Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Boşanan azərbaycanlı məşhurların siyahısı
Boşanan azərbaycanlı məşhurların siyahısı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 43923
Səs ver:
Boşanan azərbaycanlı məşhurların siyahısı

Şou-biznes əhlinin ailə həyatı cəmiyyətimizdə tez-tez müzakirə olunan mövzulardandır.

Şou-biznesdə baş çıxartmaq, ailə qurub, ailə sahibi olmaq çox çətin məsələdir. Çətin olanın öhdəsindən gəlməyə çalışan sənətçilərimiz də az deyil. Elələri var ki, layiqincə ailə həyatının öhdəsindən gələ bilir. Elələri də var ki...
 
Bir də görürsən xəbər çıxdı ki, filan müğənni dəb-dəbəli restoranların birində toy edəcək. Edir də. Amma çox keçmir ki, bu ailə dağılır. Ayrılma səbəblərini eşidəndə isə adam lap məəttəl qalır, bilmir kimə inansın. Gəlin iddia edir ki, oğlan öz kişiliyini sübut etmək üçün evlənmişdi, heç öz işinin öhdəsindən gələ bilmədi deyə boşandılar. Oğlan isə qızın yalan dediyini, gəlinin qız olmadığını, pul, şan-şöhrət üçün ailə qurduğunu bəyan edir. İndi gəl bu işin içindən baş çıxart ki, çıxardasan... Nə isə, çox uzatdıq deyəsən. Boşanan məşhurlarımızın siyahısını təqdim edir.  
 
 
 
Xalq artisti Faiq Ağayev 1 dəfə evli olub. 2004-cü il dekabrın 21-də Nigar Topçubaşova adlı xanımla ailə quran xalq artisti 2 il sonra, 17 fevral 2006-ci ildə qalmaqallı şəkildə boşanıb. Həmin illərdə cütlüyün boşanma xəbəri mediada böyük səs-küy yaratmışdı. Müğənnidən boşanandan sonra Nigar yenidən ailə həyatı qurub ana olsa da, F.Ağayev hələ də subaydır.
 
 
 
Xalq artisti Aygün Kazımova İlqar adlı bəylə 1 dəfə ailəli olub. Onlar uzun illərdir ayrılsalar da, hələ də rəsmən boşanmadıqları deyilir. Bu evlilikdən Kazımovanın bir qızı var. Sənətçi ilk evliliyindən sonra rəsmən ailə qurmasa da, bir müddət meyxanaçı Namiq Qaraçuxurlu ilə sevgili olması heç kəsə sirr deyil.
 
 
Xalq artisti Nazpəri Dostəliyeva 1 dəfə ailə qursa da ailəsi dağılıb. 2 oğlu var.
 
 
Xalq artisti Flora Kərimova üç dəfə ailə qurub. Üçüncü evlilikdən Zümrüd adlı bir qızı var.
 
 
Müğənni Məleykə Əsədova bir dəfə ailə qurub boşanıb. Bir qızı var. Boşandıqdan sonra aktrisa-müğənni mediaya açıqlama da vermişdi: "Ailə qurduğum şəxs bizneslə məşğul idi. Anamın xətrinə ərə getməklə artıq bir səhv etmişəm. O vaxtlar anamın səhhətində ciddi problemlər vardı və onu kədərləndirməmək üçün bu addımı atmışdım”.
 
 
Əməkdar artist Elza Seyidcahan bir dəfə ailəli olub. Bu nikahdan bir qızı, bir oğlu var.
 
 
Azərbaycanın Eurovison-2011”-in qalibi Nigar Camal
kiprli Haluk Camalla ailə qurub. İki qız övladı var: Jasmin və Səidə. Müğənni bir müddət öncə həyat yoldaşından rəsmən ayrılıb.
 
 
Müğənni İzzət Bağırov 2 dəfə ailə qurub. İlk evliliyi uzun sürməyən müğənnin  birinci evliyindən övladı olmasa da, ikincidən 3 uşaq atasıdır. Sonuncu övladları əkiz doğulub.
 
 
Müğənni Nura Suri
şou-biznesdə ən çox ərə gedən məşhurlardandır. 3 dəfə ailə qurub. 3 oğlu var.
 
 
Prodüser Roland Bayramov
3-cü dəfə ailə qurub. Sonuncu toyu 2013-cü ilin sentyabrında olub.
 
 
Prodüser Tolik (Tarix Əliyev) də bir dəfə evli olub boşanıb.
 
 
Müğənni Kərim Abbasov 2008-ci ilin yanvar ayında prodüser Təranə Səmədova ilə evli olub. Qalmaqallı şəkildə də boşanıblar. Kərim ikinci dəfə qonşuları Təranə adlı xanımla evlənib.
 
 
Əməkdar artist Mətanət İsgəndərli
övladları körpə olarkən qalmaqallı şəkildə boşanıb. Hətta həyat yoldaşı ANS-in "Günə baxan” verilişinə çıxaraq, M.İsgəndərlini ittiham etmişdi.
 
 
Əməkdar artist Firuzə İbadova ailə qursa da, ailəsi dağılıb. Eyni hal qızı Hülyanın başına da gəlib.
 
 
Xalq artisti Ağadadaş Ağayev iki dəfə rəsmi nikahda olub.
 

Muğam ifaçısı Bahar Lətifqızı bir dəfə ailəli olub. Həyat yoldaşından ayrılan müğənninin bir qızı var.
 

Əməkdar artist Abbas Bağırov bir dəfə ailə qurub boşanıb. Afət adında qızı var. Hazırda subaydır.
 
 
Əməkdar artist Almaz Ələsgərlinin
ailəsi uzun sürməyib, tezliklə dağılıb. Qızları da anasının yaşadığını yaşayıb. Onların da ilk evlilikləri uğursuz olub.
 
 
Repçi Elşad Xose (Elşad Əliyev) 2012-ci il martın 27-də rəqqasə Oksana Rəsulova ilə rəsmi nikaha girsə də, evlilikləri bir neçə ay çəkib. Boşanıblar. Hazırda ikisi də subaydır.
 
 
ANS-in keçmiş aparıcısı Ülvira Qarayeva 2 dəfə rəsmi nikaha girib. İlk evliliyindən 1 qızı var. İkinci evliliyi isə aparıcılıq etdiyi "Toy olsun” verilişinin iştirakçısı, meyxanaçı Tərlan Mustafayevlə olub. Onunla da boşanıb.
 
 
Müğənni Mətanət Əsədova 1 dəfə ailə qursa da, boşanmalı olub.
 
 
Repçi Hüseyn Dərya 2 dəfə ailə qurub. İkisi də uğursuz olub. İlk evliliyindən 1 qızı olan Dərya boşanaraq ikinci dəfə Sona adlı xanımla ailə qurub. Sonadan 1 oğlu var. Hüseyn ondan da məhkəmə qərarı ilə ayrılıb. Reper yenidən evlənmək sevdasına düşüb.
 
 
"Şeron” qrupunun üzvü Rüstəm Zeynallı
iki dəfə ailə qurub. İkinci dəfə ailə qurduğu Həcər xanım xalq artisti, qarmon ustası Aftandil İsrafilovun qızıdır. Həcərlə Rüstəm 2008-ci il noyabrın 11-də keçirilən toy mərasimi ilə vətəndaş nikahına daxil olublar. Onların rəsmi nikahı olmayıb. Bir neçə ay öncə isə 2-ci dəfə ailə qurduğu xanımı da boşayıb.
 
 
Müğənni Səidə Dadaşova
sosial şəbəkə vasitəsi ilə tanış olduğu Türkiyə vətəndaşı Səlçuk Gökgözlə ailə qurub, qalmaqallı şəkildə də boşanıb. Hər iki tərəf xəyanətin boşanmaya səbəb olduğunu deyir.
 
 
Əməkdar artist Tünzalə Ağayeva rejissor Rəhmanla ailə həyatı qurub, boşanıb. Həmin evlilikdən bir qızı var.
 
 
Müğənnilər Təranə Qumral və Musa Musayev- hər iki məşhurun ilk evliliyi uğursuz olub. T.Qumralın ilk evliliyindən 2 qızı var. Musayev isə ilk dəfə xalası qızı ilə evli olub. Onu boşayıb Təranəni alıb. İkinci evliliyindən Sevgi adında qızı var. Bir neçə il sonra isə Təranə, Musadan boşanmaq qərarına gəlib. Cütlük rəsmən boşansa da, hazırda eyni evdə yaşayır.
 
 
Müğənni Xatun 1 dəfə ailə qurub, boşanıb. İlk evliliyindən 1 oğlu var.
 
 
Müğənni Zamiq Hüseynov 2009-cu ildə Nigar Rəfiyeva ilə evlənsə də, boşanıb. Evlilikləri bir neçə ay çəkib.
 
 
Müğənni İlqar Sail 2 dəfə ailə qurub. İlk evliliyi puç olan müğənni 2-ci evliliyində özündən qat-qat kiçik bir xanımla nikaha girib.
 
 
Müğənni Aynur Dadaşova 1 dəfə ailə qurub boşanıb. İlk evliliyindən 1 övladı var. İkinci dəfə ailə həyatı qurmasa da, birgə yaşadığı şəxs var.
 
 
Müğənni Rahidə Baxışova evli olub boşanıb. Hazırda sənətçi şou-biznesdən də uzaqdır. Məlumata görə, müğənni yenidən ərə gedib.
 
 
Müğənni Vasif Məhərrəmli 2 dəfə evlənib. İkinci toyu bu il mediadan gizli Tovuz rayonunda baş verib. İlk evliliyindən Əfşan adlı qızı var.
 
 
Niyaməddin Musayev
də bir neçə dəfə ailə quran sənətçilərdəndi. Məlumata görə, sənətçi ilk evliliyindən dünyaya gələn övladlarının anasını, analıq hüququndan da məhrum edib.
 
 
Müğənni Rəqsanə İsmayılova
isə Goranboy rayonuna gəlin köçüb. Aysun adlı qızı dünyaya gəlib, sonradan boşanıb. Müğənninin rəsmi şəkildə ailə qurmasının dəqiq sayı bilinsə də, qeyri-rəsmi şəkildə neçə dəfə ailəli olması məlum deyil.

 

 

 

 

 

 

Boşanan azərbaycanlı məşhurların siyahısı

 

Boşanan azərbaycanlı məşhurların siyahısı

 

Boşanan azərbaycanlı məşhurların siyahısı

 

 

Boşanan azərbaycanlı məşhurların siyahısı

 

 

 

 


 


Şərhlər:
Baxılıb: 43923
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz