Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kürəkəninə intim münasibət təklif edən qadını öldürən ərin əhvalatı
Kürəkəninə intim münasibət təklif edən qadını öldürən ərin əhvalatı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 10135
Səs ver:

Uzaq qohumu olan Gülnərgiz Əliyeva ilə evlənən Əbdüləli Əliyevin birgə nikahdan 4 uşağı olub.

İki qız, iki oğul övlad sahibi olan ərlə arvad qızlarını ər evinə köçürənə kimi mehriban yaşayıblar.

Ailənin maddi vəziyyəti ağırlaşandan sonra onlar arasında münasibətlər korlanmağa başlayıb.

Gülnərgizin tez-tez anasıgilə getməsindən, Əbdüləli arvadının ona xəyanət etməsindən şübhələnməyə başlayıb.

Bakı kəndlərindən birində yaşayan ailənin işıq pulu borcu olduğundan şam işıqında yaşayıblar.

Əbdüləli bir gün işdən evə gələndə Rasim adlı taksi sürücüsünü qapılarının ağzında görüb. Əbdüləli ondan qapısında nə etdiyini soruşanda sürücü ona ünvanı səhv saldığını bildirib.

Əbdüləlinin arvadına qarşı olan sübhələri daha da artıb.

Bu hadisədən bir neçə gün sonra Gülnərgiz yenə evə gec gəlib. Buna görə də Əbdüləli ilə arvadı arasında mübahisə düşüb.

Mübahisədən sonra Gülnərgiz yataqa girərək yatıb. Əsəbi soyumayan Əbdüləli arvadından qisas almaq qərarına gəlib.

Gecə saat 2-3 radələrində Əbdüləli evdə döşəməyə salınan örtüyün altında gizlətdiyi bıçağı götürüb çarpayıda yatan arvadı Gülnərgizin başını kəsib.

Həmin vaxt Gülnərgiz kiçik oğlu ilə yataqda olub. Uşaq anasının başının kəsilməsindən xəbərsiz olub.

Gülnərgizin öldüyünə əmin olandan sonra Əbdüləli yaxınlıqda yaşayan qardaşının evinə gedib, ona törətdiyi hadisəni bildirib. O, qardaşından evdən uşaqı götürməsini xahiş edib.  

Bir müddət sonra polis əməkdaşları Əbdüləli Əliyevi qardaşının evində şübhəli şəxs qismində saxlayaraq istintaqa təhvil veriblər.

İstintaq Ə.Əliyevin əməlini Cinayət Məcəlləsinin xüsusi amansızlıqla köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə maddəsi ilə qiymətləndirərək işi məhkəmə göndərib.

Ə.Əliyev məhkəmədə həyat yoldaşını ona xəyanət etdiyi üçün öldürdüyünü bildirib.

Əbdüləlidən sonra məhkəmədə zərərçəkən kimi böyük oğlu ifadə verib. Taleh atasını ailəsinə baxmamaqda günahlandırıb. Hadisə vaxtı şəhərdə qaldığını deyən zərərçəkən atası ilə anasının bir ailə kimi yaşamadığını bildirib.

Onun sözlərinə görə, atası anasını qısqanırdı və fikirləşirdi ki, anası başqa kişilərlə ona xəyanət edir. O bildirib ki, anasının başqa kişilərlə gəzməsini deyə bilməz. Amma onun sözlərinə görə, ancaq atası evə baxmadığına görə anası ola bilsin ki, başqa kişilərlə telefonla əlaqə saxlayırdı və kimlərsə anasına köməklik edirdilər. Yəni ona pul və ya digər üsulla köməklik edirdilər. Oğulun sözlərinə görə, ancaq anası pozğunluq etmirdi.

Əbdüləli Əliyevin eyni kənddə yaşayan qardaşları gəlinlərinin pozğunluqla məşqul olmaları barədə heç nə bilmədiklərini deyiblər.

Bütün məhkəməni şoka salan ifadəni Əbdüləlinin kürəkəni Əziz Əzizov verib. Ə.Əzizov məhkəmədə deyib ki, qayınatası Əbdüləli ilə qayınanası Gülnərgiz arasında münasibətlər həmişə pis olub. Belə ki, Gülnərgiz həmişə gəzirdi və Əbdüləliyə xəyanət edirdi.

Kürəkənin sözlərinə görə, Gülnərgiz ona təklif edirdi ki, onunla cinsi əlaqədə olsun və həmin zaman yanında bir sarışın qız da olub. Gülnərgiz ona təklif edib ki, istiyirsən kef eləyək. O, qayınanasına deyib ki, "mən sənin kürəkəninəm. Ayıbdır mənə nə təklif edirsən”, cavabında qayınanasından beş günlük dünyadır kef eləmək lazımdır cavabını eşidib.

"Bundan başqa Gülnərgiz Rövşən, Rasim adlı şəxslərlə  görüşürdü, gəzirdi. Bir dəfə Əbdüləli məktəbin həyətindən zəng vurdu və dedi ki, evə gəlməyəcəm. Oturub izləyirdi və arvadını, yəni Gülnərgizi başqa kişi ilə tutmuşdu evində. Həmin kişinin adını Əbdüləli bilir. Bundan başqa çox adamlarla olurdu. Onların adını bilmirəm. Gülnərgiz özü ona deyirdi ki, mən məcbur gəzirəm, çünki ərim mənə baxmır evə pul gətirmir”, kürəkən deyib.

Bütün tərəfləri dinləyən məhkəmə Əbdüləli Əliyevi elan olunan ittihamla təqsirli bilib. Hökm belə olub.

Təqsirləndirilən Əbdüləli Əliyev Cinayət Məcəlləsinin xüsusi amansızlıqla köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə maddəsi ilə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilsin.

Cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəksin.//gun.az


Şərhlər:
Baxılıb: 10135
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz