Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ajda Pekkan 68 yaşında - fotolar
Ajda Pekkan 68 yaşında - fotolar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1281
Səs ver:
Bu gün türk pop musiqi dünyasının "Superstar”ı Ajda Pekkanın doğum günüdür. Populyar müğənni 68 yaşına qədəm qoyur.
 
A.Pekkan arxada qalan möhtəşəm karyerasından və yaşadıqlarından bəhs etdiyi kitabını yaxınlarda yayımlamağa hazırlaşır.
 
Qadınlar.biz Türkiyə mətbuatına istinadən həmin kitabdan bəzi hissələri oxucularına təqdim edir. Qeyd edək ki, kitabın yayda çap ediləcəyi gözlənilir.
 
Türk pop musiqisinin əfsanəsi olan Ajda Pekkan 1946-cı il 12 fevralda İstanbulda dünyaya gəlib. Atası Ridvan Hayri orduda dəniz qüvvələrində mayor, anası Gültən Nevin Dobrucada ev xanımı olub. Çamlıcada Qızlar litseyində təhsil alan Ajda musiqi uğruna təhsilini yarımçıq qoyub. Həyatı çətinliklərlə keçən Ajdanın ilk kədəri, ilk üzüntüsü valideynlərinin boşanması olub. O, kədərli anlarını heç vaxt unutmur.
 
"Valideynlərim ayrılanda çox üzüldüm. Sanki bir boşluqda yaşayırdım və bu boşluğu musiqi ilə doldurmağa başladım. Ata-anamın boşanma acısını musiqi ilə təsəlli etməyə çalışdım. 1961-ci ildə İlham Gənclər Orkestrında solist kimi fəaliyyətə başladım, bu günlərimə dırnaqlarımla yer qazaraq gəlib çıxmışam".
 
Ajda Pekkan 1963-cü ildə "Səs" jurnalının təşkil etdiyi yarışmanın qalibi olduqdan sonra kino sənətinə ilk addımını atıb. İlk öncə "Şipsevdi",  sonra "Adanalı Tayfur" (1963), "Sevdalı Kabadayı" ( 1964), "Tacsız Kral" ( 1965) , "Ayrılıq Şarkısı" (1966) kimi filmlərdə rol alıb.
 
"O keçmiş filmlərdəki Ajdanı yenidən izləyincə, çılpaq şəkillərimi orda-burda görüncə çox utanırdım. Amma artıq utanmıram, pis olmuram. Çünki o illər nə etdiyimi bilmirdim. Məşhurluq dediyim o illər idi. Yatağa girdim, soyundum, öpüşdüm. Heç nəyin fərqinə varmırdım. Bir an öncə bu səhnə bitsin, gedim, musiqimi dinləyim deyə düşünürdüm. Rol aldığım çılpaq səhnələr bitdikdən sonra o biri otağa keçib musiqimi dinləyirdim. Hər şey mənə oyun kimi görünürdü".
 
Ajda Pekan kitabında o illərdə yaşadığı acıları da qeyd edib.
 
"Düşünün, gənc bir qız idim. Atam və anam ayrı yaşayırdı. Saat 18:00-dan sonra evə gələndə atamdan şilləni yeyirdim. Filmdə rol almaq mənim üçün parka gəzintiyə getmək kimi bir şey idi. Ayhan İşiq, Zeki Mürenlə eyni səhnəyə çıxmaq müdhiş idi".
 
Filmlərə çəkilən Ajdanı ailəsi məcburən ərə verməyə çalışıb. Əgər evlənib uşaq sahibi olarsa, film və musiqidən uzaq olacaq deyə düşünüblər. Ancaq zorla ərə verilmək istənilməsi Ajdanın qürurunu qırıb. Ajda həmin illəri və daxilində gizlənən intihar hissini belə anladır.    
 
"Bu hadisə məni çox sarsıtdı. Mətbəxə girib qazı açdım. Gözlədim, yenə də ölüm gəlmədi. Mətbəxin döşəməsində oturmaqdan arxam buz kimi olmuşdu. Ayağa qalxıb, qazı söndürüb mətbəxdən çıxdım. Həmin gün ölə bilərdim və indi heç kim Ajda adını eşitməyəcəkdi. İkinci dəfə 1982-ci ildə ağır sarılıq xəstəliyinə yoluxanda ölüm təhlükəsiylə qarşılaşdım. Amerikada müalicə aldım və ölümdən xilas oldum. Allah üçüncüsündən qorusun".
 
Bir zamanlar ailəsi tərəfindən məcburən ərə verilmək istənildiyi üçün özünü öldürməyə çalışan Ajda bir neçə il sonra Coşqun Sapmaz ( 1973) və Əli Bars ilə ( 1984) ildə evlənib boşanıb. Sənət sahəsində zirvələri fəth edən Ajda şəxsi həyatında xoşbəxtliyin zirvəsini fəth edə bilməyib.
 
Ajda haqqında geniş yayılmış dedi-qodulardan biri də onun porno filminin olması barədə idi. Ajda özü də 1980-ci illərdə geniş yayılmış bu dedi-qoduya təəccüblənibmiş. "İşi tam öyrənəndə hər şey aydın oldu. İsveçrəli ya norveçli bir qadını mənə bənzədiblər. İnsan insana bənzəyər. Bu məsələ o qədər gündəmə gəldi ki, hətta bir ara özüm belə, porno filmimin olduğuna inanmağa başladım. Hamamdaykən biri yəqin, məni çəkib deyə düşündüm. Ancaq bu hadisə hamının dilinə düşdü və yaxşı əyləndilər. Ajdanın üzülməsi heç kimin vecinə deyildi. Bu da məşhurluq bahasına ödəməli olduğum şeylər idi, ödədim".
 

Ajda Pekkan 68 yaşında - fotolar

 

Ajda Pekkan 68 yaşında - fotolar

 

Ajda Pekkan 68 yaşında - fotolar

 

Ajda Pekkan 68 yaşında - fotolar

 

Ajda Pekkan 68 yaşında - fotolar

 

Ajda Pekkan 68 yaşında - fotolar

 

Ajda Pekkan 68 yaşında - fotolar

 

Ajda Pekkan 68 yaşında - fotolar

 

Ajda Pekkan 68 yaşında - fotolar

 

Ajda Pekkan 68 yaşında - fotolar

 

Ajda Pekkan 68 yaşında - fotolar

 

Ajda Pekkan 68 yaşında - fotolar

 

Ajda Pekkan 68 yaşında - fotolar

 

Ajda Pekkan 68 yaşında - fotolar

 



Şərhlər:
Baxılıb: 1281
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz