay öncə Ayanla Füzuli Musayevin birlikdə fotoları yayılmışdı. Məlumata görə, cütlük o şəkillər yayımlanmadan bir neçə ay öncə ayrılıblarmış. Ayanın hamiləlik xəbərinin mediyaya sızması və uşağın atasının kimliyinin bilinməməsi müğənnini məcbur edib ki, həmin görüntüləri paylaşsın. Bir sözlə, həmin şəkillər yayımlandığı dönəmdə artıq cütlük ayrılıblarmış. Şəkillərdə olduqca xoşbəxt olduğunu yazan müğənninin əsl niyyəti dünya çempionunu ifşa etmək və uşağının atasının kimliyini cəmiyyətə bildirmək olub.

Başqa bir məlumat isə ondan ibarətdir ki, Ayan münasibətdə olduğu dönəmdə Füzuli Musayevə məxsus olan obyektlərdən birini öz adını keçirib. Bununla da müğənni öz istəyinə nail olub. Cütlüyün övladı Selena isə hazırda anası ilə qalır.

Sonda onu da qeyd edək ki, Ayanın 25, Füzuli Musayevin isə 52 yaşı var.


Şərhlər:
Baxılıb: 5856
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz