Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Roza Zərgərli : “Mənə dedi ki, soyun…”
Roza Zərgərli : “Mənə dedi ki, soyun…”
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 8764
Səs ver:

Son illərin tanınan müğənnisi Roza Zərgərli suallarını cavablandırdı:


- "Məşhur sima”da xoş gördük səni. Musiqi aləmində fasilələrlə görünsən də, son üç ildəki fəailliyyətinə görə, səni məşhur sima adlandırmaq olar.

- Beş ildir qayıtmışam, beş ildir ki, fasiləsiz davam edirəm və tanınıram.


- Bütün məşhurların təqdimatı olur. Səni daha çox şou-biznesin varlı xanımlarından biri kimi təqdim edirlər.

- Varlıdan çox, xeyriyyəçi kimi məni təqdim edirlər. Daha çox bu sözləri özümə deyirlər. Yəqin arxamca varlı kimi qələmə verənlər də var. Hə, varlıyam, sonra?.. Var deyəndə ki, var-dövlət pulla ölçülmür. Sən məni çoxdan tanıyırsan. Bilirsən ki, üç manatlıq da, on minlik də geyinə bilərəm. Məsələn, indi maşınım təmirdədir, ucuz maşında gəzirəm. O demək deyil ki, mənim pulum var deyə, adi maşında gəzə bilmərəm. Xeyirxaham, cibimdə axırıncı manatım olsa belə, onu bağışlaya bilərəm.


- Elə sənətçi var ki, hamı onu barmaqla göstərsin deyə yaşayır.

- Bütün incəsənət adamları belədir…


- Sən sənətə gah gəldin, gah getdin… Bəs uzaq qaldığın vaxtlarda nə düşünürdün?

- Getməyim də təsadüf oldu, qayıtmağım da… Şərait elə oldu ki, qayıtmağa məcbur qaldım. Bir dəfə səs rejissorum məndən musiqiyə qayıtmağımı istəyib. Dedi niyə oxumursan? Dedim istəmirəm, uşağım var, həmişə məşğul olduğum biznesim var. Dedi, sən elə düşünmə, həmişə səni soruşan sevənlərin var. İstəyirdim rejissor kimi fəaliyyət göstərim, eyni zamanda da biznesimi davam etdirim. Və qayıtdım. Daha musiqidən getməyə hazırlaşmıram.


- Elə bir vaxtda qayıtdın ki, indi məşhur olmaq çox asandır.

- Yox, mən elə deməzdim. İndi məşhur olmaq çox çətindir. Hərdən ətrafımda olan işçilərlə oturub bu barədə danışırıq. Hər səhnəyə qayıdışım fərqli olub. Vaxtilə elə bir kliplə gəlmişdim ki, indi də heç kim elə cəsarətli ola bilmir. Bu dəfə qayıdanda səs rejissorum dedi, bəsdir, otur gəl mahnı yazdıraq. Bir il efirə çıxmadım, işlədim. Başqa müğənni olsaydı, bir mahnı oxuyardı, ona da klip çəkdirib efirə çıxardı. Mən bir albomu işlədim, albom tamam hazır olunandan sonra təqdim elədim. O vaxta qədər mahnılarım radiolarda belə efirə getmirdi.


- Əvvəl şou-biznesdə belə sərt qanunlar yox idi. İndi hər şey pulla ölçülür. Pulun varsa, qlamur və nüfuzlu müğənnisən.

- Sənlə razı deyiləm. O vaxtkı müğənnilər indi də var. O vaxt da qalmaqallar var idi. 3-4 məşhur adlar var idi ki, indi də onların sırasında adım çəkilir. Hərə də bir yol seçdi. Biri bahalı nəsə təqdim edir, biri soyunur, bir də qırıq-qırıq hərəsindən bir az edir. Səs rejissorum dedi ki, üç yol var: soyun, gəl bu cür piar edək;  həqiqi, və ya quraşdırma qalmaqal edək; ya da bir üslub seç, eyni janrda mahnılar oxu. Mən nə soyundum, nə qalmaqal elədim. Albomlarıma diqqətlə qulaq asın, mahnılarımın heç biri bir-birinə bənzəmir. Bu yolu tutdum. Bəlkə də iki-üç ildən sonra Roza yolu olacaq. Şou-biznesdə heç kim deyə bilməz ki, onların mükəmməl komandası olub, necə ki, mənim mükəmməl komandam var. Heç kimin daimi mətbuat katibi, meneceri, prodüsseri yoxdur. Mənim var, belə də olacaq.


- Sən qalmaqala getməsən də, təbiətində hay-küy, etiraz var. Həmişə qalmaqala hazırsan.

- Mənimlə çox adam qalmaqal etməyə çəkinir. Bilirlər ki, onların danışıq tərzi, fikirlərini çatdırma bacarığı buna imkan verməyəcək. Bir xoşbəxtliyi Allah mənə qismət edib ki, mənə tamaşaçı inanır. Uzağa getməyək. "Facebook”da məni sevənlər ordusu var. Bu gün verilişdəydim, çəkilişdən sonra Elmlər Akademiyasında işləyən bir xanım deyir, mən sizi tanıyıram, sosial şəbəkədə sizinlə dostluq edirəm. 


- Sənin maddi imkanın yaxşı olmasaydı, indiki statusda ola biləcəkdin?

- Hə, olacaqdım. Yeri gəlsə, ətrafımda işləyən adamlar o kasıb kimi görünən müğənnilərdən az qazanır. Biz layihələrə də çoxlu pullar xərcləmirik. Sadəcə düzgün iş qururuq. Türkiyədə münsif kürsüsündə əyləşdim, artıq dedi-qodular yayıldı ki, Roza Zərgərli 30 min xərcləyib ki, münsif üzvü olsun. Lakin yaxınlarım bilirdi ki, bütün bunlar təsadüf nəticəsində olub. 4 il əvvəl o müsabiqəyə məni yarışmaçı kimi dəvət etmişdilər getməmişdim.


- O səfərdən sonra sənin Emre Altuğla duet oxuyacağın xəbərləri yayıldı. Nəticə nə oldu?

- Emre Altuğla duet olacaq. Türkiyənin məşhur aktyoru Erol Günaydın hər ikimzin klipində rol alıb. O rəhmətə gedəndən sonra qərar verdik ki, sevgi haqqında bir mahnı yazdıraq, Erol Günaydının xatirəsinə həsr edək. Bu günlərdə aktyorun xatirə gecəsi keçirildi. Mən gedə bilmədim. Erol bəyin qızı Emre ilə danışdı yəni, yaxın vaxtda gözlənilir.


- Yavaş –yavaş Türkiyənin musiqi səhnəsinə yaxınlaşmış olacaqsan.

- Bu təklif çoxdan olub, imtina etmişəm. Üç əvvəl Türkiyənin məşhur "Muhteşem Yüzyıl” serialına dəvət aldım. Köməkçim Abbas danışmışdı, getmədim. Ssenarini də göndərmişdilər, ev ayırıb, hər seriya üçün iki min avro qonorar verməyə razı idilər. Dedim azdır, artırdılar. İkinci rol idi, bacılardan biri olmalı idim. Mənə dedilər il yarım Türkiyədə yaşayacaqsan, bir ay tətildə öz vətəninə qayıda bilərsən. Qızım Bənövşəni qoyub gedə bilməzdim. Həyat yoldaşım da icazə vermədi.


- Şou-biznesdə önəmli fiqurlar var. Hərə öz səhnə fəaliyyətinə, obrazına, təbiətinə uyğun bir adla özünü təqdim edir. Sən də sahib olduqlarını komplektləşdirib, özünə bir adla təqdimat verə bilərsən?

- Özüm-özümə ad qoyum? Mən elə Rozayam da…  Dövlətin verdiyi ad statusu müəyyən edir.


- Özünü necə analiz edərdin?

- Bu meşənin gülü elə özüməm!


Lalə Yusifqızı



Şərhlər:
Baxılıb: 8764
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz