Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“O boyda bədənə dar şalvar geyinən çoxlu qız var” - Ləman Süleymanova
“O boyda bədənə dar şalvar geyinən çoxlu qız var” - Ləman Süleymanova
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 11687
Səs ver:
 Bakıda qonaq olan ukraynalı jurnalist Dmitri Jmutski azərbaycanlı qızlar haqqında öz ölkəsinə qayıtdıqdan sonra yazır: "Azərbaycanla müqayisədə Ukrayna gözəllik, dieta və fitnes ölkəsidir. Avropanın formada qalmaq kultu hələ ki, Xəzər sahillərinə gəlib çatmayıb. Azərbaycanlı qızların böyük əksəriyyətinin enli arxaları, sallaq qarınları və piyli budları var”. Birincisi Jmutski qələt edib ki, xanımlarımıza belə qiymət verib. Sonrası da artıq çəkilə bağlı müəyyən problemləri olsa da, o qədər gözəl bədən quruluşlarına sahib olmasalar da Azərbaycan qadını həmişə dünya üçün ismət-namus göstəricisi olub. Jmutskiyə dəstək olmasın, amma vəziyyət onun dediyi qədər kritikdir. Belə olmasaydı, azərbaycanlı xanımlar Jmutskini sərt ittihamlarına görə sosial şəbəkələrdə paylaşdıqları statuslarda başını gilyotin altına qoymazdılar. Tərəzinin bu qədər çox rəqəm göstərməsinə diqqət edək.

Qadınları həyəcanlandıran problemlərdən ən əsası kişilərlə müqayisədə daha tez kökəlmələridir

Zərif cinsin nümayəndələrinin rahatlıqla kilolanmasının 4 səbəbi var: qadınlıq hormonları; əzələ kütləsinin azlığı; idman hərəkətlərinə meylilliyin az olması və düzgün qidalanmamaya olan meyillilik. Dişilik hormonlarının normada olması, ümumiyyətlə olmaması və çoxluğu da kökəlməyə təsir edən amillərdir. Xüsusilə menopoz dövrünə yaxınlaşdıqca hormonların azalması çəkinin artmasını asanlaşdırır. Menopozda ostrojenin olmaması da kökəlmə prosesinin başlanmasına təkan verir. Qadınlarda yağlanma prosesi də kişilərdən fərqlənir. Yağlanma prosesi qadınlarda ayaqlardan başlayaraq baş nahiyəsinədək gedir. Yağlar əvvəlcə baldırlarda, sonra omba və bel ətrafında toplanır. Əvvlcədən qarşısı alınmasa sinə, qol altları və ənsədə yağ təbəqəsi formalaşır. Kökəlmənin qarın hissəsindən başlanması daha çox kişilərdə baş versə də axır vaxtlarda bu hallara qadınlarda da rast gəlinir. Evli qadınlar bundan daha çox əziyyət çəkirlər. "Polikistik over sindromu” vəziyyətində kişilik hormonu – androjenin çox ifraz olunması səbəbinə görə qadınlar kişi tipli kökəlmələrə yoluxa bilirlər. Son illərdə spirtdən istifadə hallarının qadınlar arasında geniş yayılması da zərif cinsin nümayəndələrində qarınsallanma halları artıb. Çox vaxt ayaqlardan başa doğru yağlanan qadınlar çəki azaltmaq üçün etdikləri məşqlər əks effekt verir. Bu vaxt əvvəlcə bədənin yuxarı nahiyəsindəki yağ qatı əriyir, daha sonra omba və baldırlardakı yağlar yox olmağa başlayır. Lakin istənilən diet zamanı bədənin yuxarı nahiyyəsindəki yağ təbəqəsi ərimədikcə omba, baldır və budlardakı piy təbəqəsinə təsir etmir. Kökəlmənin elementlərindən biri də qadınlar ilk doğuşdan etibarən kişilərdən daha az əzələ qatına sahib olmalarıdır. Noy miqdarı az olduqca, qəbul edilən kalorilərin yandırılması öz effektini itirir. Çünki maddələr mübadiləsinin sürətini təyin edən əsas faktor əzələ kütləsidir. Müsbət nəticənin əldə edilməsi üçün qadının inkişaf etmiş əzələ sisteminə sahib olması ilk şərtdir. Qadınların idman hərəkətlərinə laqeyd münasibət bəsləməsi də mənfi təsirini göstərir. Səhv edilən deyitlər əzələnin əriməsilə nəticələnir. Piy və yağ təbəqəsindən azad olunmağın əsas yolu məşqlərə üstünlüyün verilməsindən keçir. İş yerlərində, evdə, ictimaiyyət arasında qəbul edilən "Fəst-fud” yeməklərinin daha çox qadınlar arasında məşhur olması yağlandırma prosesini gücləndirir.

"İnternational Medical Centre – 2”nin həkim-dietoloqu Ləman Süleymanova hesb edir ki, Azərbaycan qadınlarında kökəlmə halları geniş yayılıb:

- Ölkədə qidalanma mədəniyyətinin təbliği ilə məşğul olan və bu istiqamətdə maarifləndirmə işi aparan heç bir təşkilat yoxdur. Avropa ölkələrində müxtəli telekanallarda qidalanma ilə bağlı maarifləndirmə işi aparan kifayət qədər telelayihələr efirə verilir. Əgər Azərbaycanda qadınlarının 50-60%-i piylənmədən əziyyət çəkirlərsə, həmin rəqəm Avropada 20-30% arasında dəyişir. İdman, normal qidalanma kökəlmənin qarşısını alan əsas faktorlardır. Azərbaycan mətbəxi çox zəngindir. Təkcə bayramlarda yox, adi günlərdə süfrələrimiz müxtəlif şirniyyat və xörəklərlə zəngin olur. İnsanlar yağlı, şəkərli və heyvani mənşəli yeməklərə daha çox üstünlük verirlər. Bizim xanımlarımız da şirniyyatı çox sevirlər, bu isə piylənməyə gətirib çıxarır. Şirniyyatlardan çox istifadə edilməsi şəkərli-diabetin yaranmasına gətirib çıxarır. Diet üçün duzdan tamamilə imtina edilməsi kardioloji xəstəliklərin yaranmasını sürətləndirir. Bütün məhsullardan yeməkdə normasında istifadə edilməlidir, yeməkdən sonra qazlı içkilər rasiondan tamamilə çıxarılmalıdır. Səhiyyə Nazirliyinin son açıqlamasına əsasən əhalinin 60%-i piylənmədən əziyyət çəkir. Bunun 30%-ni gənc qızlar təşkil edir. Hərdən mənim yanıma müraciət üçün 17-20 yaşlarında, 120, 115, 108 kq çəkisi olan qızlar gəlirlər. Onların arasında 13-15 yaşında olan qızlar da olur. Kökəlmə pik həddə çatandan sonra həkimə müraciət edirlər. Valideynlər gələcəkdə sağlam olsunlar deyə uşaqları həddindən çox yedizdirirlər. Cəmiyyətdə səhv fikir formalaşıb ki, xəstəliklərin əsas yaranma səbəbi az yeməkdəndir, düzgün qidalanmanı da çoxlu yeməklə ölçürlər. İndiki gənclərin əksəriyyəti "fast-dud” yeməklərinə üstünlük verirlər. Bu yaş qrupuna aid olan insanlar "Mc Donalds” kimi "fast-fud” yeməkləri satılan yerlərə gedirlər. Çox pis haldır ki, orta məktəb şagirdləri də bu cür yerlərə daha çox üz tuturlar. Orada hazırlanan heyvani mənşəli yeməklərin tərkibi olduqca zərərlidir. Həmin yeməklərin tərkibində insan orqanimzi üçün ziyanlı hesab edilən konsiragen maddələr var. Dönər kimi "fast-fud” yeməklərinin tərkibində akvilimedlər var ki, bunlar həm konsiragen xassəslidirlər və xərçəng xəstəliyi əmələ gətirirlər, həm də mutagen xassəlidirlər. Akrilamid turşusu ilə şəkərin tərkibindən əmələ gəlir, yüksək temperaturda onlar daha təhlküəlidir. Kökəlmənin əsas elementlərindən biri də məhz "fast-fud” yeməklərinin intensiv şəkildə qəbul edilməsidir. Quru yeməklərin üstündən içilən "Fanta”, "Sprite” və "Coca-Cola” kimi qazlı içkilər daha pis fəsadlara yol açır. Süfrə və qida mədəniyyəti qorunub saxlanılmalıdır. Yeməyi udmamışdan qabaq yaxşıca çeynəmək lazımdır. Bizim xanımlarımız qidanı ağızlarına qoyan kimi udurlar və piylənirlər. Yağlı yeməklərdən sonra qəbul edilən istənilən maye qarın şişməsinə və piylənməyə gətirib çıxarır. Gənc qızlarda piylənmə ana olmaq şansını azaldır. Belə hallarda ginekoloqlara müraciət edirlər. Ginekoloqlarda gənc qızlara hormonlarla bağlı preparatlar verirlər ki, bu da kökəlmələrə səbəb olur. Həkimlərimizdə də məsuliyyət aşağı səviyyədədir. Kökəlmədən əziyyət çəkən qadınlar arıqladıcı dərmanlardan istifadə edirlər. Onların tərkibində narkotik tipli maddələr var ki, orqanizmi özündən asılı vəziyyətə salır. Birinci ayda bu dərmanlar piy əritmir, bədənin su miqdarını azaldır. Preparat qəbulunu dayandıran kimi kökəlmə başlayır və bu da qəbul edən şəxsi məcbur edir ki, gedib yenidən alsın. Şirkətlər üçün insanların səhhəti yox, qazandıqları məvacib maraqlıdır. Onların tərkibində elə maddələr var ki, bədəndə xərçəngə meyilli hüceyrələri aktivləşdirir, qidalandırır. Arıqladıcı dərmanlardan istifadə edən şəxslərin əksəriyyəti süd vəzinin şişi xərçənginə yoluxurlar. Televiziyalar bu problem barədə insanların maariflənməsi işinə xüsusi diqqət etməlidirlər, mütxəlif telelayihələr həyata keçirilməlidir. Şəhərdə elə qızlar var ki, o boyda bədənə dar şalvar geynirlər. Azərbaycan kişiləri qadınlara nəzərən daha baxımlıdırlar. Kişilər qadınlara xoş gəlsinlər deyə, özlərinə çox fikir verirlər. Son olaraq onu qeyd edim ki, Jmutski getsin, öz qızlarının qayğısına qalsın ki, aparılan araşdırmalara əsasən dünyanın ən şişman xanımları ukraynalı və rus qadınları sayılır.

Kökəlmənin dəhşətli fəsadları qorxudur

Kökəlmə yenə də kişilərlə müqayisədə qadınlar üçün daha təhlükəlidir. Artıq çəkili qadınlarda hormonal tarazlıqlar sürətlə itir, tüklənmə və cinsəl pozğunluqlar özünü tez göstərir. Xüsusilə də gənc qadınların hamiləlik və doğuş dövründə problemlər sıxlaşır. Orta yaş dövründə isə artrit, öd kisəsində daşlaşmaya və ruhi sarsıntılara səbəb olur. 50 yaşlarında premenopoz və ya menopoz dövrünə görə, yavaşlayan maddələr mübadiləsi sürətini daha da azaldır və normadan artıq qəbul edilən qida psixoloji problemlərə yol açır. Qadının hamiləlik dövründə köklüyü ana bətnindəki dölün xəstələnmə riskini artırır. Kök qadınların ən çox şəkər xəstəliyinə tutulduğu dövr məhz hamiləlikdir. Doğuş çətin keçir. Çəkisi çox olan qadınlarda döş, yumurtalıq, qalın bağırsaq və öd kisəsi xərçənginə tutulma riski normal bədənə sahib olanlarla müqayisədə daha çoxdur. Kök qadınlarda qida borusu ilə mədə arasındakı əlaqənin pozulması, qəbul edilən qidanın qaytarılması, həzm edilməmə, sinə sümüyü altında ağrı və təzyiqin olması, mədədə turşulaşma, ağızda metal dadın hiss edilməsi, boğazda turşuluğun çox olmasına görə yanma, intensiv öskürək və səsin batması hallarına tez-tez rast gəlinir. Artıq çəki omba və oynaq xəstəliklərinə (osteoroxondroz) yol açır. Oynaqlara əlavə ağırlıq yükləyərək, oynaq səthlərini qoruyan qığırdağa zərər verir. Nəticədə oynaq səthlərində baş verən sürtünmədən sonra yaranan ağrılar hərəkətin məhdudlaşdırılmasına səbəb olur. Kökəlmə onurğa ağrısı və bel yırtığı kimi fəsadlara da yol açır. Diabet və hiper-təzyiq kimi damarları vaxtından əvvəl sıradan çıxaran xəstəliklər də kökəlmə ilə bağlıdır. Damarlarla bağlı yaranan riskli faktorlar alzheymer xəstəliyi üçün əsas daşıyıcılar hesab edilir. Bu cür risklər çoxaldıqca qadınlarda yaddaş pozğunluğu artır. Təsadüfi deyil ki, alzheymer xəstəliyi ən çox qadınlar arasında populyardır.

Qadınlar artıq çəkilə rastlaşmamaq üçün xüsusilə bişirdiyi yeməklərə xüsusi diqqət etməlidirlər. Mütəxəssislər xanımların çəki probleminə qarşı bunları tövsiyyə edir:

Salat hazırlayarkən mütləq süzgəcdən istifadə edilməlidir. Süzgəc istifadə edilən məhsullardan yağın axmasını asanlaşdırır; Ətli yeməklərə əlavə yağ vurulmamalıdır. Ət öz yağında bişəndə daha ləzzətli və kalorili olur; Yeməklərdə duz əvəzinə nanə, istiot, qurudulmuş bibər və s. kimi ədviyyatlardan istifadə etmək daha məqsədəuyğundur. Bunlarla duz nisbətini azaltmaq mümkündür; Qızardılmış kartofdansa, soba üzərində bişirilmişi daha yaxşıdır. Mütləq qızardılmış kartof istəyirsinizsə, yağsız kartof cipsi daha məqsədəuyğundur. Kartofları cips şəklində kəsib bişirmək də kökəlmənin qarşısını alır; Toyuq əti yeyərkən dərisini ayırmağı unutmamaq lazımdır. Çünki toyuqların əsas yağı bu hissədə yığılır; Ev işlərindən sonra idman və buna müvafiq işlərlə məşğul olmaq daha effektiv nəticələr ortaya qoyur; Şirniyyatları dondurma və südə dəyişmək də pis olmazdı; İşlə məşğul olarkən yeməmək daha məsləhətlidir. Sürətli kökəlmənin əsas səbəbi budur. Çünki iş insanın daha çox yeməsinə səbəb olur.


Şərhlər:
Baxılıb: 11687
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz