Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tanınmışların Sevgililər günü hədiyyəsi - sorğu
Tanınmışların Sevgililər günü hədiyyəsi - sorğu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3061
Səs ver:
Yerli şou-biznesimizin nümayəndələri Sevgililər günündə özəl hədiyyələr alanlar sırasındadır.

Qadınlar.biz Manşet.Az-a istinadən verirdiyi xəbərə görə sənətçilər arasında sorğu aparılıb və onların ən yaddaqalan hədiyyələrinin nə olduğu soruşulub:

Aktyor Fərda Xudaverdiyev: "Özəl bir hədiyyə almamışam. Hər zaman ətir, köynək - bu tip şeylər. Mən də kiməsə hədiyyə vermişəm. Bu isə ətir, gül olub".

Rəqqasə Oksana Rəsulova: "Ən yaddaqalan hədiyyəm bir Sevgililər günündə aldığım brilyant qaşlı üzük olub. Özümsə sevdiyim insana bahalı brendlərdən köynək və ətir almışam".

Əməkdar artist Elza Seyidcahan: "Mənim üçün hər gün Sevgililər günüdür. Bu gün sevgisi olmayanlara aiddir".

Rejissor Kənan M.M: "Biz ailəlikcə bu bayramı qeyd etmirik. Bizim evimizdə Sevgililər günü deyiləcək anlayış yoxdur".
 
Müğənni Emil Bədəlov: "Subay vaxtlarımda qızlar mənə həmin gün hədiyyələr verirdilər. Mən isə həyat yoldaşıma aldığım hədiyyəni deyə bilərəm. Evliliyimizin ilk ildönümündə 14 Fevralda ona brilyant dəst hədiyyə etmişdim".
 
Aparıcı Kəmalə Piriyeva: "Bir dəfə Sevgililər günündə sevdiyim şəxsdən brilyant üzük almışam".

Aparıcı Günel Hümbətova: "Həmin gün pərəstişkarlarımdan çiçək dəstələri almışam. Amma təsadüf elə gətirib ki, Sevgililər gününü hər zaman tək qeyd etmişəm".

Müğənni İradə İbrahimova: "Ceyhun mənə maraqlı hədiyyələr verirdi. Onlar arasında ən çox yadımda qalan diş fırçası və yastıq olub".

Tarzən Humay Qədimova: "Həyatımda elə bir sevgi olmayıb ki, hədiyyəsini də unutmayım. Qarşılıqsız sevgilər olub. Məni istəyənlər özəl günlərdə məni dəyərləndiriblər. Məsələn, bir dəfə avtomobilimin üstünə qızıl güllərlə ürək şəkli çəkmişdilər".

Müğənni Səidə Sultan: "Hər zaman Sevgililər günündə tək olmuşam. Həyatımda elə də çox münasibətlər yaşamamışam. Məktəb illərində Sevgililər günümü təbrik edənlər olurdu. Onlardan isə ancaq gümüş dəstlər alırdım. O vaxtlar gümüş çox dəbdə idi (gülür - red.)".

Aktrisa Ülviyyə Əliyeva: "Bu günə kimi Sevgililər gününü qeyd etməmişəm. Bu il nə olacağı isə mənə hələ sürprizdir".

14 fevral tarixini Sevgililər günü kimi qəbul etməyən məşhurlar da var. Bunlar xalq artistləri Aygün Kazımova və Nazpəri Dostəliyevadır.

Aygün Kazımova: "14 fevral mənim üçün Sevgililər günü deyil. Əsl sevgililər günü 30 iyun - İlhamla Fərizənin evləndiyi gündür. Allah rəhmət eləsin".

Nazpəri Dostəliyeva: "Bu gün İnstaqramda Sevgililər günü ilə bağlı fotoları bəyənməyəcəyəm. Bizim Sevgililər günümüz 30 iyundadır. Gəlin özümüzünküləri önə çıxaraq, özümüz olaq".


Şərhlər:
Baxılıb: 3061
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz