Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gəlin:“12 yaşımda tanımadığım biriylə evləndirdilər”
Gəlin:“12 yaşımda tanımadığım biriylə evləndirdilər”
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2111
Səs ver:

Türkiyədə 11 yaşında gəlin köçürülən, 12 yaşında ana olan, 14 yaşında isə vəfat edən Kader Ertenin dramı, uşaq gəlinləri bir dəfə daha gündəmə gətirdi. Yaxşı, bəs oyun oynamaq yaşında evləndirilən uşaqlar nə deyir? Uşaq gəlinlər kabus dolu o günlərdən danışıb...

"16 yaşımda oğlumu qucağıma verdilər”

-15 yaşımda evləndim. Qorxunc bir şeydir. İzah etmək mümkün deyil. Böyük bir ailənin içinə girirsən, necə davranacağını bilmirsən. Məsələn, mən kişilərin qarşısında ayağa qalxmaq lazım olduğunu bilmirdim. Bilmədiyim üçün də ilk şillə dəymişdi mənə. 16 yaşımda oğlumu qucağıma aldım. 23 yaşım var və ərim vəfat edib.

"Eyvandan oyun oynayanlara baxırdım”

-17 yaşımda evləndim. Həyat yoldaşım əsgər idi. Əvvəlcə Qarsa, sonra isə İstanbula getdik. 18 yaşımda ana oldum. Gənc qızlara baxıb həsəd aparırdım. Bir gün yoldaşım gəldi, yeməkdən sonra televizora baxırdıq. Küçədə məhəllənin gənc qızları yığışıb oyun oynayırdılar. Həyat yoldaşım oyun oynayanlara necə baxdığımı görüb və mənə "oynamaq istəyirsən?” deyə soruşmuşdu. O qızıma baxdı, mən də oyun oynamağa getdim. Həyat yoldaşım hər zaman mənə çox dəstək olub. Hər kəs mənim qədər şanslı deyil.

"Uşaqlar məni qovardı”

-10 yaşında Qaziantepə gəlin getdim. Küçədə gedərkən uşaqlar məni qovurdu. "Kiçik gəlin” deyib qışqırırdılar. Əlimlə paltar yuyurdum. Qayınanam məni döyürdü. Qaynım çörək bişirəndə qarnıma bıçaq soxmuşdu. Sonra qapını üzərimə bağlayıb getmişdi. Qayınatam məni ata mindirib xəstəxanaya aparmışdı. Mənə suallar verirdilər. "Necə oldu?” deyirdilər. "Balqabaq kəsərkən oldu” demişdim. Məhkəməyə göndərdilər. Prokuror və hakim məndən istəyərək yoxsa, zorla evləndirildin?” deyə soruşmuşdu. İki qolumu möhürlədilər. Yaşımı artırmaq üçün Diyarbakıra getdik, əks halda ərim həbs olunacaqdı. Sonra evə qayıtdıq. Hələ yaram sağalmamış, işə başlamışdım.

"12 yaşımda tanımadığım biriylə evləndirdilər”

-Atam məni 12 yaşımda gəlin etdi. Ərimin 20 yaşı var idi. Heç vaxt görməmişdim onu. Məni apardılar, "Bu ərindir” dedilər. 20 il onun yanında qaldım. Olmaz olaydı, çox acı günlər idi.

"Atam səhər qalxıb "Dur, ərə gedirsən” dedi”

-Biz qərar verə bilmirik, bizim dilimiz yoxdur. Atamız nə desə o olacaq. Səhər qalxdı, "gedirik” dedi. "Hara gedirik?” soruşdum. "Ərinin yanına” dedi. Üzr istəyirəm, heç cinsi əlaqəni belə bilmirdim.

"Hər kəs məktəbə gedərkən, məni gəlin etdilər”

-13 yaşında hər kəs məktəbə gedərkən, mən 30 yaşlı adamla evləndirildim. Getdiyim adamı atam kimi gördüm. Heç vaxt onun yanına yaxınlaşa bilmirdim. Gecə olanda çox qorxurdum. Otağına belə girə bilmirdim. Ona həmişə ata gözü ilə baxmışam. Hələ də o psixologiyadan qurtula bilməmişəm.

"Atamı dəyişdirmək istəyərdim”

-Həyatımda dəyişdirmək istədiyim tək bir şey var, o da atam.

"Oyun oynayanda, kürəkən etdilər”

-14 yaşımda evləndim. Həyat yoldaşımın 16 yaşı var idi. Küçədə topla oynayanda "Gəl, toy edirik” dedilər.

"İmtahanı qazandığım gün evləndirilmişdim”

-14 yaşım olanda atam məni öz qardaşının uşağıyla nişanladı. Əməliyyata girirdi. "Ölsəm qızım sizə əmanətdir” deyib. Onlar da gəlib istədilər. Amma mən oxumaq istəyirdim. Universitet imtahanlarına girdim, imtahanı qazandığımı evləndiyim gün öyrəndim.



Şərhlər:
Baxılıb: 2111
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz