Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Bir qadının Bakıda gecə barda nə işi var?” FOTOLAR
“Bir qadının Bakıda gecə barda nə işi var?” FOTOLAR
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3432
Səs ver:
"Gözəl qadınlar" layihəsinin bu günki qonağı "Space" televiziyasının cazibədar aparıcısı Şəbnəm Hümbətovadır. İlk baxışda soyuq qadın təəssürratı yatarsa da, şən, gülərüz və mehriban xanımdır. Suallarımızı da böyük həvəslə cavablandırdı.

- Fotossesiya zamanı kompleksli olduğunuzu hiss elədim. Aparıcılıq və kompleks bir-birinə zidd deyil?

- Əla göründüyümü iddia edə bilmərəm, amma öz görkəmimə qarşı kompleksli deyiləm.Verilişi aparanda ancaq bir nəfərin çəkdiyini fikirləşirəm. Ekrandan məni nə qədər adamın izlədiyini fikirləşəndə istər-istəməz kompleksə düşürəm, sıxılıram.

- Sizə baxanda soyuq və qapalı qadın obrazı yaranır.

- Deməzdim, ünsiyyəti sevən insanam. Hər kəslə ünsiyyət qurmağa can atıram.

- Xoşlamadığınız insanlarla necə?

- Məncə, hər bir insandan nə isə öyrənmək olar, hətta xoşlamadığımız insanlardan da. Ətrafımızda o qədər maraqlı insan var ki, qapalı insanları qəbul edə bilmirəm. Ən çox qapalı insanlarla ünsiyyət qurmağa çalışıram.

- Onlarla söhbət etmək maraqlıdır?

- Qapalı olduqlarının səbəblərini araşdırmağa çalışıram. Həyatı yox, psixoloji problemlərini, gərginliklərinin səbəblərini aydınlaşdırıram. Sırf xarakter baxımdan maraqlıdır. Bir az eqoist səslənsə də, bu məsələ özümlə bağlıdır. Söhbətin məqsədi onlardan nə isə götürməkdir, bilmədiyim məqamlar haqqında məlumat toplamaqdır. Eqoizmi həmişə özümdə öldürürəm. Yaşından, vəzifəsindən asılı olmayaraq, eqoizm çox pis xüsusiyyətdir .

"Söhbət etməyə insan tapmaq çox önəmlidir”

- Qapalı insanların həyatı çətin olur. Çünki bu xüsusiyyət onların karyerasına, uğur əldə etməsinə imkan vermir.

- Əgər işini sevirsənsə, bacarıqlı və məsuliyyətlisənsə, karyeranda uğur əldə edəcəksən. Bu xüsusiyyət ancaq insanlarla münasibətlərə təsir edə bilər. Məsələn, sıxıntıları olanda onu bölüşməyə, dərdləşməyə ətrafında insan tapa bilməzsən. Söhbət etməyə insan tapmaq çox önəmlidir.

- Siz tapa bilirsiniz?

- Ətrafımda istənilən vaxt söhbət edə biləcəyim yetəri qədər insan var. Hər birindən dərdimə qulaq asmasını, məni dinləməsini istəyə bilərəm.

- Hər dərdi də danışmaq olmur. İnsanlar belə şeylərdən çox istifadə edirlər.

- Elə bir böyük sirrim və dərdim yoxdur. Olsa da, demərəm. Çünki həmin anda həyatım o insanın iki dodağının arasında olar. Kimlə və nəyi paylaşdığıma fikir verirəm. Ailəmlə müzakirə elədiyim, paylaşdığım məsələləri dostlarıma söyləmirəm. Yaxud da əksinə.

- Kişilər, yoxsa qadınlar daha etibarlı sirdaşdır?

- Kişilər sirr saxlamağı daha yaxşı bacarır. Qadınların sirr saxlamaq bacarığı qəlizdir. Qadınlar başqalarının sirlərini bilərəkdən və istəyərəkdən açmırlar. "Dostumun da dostu var” məsəli qadınlara daha yaxındır.

- Bəs siz?

- Yaxşı sirdaşam.

- Çox əminliklə söylədiniz.



- Bunu dostlarım da təsdiq edə bilər. Məsələn, 3 nəfər dostuqsa, birinin söylədiyi sirri digərinə çatdırmıram.

- Bu cür dostluq eləmək və münasibətlərdə balansı saxlamaq asan deyil.

- Sirri təkcə mənə deyirsə, deməli, belə lazımdır. Məsləhət bilsəydi, özü deyərdi.

- Ciddi xanımsınız. Maraqlıdır, necə əylənirsiniz?

- Dostlarımla əylənməyi, gəzməyi sevirəm, amma səssiz ortamlarda. İş rejimi çox gərgindir, bunu televiziyada işləyənlər daha yaxşı başa düşür. Gündə 2 dəfə canlı yayımda veriliş aparmaq və bunun məsuliyyəti çox ağırdır. Keçirdiyin gərginlikdən sonra səs-küylü məkana düşmək beyin gücünün qaldıra biləcəyi iş deyil.

- İşiniz gəncliyinizi istədiyiniz kimi yaşamağa imkan verir?

- Televiziya mənə stimul verir. Gənclik təkcə əylənməkdən və deyib gülməkdən ibarət deyil, gələcək üçün yatırım deməkdir. Elə bil ki, gələcəkdə quracağın evin təməlini qoyursan və yavaş-yavaş tikməyə başlayırsan. Gənc insanlarda nə uşaq vaxtı, nə də ki, qocalıq vaxtı olmayan güc, enerji var. Var olanı da xərcləmək lazımdır.

- Gözəlliyinizə çox vaxt ayırırsınız?

- Doğurdan da heç nə etmirəm. Nailə İslamzadəni həm aparıcılığını, həm də xanım-xatınlığını çox bəyənirəm. Özünə qulluq etməsinə həmişə həsəd aparmışam.

- Kişilər çox özünə baxan qadınlardan daha tez bezirlər.

- Bəli. Daha tez qocalmağıma səbəb olsa da, xüsusi nələrəsə əməl etmirəm.

- Qocalmaq sizi qorxutmur ki?

- Əsla. Hər yaşın öz gözəlliyi var.

- Çox zərifsiniz, pəhrizin nəticəsidir?

- Nə idman edir, nə də pəhriz saxlayıram, hamıdan da çox yeyirəm. Bu, çoxlarını qıcıqlandırsa da, genlə gələn bir şeydir. Daimi hərəkətdə oluram, hərəkət də idmanın bir növüdür.

"Tamam fərqli hissdir, əsl dopinq budur”

- Şopinq dopinqdir?

- İstənilən sıxıntıdan xilas olmaq üçün şopinq ən optimal çıxış yoludur. Lakin israfa qarşıyam. O pulla ehtiyacı olanlara, xəstə uşaqlara kömək etməyi üstün tuturam. Şəxsən tək kömək etmirəm. "Uşaqların Xoşbəxt Gələcəyi Naminə" adlı fond var. Bu fond, indiyənə qədər 700-dən çox uşağın əməliyyatına kömək edib yeni həyat veriblər. Uşaqları çox sevirəm, onların dırnağına belə zərər gəlməsini istəmərəm. Bu fonda kim istəsə qoşula bilər. Əlimizdən gələn köməyi edirik. Bir uşağa yardım etmək və onun üzündəki təbəssümü görmək dünyalara bərabərdir. Yaşamaq həvəsin artır, insan özü-özü ilə qürur duyur. Məncə, bunu hər kəs dadmalıdır. Tamam fərqli hissdir, əsl dopinq budur.

"Əgər saçlarınızın yumşaq olmasını istəyirsinizsə, gündə heç olmasa bir dəfə körpənin onunla oymasına izin verin”

- Başqa ölkələrdə övladlığa uşaq götürmək normal hesab olunur. Bizdə isə bu hadisəyə başqa cür yanaşırlar.

- Təəssüflər olsun ki... Ən böyük arzum kimsəsiz bir uşağa isti yuva bəxş etməkdir. Odri Heprbrun və Ancelina Coli dünyanın ən gözəl xanımları olsalar da, yardımsevərliyi ilə də məşhurdurlar. Onların gözəlliyi xarici görünüşlərində yox, daxili aləmlərində gizlənib. Odri xanım həmişə deyərdi ki, "Əgər saçlarınızın yumşaq olmasını istəyirsinizsə, gündə heç olmasa bir dəfə körpənin onunla oymasına izin verin”. Dərinə ən bahalı kremləri, maskaları vur, əgər gözəllik daxildən qaynaqlanmırsa, o, sənin üzündə onsuz da bəlli olmayacaq. Ənlik, kirşan, tuş müəyyən rol oynaya bilər. Maraqlısı odur ki, bu qadınların hər ikisi xərçəng xəstəliyinə tutulublar. Xərçəng xəstəliyinin ən birinci səbəbi isə sıxıntıdır. Bunlar hamısı ondan irəli gəlir ki, öz gözəlliklərinə önəm vermirlər, onlar daxili aləmlərini zənginləşdirirlər.

- Xəyalınızdakı kişi obrazı necədir?

- Hündür boy, qamətli, alicənab, ağır təbiətli olması çox önəmlidir. Amma insanların xəyalları ilə reallıqlar çox vaxt uyğun gəlmir. Fikrində tutduğunun tam əski qarşına çıxır və onunla ailə qurursan.

- Namizəd var?

- Hələ ki, yoxdur.

- Jurnalist xanımların çoxu niyə gec ailə qurur?

- Cəmiyyətə nümunə ola biləcək ailəli jurnalist xanımlar da çoxdur. Məncə, işindən dolayı, özlərinə çox az vaxt ayırırlar. Jurnalistika çox əmək tələb edən sənətdir, ətrafa baxmağa, sənə diqqəti olanları görməyə vaxt tələb olunur.

- Özünüzə haqsızlıq etmirsiniz?

- Ola bilər. Ailə iki insanın izdivacı, sənəd üzərində imza atmaq demək deyil, ailə çox məsuliyyətli bir şeydir. Tərbiyəli layiqli şəxsiyyət yetişdirmək, cəmiyyətə bəxş etmək indiki dövrdə çətindir. Hələ ki, onu daşımağa hazır deyiləm.

- Gənc xanımın tək olması ədalətsizlik deyil?

- Yaşım elə çox deyil ki, bunu özümə dərd edim. Sevdiyin insan deyəndə, niyə həmişə əks cinsin nümayəndəsi nəzərdə tutulur? Bu düzgün deyil.

- Kişi ilə qadın bir-biri üçün yaradılıb axı.

- Razıyam, amma sevgi təkcə bunun üzərində qurulmayıb. Mənim gözəl ailəm, dostlarım, yaxınlarım var. Eyni zamanda hər kəsin vaxtında ailə qurmasının tərəfdarıyam.


- Sizi ağladan kişi olub?

- Hə, rəhbərlərim. (Gülür) Sulu göz olduğum üçün danlayanda, ağlayıram.

- Səyahət edirsiniz?

- Parisi, İstanbulu çox sevirəm. Bu şəhərlərin ruhu başqadır... Yunan adalarına getməyi çox arzuulayıram. Gəzmək insana çox şey öyrədir. Hansısa şəhərə gedib şəkil çəkdirmək yox, onun haqqında məlumat toplamaq lazımdır.

- Əsl qadın necə olmalıdır?

- Oturuşunda, duruşunda çox diqqətli olmalıdır. Qəribə səslənsə də, gülüşünə də fikir verməlidir. Xanımlar istənilən məkanda diqqət mərkəzində olurlar, buna görə də nə danışdıqlarına, mimikalarına, jestlərinə fikir verməlidilər.

"Belə baxanda bir xanımın gecə barda nə işi var?”

- Niyə belə çox mühafizəkarsınız?

- Bəhram Bağırzadə bir dəfə belə söz demişdi: "Qadın dünyaya gələndə artıq bədbəxtdir. Çünki qadın dünyaya gələndə onun bütün azadlıqları əlindən alınır". Bunu da analiz etmək lazımdır, hansı azadlıqlar əlindən alınır? "Gecə bara getmək olmaz!” Belə baxanda bir xanımın gecə barda nə işi var? Xaricdə normal qarşılanır, bizdə belə deyil.

- Amma bara getməyə qoymayan kişilər xanımlarını elə oradakı qadınlarla aldadırlar.

- Elə ona görə də icazə vermirlər. Hamı öz əməlinə, düşüncə tərzinə görə davranır. Cəmiyyətdə öndə olan qadınları pisləyib, yalan, şər-böhtan atırsa, o, insanın necə olduğundan xəbər verir. Etiraza səbəb olsa da, hər kəs özünə nəzarət etsə, cəmiyyətdə heç bir problem olmaz.

- Hamı da eyni cür ola bilməz.

- Allah təki yaxşı insanlarla qarşılaşdırsın...

- Allahla insan arasında vasitəyə ehtiyac var?

- Var. Bəziləri kortəbii fikirləşir, yaşayır. Dünyaya niyə gəldiyinin, niyə yaşadığının səbəblərini və hara getdiyini bilmir. Həmin insanlara düzgün yol göstərməkdən ötrü vasitəçiyə ehtiyac var.

- Bürclərlə maraqlanırsınız?

- Fala inanmıram. Bu, Allaha şərik qoşmaq kimi bir şeydir. Bürcləri çox oxumasam da, inanıram. Hər bürcün özünəməxsus xarakteri olur. //Publika

 

 

 

 



Şərhlər:
Baxılıb: 3432
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz