Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şahzadə Mustafanın məktubu milyonları kövrəldəcək: "Ey canım ata..." - FOTO
Şahzadə Mustafanın məktubu milyonları kövrəldəcək:
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1575
Səs ver:
"TİMS Productions" studiyasının çəkdiyi, Türkiyənin Star TV telekanalında nümayiş olunan "Muhteşem yüzyıl" teleserialının ötən, 123-cü seriyasında Şahzadə Mustafanın edamı milyonlarla insanı riqqətə gətirmişdi. Serialın yeni, 124-cü seriyasında isə Şahzadə Mustafanın ölümündən əvvəl atasına, Qanuni Sultan Süleymana yazdığı məktub oxunacaq.
 
Qadınlar.Biz saytının  Manşet.Az-a istinadən bildirir ki, sultan çadırında lal-kar cəlladlara boğdurduğu oğlunun sinəsində məktubu tapır və bundan sonra Mustafanın ölümü barədə orduya xəbər verir.
Həmin məktubun bir qismi "Muhteşem yüzyıl"ın ötən seriyasında səslənmişdi.
 
39 yaşında edam olunmuş Şahzadə Mustafanın vida məktubu belədir: "Sultanım, ey canım atam! Bu sətirləri oxuduğunuza görə qəlbinizdən qəlbinizi parçalayıbsınız. Mən isə bu yalan dünyadan köçüb getmişəm. Sizə bir atanın övladına qıydığı zalım dünyanı qoyub gedirəm. Zira hakimiyyət, iqbal və iqtidar uğrunda atasının canına qəsd etmiş bir zalım kimi yaşamaqdansa məzlum kimi ölməyi üstün tuturam. Əlvida, canım atam!"
 
Səfəvi hökmdarı Şah Təhmasiblə yazışmaq və atasını taxtdan kənarlaşdırmaq istəyində suçlanan Şahzadə Mustafa atasının çadırında, Təbriz xalısının üstündə edam olunmuşdu.
 
Fəqət, serialda səfəvilərə qarşı aşağılayıcı münasibət davam edir və Təbriz xalısı "İran xalısı", səfəvi hökmdarı Şah Təhmasib isə "məkrli və xain İran şahı" kimi qələmə verilir.
Yeniçərilər qəmdədir... Onlar qiyama hazırlaşırlar.
 
Aktyor Burak Demirin oynadığı yeniçəri ağası Hüseyn Çavuş Şahzadə Mustafanı dayandırmağa çalışmış, amma niyyətinə çatmamışdı.
"Muhteşem yüzyıl"ın bundan sonrakı seriyalarında yeniçərilərin qiyama hazırlıqlarına da məhz Hüseyn Çavuş başçılıq edəsidir.
Şahzadə Mustafanın ən çox etibar etdiyi adamlardan biri, edam günü atasının əmri ilə ova göndərilən Şahzadə Cahangir durumu anlayır, dərhal geri qayıdır.
 
Şahzadə Mustafanın cəsədini görən Şahzadə Cahangir ağlayır, fəryad çəkir, sonra isə atasına, Qanuni Sultan Süleymana deyir: "Məni aldatdın, mənə yalan dedin! Günahsızın, məzlumun canına qıydın! Halbuki o, səni çox sevirdi..."
 


Şərhlər:
Baxılıb: 1575
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz