Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3220
Səs ver:
Siz də elə düşünürsünüz ki, dünyanın ən gözəl qadınları Rusiyada yaşayır? Sözsüz ki, rus qadınlarının gözəlliyi ilə razılaşmamaq ən azından paxıllıq olardı. Sarışın və mavi gözlü olduğu üçün onların üstünlükləri çoxdur. Amma bu gün haqqında danışacağım modellə tanış olduqdan sonra rus qadınlarının ali gözəlliyi ikinci planda qalacaq. Qonağımız azərbaycanlı və daha çox model kimi tanınan, aktrisalığa da iddialı Ləman Əlizadədir. Ləmanın çox maraqlı həyatı var. O, 15 il çoxlarımızın xəyallarını bəzəyən ölkədə - İspaniyada yaşayıb. Bəs 15 ildən sonra niyə Azərbaycana qayıdıb. Müsahibədə axtardığınız bu və ya digər suallara cavab tapa biləcəksiniz.

- Niyə model olmaq istədin?

- Uşaqlıqdan modelliyə həvəs göstərmişəm. 15 il İspaniyada yaşamışam və model kimi orda fəaliyyət göstərmişəm. Azərbaycana gələndən sonra modellik karyeramı burada davam etdirməyə başladım, müxtəlif müsabiqələrə qatıldım. Miss Azerbaycan və Azəri Top model müsabiqələrində iştirak etmişəm. 2011-ci ildə Azəri Top model müsabiqəsinin qalibi olmuşam. Qalib olandan sonra tanınmağa başladım və seriallara dəvət aldım.

- İspaniyada ilə Azərbaycanda modellik biznesi arasında nə kimi fərqlər var?

- Əlbəttə ki, İspaniyada modellik biznesi daha yaxşı inkişaf edib. Bizdə isə bu sahə hələ indi-indi normal qarşılanmağa başlayıb. Orda modelin gördüyü işə daha çox dəyər verirlər və yüksək qiymətləndirirlər. Bir də İspaniyada modellərə çox qonarar verirlər. Bu kimi səbəblərdən modelliklə daha məşğul olmaq istəmirəm və qismən dayandırmışam. Seriallara və filmlərə dəvət aldığm üçün hədəflərim bir az dəyişib. Tanınmış və istedadlı aktrisa olmağı qarşıma məqsəd qoymuşam.

- Daha model kimi fəaliyyət göstərməyəcəksən?

- Modellikdən tamamilə əl çəkmək istəyirəm. Modellik əslində, bir hobbidir, həm də müəyyən yaş həddi var, amma aktrisalıqla istənilən yaş dövründə məşğul ola bilərsən.

- Səncə, səni gözəl olduğun üçün seriallara dəvət edirlər? Çünki nədənsə filmlərdə və seriallarda həmişə gözəl simaları görmək istəyirik.

- Təbii ki, gözəlliyimin burda rolu çox böyükdür. Amma təkcə gözəlliyimə arxalanmıram, öz üzərimdə işləyirəm. Gələn təklifləri bir-bir nəzərdən keçirirəm, kiçik epizodda və modelləri gülməli hala salan rollarda çəkilmək istəmirəm. Bu sahədə böyük işlərə atmaq fikrindəyəm.

- Neçə yaşından sonra modellər "qoca” hesab olunur?

- Hardasa 14-15 yaşından başlayır, 27-28 yaşında isə modellər artıq "qoca” hesab olunur. (Gülür)

- Amma Keyt Moss və Tayra Benks hələ də modelliyə davam edirlər. Baxmayaraq ki, modellik üçün onlar kifayət qədər yaşlıdılar.

- Azərbaycanda bu mümkün deyil.

- Aktrisalıqla bağlı dərs alırsan, kim sənə bu işdə kömək edir? Çünki çox ciddi işdir.

- Hələ ki, heç kimdən dərs almıram, bu mənim içimdən gəlir. Bu sahədə istedadım olduğunu hiss edirəm.

- Yazılan ssenariyə uyğun oynamaq hər bir aktrisanın borcdur, buraya açıq-saçıq səhnələr də daxildir. Sözsüz ki, bu da peşəkarlıqdan irəli gələn bir şeydir. Bu cür səhnələrdə çəkilməyə razı olarsan?


- Razı olmaram.

- Niyə?

- Çünki bura Azərbaycandır və burda mentalitet başqa cürdür.

- Başqa ölkədə filmə, yaxud seriala çəkilməyə dəvət alsaydınız, yenə razı olmardın?

- Yox, bu cür səhnələrə çəkilmək mən imicimə uyğun deyil.

- Fotosessiya üçün gözəl bəzənmisən, amma kosmetika dərini istər-istməz müəyyən mənada korlayır. Evə gedəndən sonra dərinə necə qulluq göstərəcəksən?

- İlk növbədə makiyajı təmizləyirəm. Mütəmadi olaraq üz üçün maskalar hazırlayıram, gözaltı və nəmləndirici kremlərdən də istifadə edirəm. Çəkiliş olmayanda makiyajdan ümumiyyətlə istifadə etmirəm. Getdiyim yerdən də çox şey asılıdır. İspaniyada olanda isə demək olar ki, makiyajdan istifadə etmirdim. Çünki orda qızlar makiyajsız gəzirlər. Çox makiyaj edənlərə də qəribə baxırlar.

- Saçlarının sağlam olması üçün nə edirsən?

- Saçlarımın rəngini dəyişməyi xoşlayıram, uzun müddət eyni saç rəngində qalanda sıxılıram. Saç rəngi isə saçı müəyyən mənada korlayır. Saçımın sağlam və həcmli görünməsi üçün qidalandırıcı maskalar çəkirəm.

- Modellər, aktrisalar, ümumiyyətlə tanınmış insanlar həmişə formada qalmaq üçün ya ac qalır, ya da idmanla məşğul olur. Sən nə edirsən bunun üçün?

- İdmanla ancaq vaxtım olanda məşğul ola bilirəm, amma ac qalmıram. Pəhriz saxlamasam da, qidalanmama fikir verirəm. Yağlı və xəmir xörəkləri az yeyirəm.

- Modellərlə necə yola gedirsən?

- Normal.

- Gözəl qadınların bir-birini görməyə gözü olmur və həmişə qüsur axtarmağa çalışırlar.

- Onlar insanın layiq olduğu və tutduğu yerlə barışa bilmirlər. Bunun səbəbi paxıllıqdan başqa şey deyil.

- Oğlanlarla necə yola gedirsən, yəni şəxsi həyatında kimsə varmı?

- Həyatımda heç kim yoxdur, ərə getmək barasində barəsində düşünmürəm. Hələ ki, tezdir, özümü bütünlüklə karyerama həsr etmişəm. Oğlanlara yaxşı yola gedirəm. Amma burda oğlanlarla dostluq etməyi xoşlamıram. Çünki ətrafdakılar başqa cür qəbul edirlər. Kiminləsə söhbət edirsənsə, sevgilin kimi qələmə verirlər.

- Sevə biləcəyin insanın necə olmasını istərdin və işləməyə qoymasa, razı olarsan?

- Atamın sahib olduğu xüsusiyyətlərə malik olmasını istərdim. Məni başa düşən biri ilə ailə qurmaq istərdim.

- Alış-verişə çıxanda cibin çox ziyan görür?

- Dəblə ayaqlaşıb zövqlü və eleqant görünməyə çalışıram, amma qətiyyən bədxərc deyiləm. Çox bahalı geyimi ucuz bir şeylə uyğunlaşdırıb geyinə bilərəm. Anam da stilist kimi mənə çox kömək edir, zövqlü xanım olduğumu iddia edə bilərəm. (Gülür)

- Boş vaxtlarını necə dəyərləndirirsən?


- İngilis dilini mükəmməl öyrənmək üçün kursa gedirəm. Ailəmizin şəxsi biznesi var, onunla məşğul oluram. Boş vaxtımın çoxunu şəxsi kafemizdə keçirirəm. Boş qalmağı sevmirəm, başımı nə iləsə qatıram.

- İspaniyada ən çox nə üçün darıxırsan?

- Dost-tanışım, oranın mədəniyyəti, gülərüz insanları üçün çox darıxıram, əsasən də yeməkləri üçün. (Gülür) Əvvəllər buraya heç cür uyğunlaşa bilmirdim, ağlayırdım. İndi isə Bakıdan uzağa gedəndə sıxılıram.

- Onlarla azərbaycanlılar bir-birinə bənzəyir?

- Oxşarlıqlar çoxdur. Yeməkləri, çılğınlıqları, qonaqpərvərliyi bir-birinə bənzəyir. Çox şəndirlər, orda hər gün bayram olur.

- Bəs sevgilin var idi orda?

- Orda "Boy friend” deyilir. Çoxlu qız və oğlan dostlarım var idi. Biz yığışıb, deyib-gülüb əylənirdik.

- Xarici vətəndaşla ailə qurmağa razı olardın?

- Azərbaycanlı və xarici vətəndaş arasında seçim eləməli olsam, yəqin ki, xarici vətəndaşla ailə qurardım.

- Nə səbəbə?

- Onların mentalileti ilə daha uyğun gəlirəm. Həm də bizim kişilər çox qısqanc olurlar, bundan sıxılıram.

- Başına gəlib belə bir hadisə?

- İlk görüşdən qadağalar qoyurlar. Sadəcə oturub çay içirik, "ora baxma, bunu eləmə” və.s kimi sözlərlə insanı sıxırlar. Birinci görüşdən belə şey olmaz axı.

- Həmişəlik gəlmisiniz Bakıya?

- Hə.

- Niyə qayıtdınız?

- İspaniyadakı etirazlar və iqtisadi böhrandan dolayı qayıtmalı olduq.

- Kişilərin gözündə gözəl görünmək üçün plastik əməliyyat edib özünü qurban verən qadınlara münasibətin necədir?

- Kiməsə görə gözəl görünməyə çalışmıram. İlk növbədə özüm üçün bəzənirəm, özümə qulluq edirəm. Plastik əməliyyat edən qadınları normal qarşılayıram, amma ehtiyacım yoxdur.

- Modelləri çılpaq çəkmək dəbə minib və bunu insanlara incəsənətin bir növü kimi təqdim edilər. Bəs sənə belə təkliflər gəlir?

- Bunun nə adı ola bilər ki, çox pis baxıram bu məsələyə. Nəinki mən, hamı pis baxır. Bu barədə danışmaq istəmrəm.

- Niyə pis baxırsan?

- Onlar bu hərəkətləri ilə məşhur olduqlarını və "yüksək sənət” nümayiş etdirdiklərini zənn edirlər, halbuki, belə deyil. Camaat belə xəbərlər eşidəndə təəccüblə qarşılayır və həmin insan haqqında birmənalı düşünmürlər. Gündəmə gəlməkdən ötrü özlərini qiymətdən salırlar. Çılpaq çəkilməklə gündəmə gəlsələr də, qadın kimi də kişilərin gözündən düşürlər.

- Aparıcı olmaq fikrin yoxdur?

- Aparıcı olmaq təklifi gəlmişdi və razı olmuşdum. Çəkilişə yaxşı hazırlaşmışdım və bəyənmişdilər də, amma sonradan öz adamlarını qoydular.

- Etiraz eləmədin?


- Hisrlənmişdim. Məndən yaxşı biri olsaydı, heç təsir etməzdi. Danışıq qabiliyyəti və nitqi yaxşı olmayan birini qoydular.

- Nə verilişi idi?

- Moda ilə bağlı idi.

- Aygün Kazımovaya bənzədiyini deyən olub?


- Bir şəklim var, orda çox oxşayırıq. Məni çox vaxt Sofi Lorenə oxşadırlar.



"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya

 

"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya

 

"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya

 

"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya

 

"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya

 

"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya

 

"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya

 

"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya

 

"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya

 

"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya

 

"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya

 

"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya

 

"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya

 

"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya

 

"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya

 

"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya

 

"Açıq-saçıq səhnələr imicimə uyğun deyil" - Fotosessiya

 




Şərhlər:
Baxılıb: 3220
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz