Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Biz bir-birimizi həqiqətən də sevirdik, amma alınmadı" - Oksana
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1191
Səs ver:
Əgər Aişvarya Rayi və Priti Zinta şərqin ən cazibədar xanımlarından sayılırsa, Oksana Rəsulova da Azərbaycanın, dünyanın isə hələ tanış olmadığı ən cazibədar xanımıdır. O, bir baxışı ilə hər kəsi valeh edə bilər, hələ üstəlik buraya rəqsləri də əlavə olunsa, gözəllik və mükəmməl rəqs tandeminin birləşməsini özünüz təsəvvür edin...

Qadınlar.biz Oksana Rəsulovanın müsahibəsini təqdim edir:

"Zəif qadın deyiləm”

- Gözəllik ağıldan güclüdür?

- Gözəl qadınlar nə qədər güclü olsalar da, ağıllı qadınlardan güclü ola bilməzlər. Bunların hər ikisi nadir hallarda bir qadında cəmləşir. Məsələn, mən. (Gülür) Zarafat edirəm, özümü çox da gözəl hesab etmirəm. Gözəllik boş şeydir, gərək insanın bəxti gözəl olsun. Ağıllı olmaq da o demək deyil ki, sən səhv edə bilməzsən. Mənim həyatımda səhvlərim çox olub. Zəif qadın deyiləm, güclü insanam.

- Səhvlər insana böyük dərslər verir, bir də insan öz taleyini özü yazır axı.

- Bütün ağıllı qadınlar bəxtlərini özləri seçmirlər, bəziləri ürəklərinin səsinə daha çox önəm verir. Ürəyimin səsini dinlədiyim üçün özümü ikinci tip qadınlara aid edirəm. Alın yazısına çox inanıram, insan öz taleyi ilə birlikdə doğulur. Allah nə yazıbsa, o da baş verəcək, ondan qaçmaq mümkün deyil.

- Gözəl qadınların taleyi niyə çox zaman uğursuz alınır?

- Birincisi gözəl simanı hər kəs daşıya bilmir. İkincisi isə gözəl qadınların üzərində nəzər, paxıllıq daha çox olur...

- Gözəlliyi qorumaq lazımdır?

- Qadın həmişə gözəl görünməlidir. Gözəl görünmək üçün onu qorumaq da lazımdır. Onu qorumaq insanın özündən asılıdır. Qidalanmasına, həyat tərzinə xüsusi fikir verməlidir. Elə qadınlar var ki, bunun üçün kosmetik vasitələrə ətək-ətək pul xərcləyirlər. Gecə-gündüz üzlərinin üstündə işləyirlər, amma nəticəsi yaxşı olmur. Elə qadınlar da var ki, qulluq eləməsə də, gözəl və gənc qalır. Bu da genetik cəhətdən qaynaqlanır.

- Siz gözəlliyinizi qorumaq üçün hansı vasitələrə əl atırsınız?


- Səhnəyə çıxmıramsa, makiyaj etmirəm. Ümumiyyətlə makiyajı sevmirəm. Başqa xüsusi heç nə etmirəm, yəni, öz üzərimdə titrəmirəm. Normal qadınlar nə edirsə, onu edirəm. Maksimum nəmləndirici kremlərdən, toniklərdən istifadə edərəm. Mövsümündən asılı olmayaraq, gözümdən eynək düşmür. Günəş altında çox qalmaq dərini qocaldır, həm də günəşi sevmədiyim üçün ondan qaçmağa çalışıram.

- Yaşamaq üçün yeyirsiniz, yoxsa ki, yemək üçün yaşayırsınız?


- Yeməyi sevmirəm, amma yeyəndə çox iştahla yeyirəm. İşlərim çox olanda yemək ümumiyyətlə yadımdan çıxır. Rəqslər də formada qalmağıma kömək edir.

- Qadınların qarderobu dolub-daşsa da, gözləri doymur. Qarderobunuz hansı vəziyyətdədir?


Dünyada şopinq etməyi xoşlamayan qadın varsa, o da mənəm. Bakıdan ümumiyyətlə alış-veriş etmirəm, vaxtım da olmur.

- Paltarlarınızı hardan alırsınız?


- Başqa ölkəyə gedəndə bir günümü alış-verişə sərf edirəm. Rəfiqələrim başqa ölkələrə gedəndə onlara da sifariş verirəm. Çantaları, ayaqqabıları, paltarları və s. onlardan alıram. Mağazaları gəzməyə səbrim yoxdur.

- Firkiniz çox tez-tez qarışır. Niyə belə fikirlisiz?

- Bu gün iş qrafikim çox ağırdır, 2 vacib çəkilişim var, fikrim ordadır.

- Qızlar niyə ağıllı oğlanlara deyil, həmişə pis oğlanlara vurulurlar?


- Yaxşını görə bilmirik. Fizika da belə bir qanun var: mənfi ilə müsbət bir-bir ilə birləşir. Mənfi ilə mənfi, müsbətlə müsbət birləşə bilmir. Təbiətin qanunu belədir: xoşxasiyyətli qızlar pis oğlanlara, yaxşı xüsusiyyətləri oğlan isə mənfi xüsusiyyətləri olan qadına vurulur.

"Deyilənə görə, kişilər ayrılığı qadınlardan daha pis keçirirlər”

- Sevgidən xoşbəxtlik gözləmək axmaqlıqdır?

- Sevginin bir neçə dövrləri var: birincisi xoşbəxtlikdir. Digərləri isə peşmanlıq, ayrılıq və depressiyadır. Deyilənə görə, kişilər ayrılığı qadınlardan daha pis keçirirlər.

- Halbuki kişilər güclü cinsin nümayəndələridir.

- Bu, fiziki cəhətdən ola bilər. Çünki qadınlar mənəvi cəhətdən onlardan qat-qat güclüdür. Ayılırıq insana ağrı və əzablara düçar edir...

"Sevgidə hər şey təmənnasız olmalıdır”

- Bəs sevgidə xoşbəxt olmaq üçün nə tələb olunur?

"Dəlicəsinə sevirəmsə, həmin insanın ayaqlarını da yuya bilərəm"

- Sevgidə hər şey təmənnasız olmalıdır. Ürəkdən və dəlicəsinə sevirəmsə, həmin insanın ayaqlarını da yuya bilərəm. Bu bir növ ona olan hisslərimin təzahürüdür. Kimsə təmənna güdürsə, o artıq sevgi deyil.

- Bir qadın neçə dəfə sevə bilər?

- İki dəfə ailə qurmuşam. İlk evliliyim sevgi üzərində qurulmamışdı. Bu bir simpatiya, istək və hörmət idi. İkinci evliliyim isə böyük sevgi üzərində qurulmuşdu. Həyatda bir dəfə sevmişəm. 25-26 yaşına qədər istər qadın, istərsə də, kişilər əsl sevgi hisslərinə rast gələ bilməz. 25-26 yaşdan sonra insan qəlbdən və dərindən sevə bilər. İnsan sevgini təmənnasız verə bilirsə və verdiyi qurbanları dərk edirsə, ancaq o zaman əsl sevgi hisslərini, simpatiyadan fərqləndirə bilər.

- Sevəndə insan dərk etmək qabiliyyətini də itirir.

- Bəzən insanlar sevgidən o qədər dəli-divanə olur ki, hansısa yad insana görə validenyləri ilə münasibətlərini korlayır.

- Rəfiqələriniz çoxdur?

- Dərindən dostluq elədiyim rəfiqələrim yoxdur.

- Dərdləşmək istəyəndə kimə müraciət edirsiniz?

- Anama.

- Ananız sizi başa düşür?


- O, məni çox yaxşı başa düşür. Vaxtında onun sözlərinə qulaq assaydım, bu səhvlər başıma gəlməzdi.

- Məşhur insanların evliliyi çox vaxt boşanma ilə nəticələnir. Sizin Elşad Xose ilə evliliyiniz niyə alınmadı?

- Məşhurluğun özü evlilik həyatına təsir edir, mane olur. Məşhur olmasaydım, həyatımda nələrin baş verdiyini heç kim bilməzdi. Müəyyən hadisələri, söz-söhbətləri kimsə qarşı tərəfə çatdırır. Bu da məşhur insanların evlilik həyatına təsir edən amillərdəndir. Bu zaman istəmədən münaqişələr yaranır. İki məşhur insan evlənirsə, üzərinə böyük məsuliyyət götürür. Çünki, onlar cəmiyyət üçün nümunədirlər və yaxşı örnək olmalıdırlar. Amma statistikaya nəzər salsaq, Azərbaycanda bu il boşananların sayı həddən artıq yüksəkdir. Yəni, bu qədər nikahların pozulmasını məşhurluqla izah etmək olmaz.

- Hərənin öz səbəbi, öz sirri var. Nə evlənəndə, nə də ki, boşananda tələsmək lazım deyil. Evlənməzdən əvvəl cütlüklər bir-birini yaxşı araşdırmalı və tanımalıdır. Xasiyyətləri uyğun gəlirsə, ailə həyatına qədəm qoya bilərlər. Bizdə isə hər şey tez-bazar həll olunur.

- Unuda bilmisiniz onu?


- Biz bir-birimizi həqiqətən də sevirdik, amma alınmadı...

- Günah kimdə idi?

- Hər ailənin balaca sirləri var. Bunları sizə aça bilmərəm. Kiminsə bizi qınamağa, mühakimə etməyə haqqı yoxdur, sabah başımıza nə gələcəyini bilə bilmərik. İkimizində günahı və səhvləri olub. Sadəcə başa düşdük ki, biz artıq bir yerdə yaşaya bilmirik.

- Çox az qadınlar var ki, ailəsinin sirrini heç kimə demir.

- Elə şeylər var ki, biz onu danışmaq istəsək də, özümüzü saxlamalıyıq. Bu, o qədər şəxsidir ki, heç kimə deyə bilmərəm.

"Bu proses çox ağrılı keçir”

- Bir insanın sevdiyini unutması üçün nə qədər vaxt lazımdır?

- Çox vaxt lazımdır. Sevdiyin insanı unutmaq asan məsələ deyil, bu proses çox ağrılı keçir. Biz sevgili olmazdan əvvəl, dost olmuşuq, yaxın olmuşuq.

- Barışmağınız mümkün deyil?

- Mən ona heç vaxt qayıtmaram.

- Bəs o?


- Deyə bilmərəm, amma bilir ki, onunla daha bir yerdə olmaq istəmərəm. Yavaş-yavaş unuduram...

- Xəyanət etsəydi, bağışlayardınız?

- Qətiyyən. Belə bir şey baş versəydi, təsəvvür edə bilmirəm, nə baş verərdi...

"Biz bir-birimizi həqiqətən də sevirdik, amma alınmadı" - Oksana

 

"Biz bir-birimizi həqiqətən də sevirdik, amma alınmadı" - Oksana

 

"Biz bir-birimizi həqiqətən də sevirdik, amma alınmadı" - Oksana

 

"Biz bir-birimizi həqiqətən də sevirdik, amma alınmadı" - Oksana

 

"Biz bir-birimizi həqiqətən də sevirdik, amma alınmadı" - Oksana

 

"Biz bir-birimizi həqiqətən də sevirdik, amma alınmadı" - Oksana

 

"Biz bir-birimizi həqiqətən də sevirdik, amma alınmadı" - Oksana

 

"Biz bir-birimizi həqiqətən də sevirdik, amma alınmadı" - Oksana

 

"Biz bir-birimizi həqiqətən də sevirdik, amma alınmadı" - Oksana

 

"Biz bir-birimizi həqiqətən də sevirdik, amma alınmadı" - Oksana

 

"Biz bir-birimizi həqiqətən də sevirdik, amma alınmadı" - Oksana

 



Şərhlər:
Baxılıb: 1191
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz