Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Ailəmi qayınanam dağıtdı" - Elza Seyidcahan
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1696
Səs ver:
Müğənni Elza Seyidcahan saytına müsahibə verib. Qadınlar.biz həmin müsahibəni təqdim edir.

 - Tənha qadın olaraq ailənin yükünü daşımaq çətin deyil ki?
 
- Mən yalnız bir ailənin yükünü daşısaydım, onda nə var idi ki?! Mən həm də bəşəriyyətin yükünü daşıyıram.
 
- Maraqlıdır, sizi bu qədər güclü edən və ya stimul verən nədir?

 
- Düşmənlərin mənə atdığı daşlar... Nə qədər çox daş atarlarsa, bir o qədər çox həyata bağlanaram. Düşmənlərimdən xahiş edirəm ki, mənə daş atın. Zirvəyə çatmaq üçün ayağımın altına yığacağım bu daşlara ehtiyacım var.
 
- Bəs sevgi? Deyirlər qadını həm güclü, həm də zəif edən sevgidi.
 
- Mənim sevgiyə ehtiyacım yoxdu. Ailəm, doğmalarım, sənətimi sevən insanlar tərəfindən çox sevilirəm. O qədər çox sevilirəm ki, qarşı cinsin sevgisi yaşadığım sevgilərin içində çox aciz qalır.
 
- Yəni Elza Seyidcahan üçün bir kişi tərəfindən sevilmək, diqqət mərkəzində olmaq bir o qədər də önəmli deyil?!
 
- Hər zaman demişəm, yaxşı ki, o sevgi yoxdur. Çünki mənim sevgim sənətimdir. Qarşı cinsin sevgisindən fərqli olaraq məni qısqanmır, incitmir, alçaltmır. Nə yaxşı ki, məni alçaldan, incidən sevgi yaşamıram. Sənətim mənə həm sevgini yaşamağı, həm dünyanı gəzməyi, həm də minnətsiz çörək yeməyi nəsib edir. Bir sözlə, heç kimdən asılı deyiləm. Hər zaman demişəm ki, kişilər kişisi mənim sənətimdir.
 
- Amma qadın ən çətin anında rahatlıqla söykənə biləcəyi bir kişi çiyninə ehtiyac duyur.
 

- Mənim arxamda məni sevən xalqın məhəbbəti dayanır.
 
- İstərdim bir az da ailəli Elza Seyidcahanın yaşadıqlarından danışaq. Erkən ailə qurmağınıza səbəb nə idi ?
 
- 20 günün içində ailə qurdum. 19 yaşımda artıq 2 uşaq anasıydım. Buna görə də Allaha şükür edirəm. Heç peşman da deyiləm. İnanın səbəbini heç özüm də anlamıram. Keçmiş həyat yoldaşım məni gördü, sevdi. Və tezliklə toy oldu. Amma mən planlaşdırırdım ki, 5 ildən sonra - ali məktəbi bitirib ailə quraram.
 
- Ayrılanda bəzi xanımlar toy şəkillərini yandıraraq, guya keçmişini məhv etməyə çalışır. Bəs siz necə, belə addım atdınız?
 
- Yox, mən toy şəkillərimi saxlayıram. Yerini də bilirəm. Baş verənlərdən asılı olmayaraq o, mənim həyatımın özəl günlərindən biri idi. Keçmişi nə silmək, nə də unutmaq olar. Heç bir zaman keçmişimə qarşı heyfsilənməmişəm. Əslində, mən həyatın əsl üzünü o zaman yox, imkanlı vaxtlarımda dərk etmişəm. Gec də olsa... Amma nə yaxşı ki, dərk etdim.
 
- Yaşadığınız ayrılığa görə kimi qınayırsınız? Sizcə, günahkar kimdir?
 
- Qayınanam... Mənim ailəmin dağılmasının səbəbkarı qayınanam idi. Bəlkə də yaxşı edib. Çünki, qayınanam ailəmi dağıdaraq mənə ən böyük yaxşılığı etdi. Özü də bilmədən bugünkü Elzanın var olmasına səbəb oldu. Ona bir daha təşəkkür edirəm. Bir qayınanama, bir də anama minnətdaram. Biri ailəmi dağıtdı, biri isə məni bu uçurumdan xilas etdi.
 
- Amma nədənsə mübarizə aparmaq istəmədiniz...
 
- Buna ehtiyac yox idi. Çünki qısqanclıq olanda artıq hər şey bitir. Amma qayınanamdan öyrəndiyim müsbət şeylər çox oldu. Məsələn, evdarlıq... Mən qəfildən ailə qurduğum üçün təcrübəm yox idi. Anam mənə ev işlərini gördürmürdü. Amma qayınanam mənə o qədər çox iş gördürdü ki, axırda "Zoluşka” kimi evdarlığı bacardım. Bir müqayisəni etmək istəyirəm. Bizim evdə süd daşanda anam məni döyürdü, amma qayınanam deyirdi ki, "mama qurban, əl dəymə, dövlətli olacağıq, südümüz daşdı”. (gülür)
 
- Elza Seyidcahan bir qayınana kimi... Maraqlıdır, sevgi məsələlərində övladlarına nə dərəcədə azadlıq verir? Seçimlərinə müdaxilə edirmi?
 
- Demək olar ki, bu mövzuda onlara kifayət qədər azadlıq vermişəm. Amma nəticədə son sözü deyib, xeyir-dua verən də məhz mənəm. Etiraz etdiyim vaxtlar da olub. Bir dəfə oğlum mənə ailə qurmaq istədiyi qız haqqında danışanda ona etirazımı bildirdim. Oğlum da sözümü eşidib, o qızdan ayrıldı. Amma bu ayrılıq qarşılıqlı anlaşma nəticəsində oldu. Çünki oğlum söylədiklərimin həqiqət olduğunu anlayıb mənimlə razılaşdı.   
 
- Ekstravaqant xanım olaraq bir çox xanımlardan seçilirsiniz. Bu fərqlilik çox zaman sizi qınaq obyektinə də çevirir. Bəs övladlarınızın "ekstravaqant ana”ya münasibəti necədir?
 
- Övladlarım məni hər zaman belə gördükləri üçün artıq öyrəşiblər. (gülür)  Hətta hərdən görürəm ki, onlar da mənim kimi qeyri-adi geyinirlər. Əvvəl təəccüblənsəm də, sonda öz-özümə deyirəm ki, "ay Elza, axı onlar sənin uşaqlarındı. Başqa cür ola da bilməz”.
 
- Sonda istərdim ki, ailənizlə bağlı hansısa sirri bizimlə bölüşəsiniz.
 
- Əslində, müsahibə zamanı bugünədək demədiyim bir çox şeyləri dedim. Amma sirrə gəlincə, bu məqamda susmaq istəyirəm. Çünki sirrin hər zaman sirr olaraq qalmasını istəyirsənsə, susmağı bacarmalısan.


Şərhlər:
Baxılıb: 1696
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz