Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Seksual aparıcı seks həyatından danışdı
Seksual aparıcı seks həyatından danışdı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6271
Səs ver:
Ehtiraslı sualları ilə qonaqlarına xəcalət təri tökdürən aparıcı Zemfira Adıgözəlovanı bu dəfə biz sual atəşinə tutduq.


-Özünüzü ehtiraslı hiss edirsinizmi?

Xanımın ehtiraslı olub-olmadığını ancaq partnyoru deyə bilər. Qadın yalnız hiss etməlidir. Partnyordan da çox şey asılıdır. Yəni tək əldən səs çıxmaz.

-Partnyorunuzda ehtiras hissini necə oyadarsınız?

Xanım gərək əks cinsdə ehtiras hissini oyatmaq üçün hər şeyi etsin ki, kişinin bir şübhəsi qalmasın. Bəlkə o biri xanım bundan daha yaxşıdır.

Bədəninin ətrindən tutmuş, saçının ətrinə, maniküründən- pedikürünə, alt paltarından- geyindiyi geyimin rənginə kimi düşünməlidir.

-Romantik ab-havanı necə yaradarsınız?

Qırmızı işıqlar, ətirli şamlar, fonda ruhu oxşayan musiqi və şampan…

-Zema xanım, romantik qadındır yoxsa dəli sevgiyə üstünlük verir?

Hər ikisi də. Ancaq romantika olsa darıxdırıcı olar. Biraz rəng qatmaq, fərqlilik yaratmaq üçün dəlisov da olmaq lazımdır. Sevgidə yeri gələndə gülmək, qışqırmaq, göz yaşı tökmək, dəlilik də olmalıdır. Sevgidə Havanın əhval-ruhiyyəsindən də çox şey asılıdır. Hava tutqun olanda romantik oluram.

-Dəli sevgi deyəndə nəyi nəzərdə tutsunuz?

Sevgilini vurdun qoltuğuna heç kimə heç bir şey demədən, işin-gücün tökülən vaxtı şəhərdən kənara getmək. Hamı da səni axtarıb dursun (red.-gülür).

-Məclisə gedərkən, qarşı cinsin diqqətini çəkmək üçün ilk növbədə nə edirsiniz?

Mən məclisə gedərkən yalnız qarşı cinsin deyil, hər kəsin diqqətini çəkməyə çalışıram. Tez-tez məclislərə gecikirəm. Ümumiyyətlə gecikmək qanıma işləyib. Gecikən zaman istədin-istəmədin hər kəsin diqqəti səndə olur. Mənim də istədiyim odur ki, məni görəndə hər kəs woow desin, yemək yeyən varsa, çəngəl əlində donub qalsın, müğənni mahnının sözlərini unutsun.O zaman böyük keyf alıram (red.-gülür).

-Yəqin ki, bunun üçün çox vaxt sərf edirsiniz?

Makiyajımdan tutmuş geyimimə, dırnağımın rənginə, taxdığım bijuteriyalara qədər fikir verirəm. Həm mən heç bir şey etməsəm də saçlarım diqqəti çəkməyə kifayət edir. Buna görə də Allaha şükürlər olsun.

-Vücudunuzun hansı hissəsini cəlbedici hesab edirsiniz?

Bir çox hissələrimi (red.-gülür). Az öncə də qeyd etdiyim kimi əsas saçlarım çox cəlbedicidir. Uzaq məsafədən belə diqqətləri çəkir. Daha sonra dodaqlarım, yeriyişim, sinəm əgər geyimim də vəhdət təşkil edirsə, o zaman hiss edirəm ki, mən bu gün cəlbediciyəm. Küçədə 10 nəfər varsa, 9-u dönüb baxır. Bu da mənim çox xoşuma gəlir.

-Sizi tanıyanlar deyir ki, Zema olduqca utancaqdır. Bu həqiqətənmi belədir?

Utancağam. Həm də çox. Bunu ancaq yaxınlarım bilir. Məncə iki Zema var. Biri maskalı -heç kimdən və heç nədən çəkinməyən, digəri isə daha abırlı, həyalı, utancaq. Mühitdən asılı olaraq biri digərini üstələyir.

-Cazibədar görünmək üçün açıq-saçıq geyinmək mütləqdirmi?

Cəlbedicilik heç də açıq-saçıq geyinməklə ölçülmür. Qadının bədən quruluşu normaldırsa, o qara, qapalı geyimdə də cazibəli görünə bilər. Sadəcə olaraq qadın öz bədənini tanımalı və eyiblərini ört-badır etməlidir.

-Kişinin ehtiraslı olduğunu necə anlamaq olar?

Kişinin ehtirasını ancaq ilk baxışda anlamaqolmaz. Kim deyirsə, mən anlayıram. Bu, yalan söhbətdir.

Mən-mən deyən kişiləri bəyənmirəm. Kişiyə bu yaraşmaz.Bəzən susqun, özünü kənara çəkən, baxışlarla hisslərini ifadə edən kişilər məncə daha ehtiraslı olurlar.

-Deməli siz də bir çox xanımlar kimi düşünürsünüz ki, baxışları ilə kişinin nə dərəcədə ehtiraslı olduğunu anlamaq olar?

Baxışlar çox vədlər verə bilər. Yalnız sexsi nəzərdə tutmuram. Xanımlara demək istərdim ki, çox vaxt xarici görünüşə aldanmasınlar. Sonda bütün xəyallar puç ola bilər.

-Sizcə cinsi əlaqə zamanı sevgi vacibdir?

Əlbəttə vacibdir. Sevgi olmazsa, ehtirasın pik nöqtəsinə çata bilməzsən.

-Bir gecəlik cinsi əlaqələrə münasibətiniz necədir?

Onlar sırf maddiyata dayanan bir şeylərdir. Orada sevgidən söhbət belə gedə bilməz.

-Sizcə Azərbaycanda ən sexsi kişi kimdir?

Yalnız məşhurlardan deyə bilərəm ki, bu "Təhminə” filmindəki Spartak rolunu ifa edən aktyorumuz Füzuli Hüseynovdur.

-Sonuncu sualımız tamaşaçılar sizin üçün darıxıblar. Niyə görünmürsünüz?

Yaxın zamanlarda bomba kimi partlayan layihə ilə ekranlara qayıdıram. Düşünürəm ki, tamaşaçılar hələ buna hazır deyil. Onları bu tip layihələrə uyğunlaşdırmaq lazımdır. Qabaqcadan heç nə demək istəmirəm. Gözdən nəzərdən qorxuram. Çox gözə gəlirəm (red.-gülür). //Gecce.az



Şərhlər:
Baxılıb: 6271
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz