Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Anam əsəbiləşdi, coşdu" - Günay İbrahimli
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6493
Səs ver:
Müğənni Günay İbrahimlinin "Qafqazinfo”ya müsahibəsi:

- Söhbətimizə ilk öncə yeni işlərinizdən başlayaq.


- Bu yaxınlarda sözləri Leyli İsrafilovaya, musiqisi Pərviz Mahmudova məxsus olan "Ola bilər” mahnım işıq üzü görüb.  Mahnıya İstanbulda klip çəkdirməyə hazırlaşırıq. İnşallah, bir neçə müğənni ilə duet oxumalıyam, sual altında olduğu üçün ad çəkmək istəmirəm. Aranjımançı-bəstəkar Elvin Musayevlə birlikdə duetimiz olacaq, çox adam onu tanımır, səsini eşitməyib. Əminəm ki, duetimizi bəyənəcəklər, çox gözəl səsi var.

- Günayı digər sənət yoldaşlarından fərqləndirən nədir?

- Günayı fərqləndirən Günay olmağıdır. Mən hərəkətimlə, danışıq qabiliyyətimlə özümü ifadə edirəm. Düzdür, məni bir neçə müğənniyə bənzədirdilər, o adı aradan götürmüşəm. Çalışıram məni Günay kimi tanısınlar.

- Populyarlaşdıqdan sonra Günayın hansı xüsusiyyətləri dəyişdi?

- Bu sənət adamı dəyişir, zərbələr gördükcə püxtələşirsən. Əvvəlki Günay daha saf idi, hər kəsə inanırdı. İndi inanmıram, hər işə əsəbiləşmirəm.

- Üstündən aylar keçsə də, konsertiniz hələ də müzakirə olunur. Bunun səbəbi nədir?

- Heç vaxt açıq-saçıq geyinməmişəm. Fikirləşdik ki, konsertdə dəyişikliklər etmək lazımdır. İlk konsertim idi və canlı ifa edirdim. Bir ay qalmış qərar verdik ki, konsert keçirim. Düşünürəm ki, risk etdim, amma bu sənətdə risk etməsən, uğur qazana bilməzsən. Bu qədər diqqətlə qarşılanacağını gözləmirdim. Əgər aylar sonra bu gün burada oturub konsertimdən danışırıqsa, deməli, uğur qazanmışam.

- Fərda Xudaverdiyevin konsertində səhnədə ətəyinizin qalxması da çox söz-söhbət yaratdı. Hətta Natavan Həbibi də sizə iradlar tutdu.

- Bu hamının, Natavanın da başına gələ bilər, Azərbaycanda belə şeyləri şişirtməyi çox sevirlər. Lakin belə işlərlə gündəmə gəlmək istəsəydim, altı il ərzində gələrdim. Mənə qalmaqal, başqa yollar təklif edirdilər ki, tez tanınım. Konsertdə küləyin qalxdığını görəndə, düşündüm ki, gedib paltarımı dəyişim, elə o an Fərda məni səhnəyə dəvət etdi.  Allah heç bir xanımın başına belə iş gətirməsin, çox pis vəziyyətə düşdüm.

- Üstəlik utancaq xanımsınız...

- Video yayılanda Türkiyədə idim, izləyəndə çox pis oldum.

- Evdəkilər bu hadisəni necə qarşıladılar?


- Anam əsəbiləşdi, coşdu... İndi sakitləşib.

- Gəlinlikdə fotosessiya etdirmişdiniz. Ailə qurmaq haqda düşünmürsünüz?


- Gəlinlik mağazasının açılışında idim. Gəlinlik geyinmək çətin işdi, fatası var, geyimi geyinmək, iplərini bağlamaq vaxt aparır. Bir geyim xoşuma gəldi, örtülü sadə gəlinlik idi, geyindim, sonra soyunmaq istəmirdim. Çox gözəl hisdir, hər bir gənc qıza arzulayıram, təbii ki, özümə də. Düşünürəm ki, mənim üçün ailə qurmaq hələ tezdir. Ailəyə bağlı insanam, istəyirəm gözəl ailəm, uşaqlarım olsun. Qocalıb gedirik, yaşlaşanda kiminsə üçün yaşamaq lazımdı. Lakin bunlar qismətdir. Çoxlu evlilik təklifləri gəlib, razılaşmamışam.

- Deməli,  həyatınızda sevgi də yoxdur.

- Məni sevən insan sənətimi də qəbul etməlidir. Sevgi mənim üçün önəmlidir, istəyirəm həyatımda sevgi olsun, sevdiyim şəxslə aramızda hörmət olsun. İlk insanın görünüşü diqqətimi cəlb edir, demirəm oğlan yaraşıqlı olmalıdır, normal görünüşü olsa, bəsimdir.Daxili özəllikləri isə məni xoşbəxt etməlidir.

- Bəs Günay nə vaxtsa, sevib?

- Bəli, sevmişəm, lakin alınmayıb, yaşandı bitdi.

- Günay qısqancdırmı?


- Hər bir insanda qısqanclıq var. Amma mən belə hisləri ürəyimdə çəkirəm, sevdiyim oğlanı qısqansam da, biruzə vermərəm. Amma romantik xanımam.

- Bir müddət öncə prodüser Təranə ilə aranızda sevgi münasibəti olduğu haqda xəbərlər çıxırdı.


- Bunlar çox gülməlidir, bilmirlər nədən yazsınlar. Məni tanıyan tanıyır, əsas özüm bilirəm ki, mən düzəm, kiməm, nəçiyəm. Qoyun, yazsınlar.

-Bəzi müğənnilər deyir ki, jurnalistlər məni qalmaqala sürükləyir. Siz necə fikiləşirsiniz?

- Bəzən olur ki, jurnalistə bir söz deyirsən o başqa söz yazır. Elə jurnalistlər var ki, mən onlarla danışmıram. Düşünürəm ki, jurnalistlə müğənni dost olmalıdır, çünki onlar bizim sənəti izləyir, tamaşaçıya çatdırır, yeni işlərimizi onlar vasitəsi ilə təqdim edirik.

- Qalmaqallardan uzaq olmağa çalışırsan. Müğənnilər niyə qalmaqal yaradır?


- Bəzi insanların ya canında işləmək həvəsi, ya da səsi olmur. Bilmirlər necə gündəmə gəlsinlər. Bəzən isə elə olur ki, baxıb görürsən qalmaqalın içərisindəsən.

- Geyimə çox pul xərcləyirsiniz? Ən bahalı geyiminiz neçəyədir?


- Geyimə çox pul xərcləyirəm.  Qiymət deməyim, mən ucuz  geyimlər də geyinirəm, əsas odur rahat olsun.

- Sosial şəbəkədə tərəzidə öz çəkinizin fotosunu paylaşmışdınız.

- Mən arıqlamağa deyil, kökəlməyə çalışıram, amma alınmadı, çəkim 400 qram artdı. Az-az , tez-tez yeyirəm. Bizim nəsildə kök insan yoxdur, həm də bütün günü ayaq üstə oluram.

- Toylara neçəyə gedirsiniz?


- Hal-hazırda Məhərrəmlik ayıdır, toya getmirəm. Qiymət demək istəmirəm, maraqlanan prodüserimə zəng edib öyrənsin.

- Özünüzü aktrisa kimi sınamaq istəmirsiniz?


- Bir neçə serialda rol almışam. Serialda yox, аmma yaxşı obraz versələr, oynayaram. Baş rol olsa, lap yaxşı olar. Amma açıq-saçıq obrazlara çəkilmərəm.

- Sosial şəbəkədə aktivsiniz.

- Müğənninin hara getdiyi, nə yediyi, nə geyindiyi tamaşaçılara həmişə maraqlı olub, əslində mənə də maraqlıdı sosial şəbəkədən istifadə etmək. Sənət dostlarım da oradadır, fikrimizi bölüşürük, müzakirələr aparırıq. Bəzən elə olur ki, baxıram ki, pərəstişkarlarımla məni bəyənməyənlər bir-birini qırır, girib bir gülmək işarəsi qoyuram ki, yəni oxuyuram. Orada mənə tam tərif  desələr, bunu normal qarşılamaram çünki orada səmimiyyət olmayacaq, hərdən elə olur ki, öz səhvlərimi sosial şəbəkədə yazılanların içərisində tapıram.


Şərhlər:
Baxılıb: 6493
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz