Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanlı model Humray: "Yox deməkdən bezmişəm"
Azərbaycanlı model Humray:
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 19648
Səs ver:
"1. Vice Miss Azerbaijan 2013 " və "Miss Aki Inter 2013" mükafatına layiq görülmüş, tanınmış model Humray Qulamova`nın Qadınlar.Biz-ə müsahibəsi...

- Humray Qulamova kimdir?
Adım Humray, soyadım Qulamova, adımı atam qoyubdu, yaşım isə 19. Bakıda anadan olmuşam, yerli-köklü Bakılıyam )

- O zaman sizə Karinnoy Bakılı deyə bilərik?
Həə ))) Təmiz Azərbaycanlıyam və bununla fəxr edirəm )

- Model olmağa neçə yaşından qərar vermisiniz və modellik təcrübənizi kimdən almısınız? Bu işdə sizə yol göstərən kimdir?
Uşaq vaxtından model olmaq istəmişəm və arzuma da çatmışam. Bu yolda məni model kimi görən ən çox padruqam olub və çox istəyiblər ki, model olum. Ümumilikdə isə birinci növbədə Allahın, ikinci anamın, üçüncü isə padruqamın sayəsində bu yerlərə gəlib çıxmışam. Belə demək istərdim ki, həyatda ən böyük dostum Anamdır.

- Bəs padruqanızın kimliyini öyrənmək olar? )
Əlbəttə olar. Adı Teqrana`dır.

- Ailənizdə və qohumlarınız arasında sənətinizə münasibət necədir?
Anam və atam mənə çox inanır və güvənirlər. Mən də onların inamını itirəcək bir hərəkət eləmərəm. Bu yaxınlarda serial təklifi almışam. Anar İsgəndərsoyun filmi olan "Dağlarda" filmində baş rola çəkilirəm və bu işin üzərində çox işləyirəm. Onu da qeyd edim ki, çəkilişlərdə belə anamla birlikdə oluruq. Çünki anamın yanımda olması mənim üçün fəxrdir və onun yanında sərbəstəm. Həm də heç kəs artıq nəsə deyə bilmir...
Bir neçə film çəkilişlərində baş rol təklifləri almışam. Sadəcə yaşıma uyğun deyildilər deyə imtina edirdim. Bu serial isə həm müasir, həm də gənclərimizə aid olacaq deyə çəkilirəm.

- Qısa müddət öncə maşın almağınızla bağlı xəbər yayılmışdı və demək olar ki, rekor sayda izləmə sayına çatmışdı. Lakin məlumatların silinməyini istəmişdiniz. Səbəbi bizimlə bölüşə bilərsinizmi?
Çünki xəbər düzgün deyildi. Maşını mən deyil atam almışdı. Belə də götürəndə atamın maşını mənim maşınımdır demək olar ki ))

- Biraz da şəxsi fikirlərinizdən məlumat alaq... Kişilərə inamınız varmı? Sizcə onlara inanmaq düzgündürmü?
Həyatda elə birinə inanmaq lazımdır ki, o, sənin inamını doğrulda bilsin. Sən necə olacaqsasa qarşındakı da elə olacaqdır deyə düşünürəm.

- Bildiyimiz qədəri ilə subaysınız və qeyd etdiniz ki, çəkilişlərə belə anamla gedirəm. Maraqlı sual çıxır ortaya: Evlilik təklifləri alırsınızmı?
Hələ ki, evlənmək barəsində düşünmürəm...

- Bu cavabı təkliflərin olmadığı kimi qəbul edək ya təkliflər var siz razılıq vermirsiniz?
Oooooo qədər təklif olur ki... Demək olar ki, yox deməkdən bezmişəm ) Çünki evlənmək üçün hələ çox tezdir deyə düşünürəm.

- Ailə quracağınız bəyin xarakter və xüsusiyyətləri barədə qərar qəbul etmisinizmi? Necə bir bəyin evlilik təklifinə razılıq verərdiniz?
Nə bilim )) Düzünü deyim ki, bu haqda heç düşünməmişəm. İnşAllah gələcəkdə bu cür şeylər haqqında düşünürəm )

- Kimliyini soruşmayacağam ona görə tam səmimi cavab verərdiniz. Bəyəndiyiniz və ya xoşlandığınız birisi varmı hazırda?
Xeyr yoxdur. Olsa deyərəm )

- Qızlar əsəbləşərkən ya çox danışırlar, ya da nələrisə qırıb tökürlər. Bəs siz əsəbləşəndə nə edirsiniz?)
Əsəbləşəndə çoxlu su içirəm ))

- Hansı hal sizi modellikdən ayıra bilər?
Bilmirəm ki. Bu barədə də düşünməmişəm düzü. Amma həyatın işini bilmək olmaz. Qabaqcadan əmin bir söz söyləməyim )

- Hazırda bir çox modellər açıq-saçıq, hətta yarıçılpaq fotolar çəkdirirlər. Sizin isə fotolarınız daim dəbli və kreativ olurlar. Bilmək istərdik ki, açıq-saçıq fotosessiyalara münasibətiniz necədiz? Sənətiniz üçün açıq-saçıq fotolar çəkdirərsinizmi?
Hərə öz işinə baxır. Kim necə istəyir çəkdirə bilər öz işləridir. Mənə gəldikdə isə xeyr heç bir zaman çəkdirmərəm və çəkdirmək barəsində belə düşünmürəm.

- Fotosessiyalar zamanı linzadan istifadə edirsiniz ya təbii gözlərinizin gözəllidir?)
Bəzi hallarda istifadə edirəm, amma, çox vaxt olduğum kimi görünməyi xoşlayıram.

- Gözlərinizin təbii rəngi nə rəngdir?
Açıq qəhvəyi desək məncə düz olar. Sözün düzü konkret gözümün rəngi barəsində nəsə deyən olmayıb ) İlk siz soruşursunuz ))

- Bir bəy olaraq desəm ki, Gözəlsiniz... Düşünmədən verəcəyiniz cavab nə olar?
Çox sağolun. Azərbaycanın bütün qızları gözəldir!

- Saytımızın xanımlarına və bu yazını oxuyan istifadəçilərə ürək sözləriniz nədir?
Daima gözəl qalmalarını arzu edirəm. Gözəl olmaq üçün heç nəyə tərəddüd etməsinlər. Çünki bizlər hər zaman gözəlik))

Sonda model Humray Qulamovanın makyajsız fotosessiyasını xüsusi olaraq sizlərə təqdim edirik...

 

 

Azərbaycanlı model Humray: "Yox deməkdən bezmişəm"

 

Azərbaycanlı model Humray: "Yox deməkdən bezmişəm"

 

 

 

 

 

 

 

 

 

Azərbaycanlı model Humray: "Yox deməkdən bezmişəm"

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 19648
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz