Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakıda məmur övladları məktəbli qızı zorladı - ŞOK
Bakıda məmur övladları məktəbli qızı zorladı - ŞOK
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 24941
Səs ver:
Bakıda dəhşətli zorlanma faktı aşkarlanıb.

 Bakının Xətai rayon Prokurorluğundan verilən məlumata görə, Nəsimi rayon sakini, 1995-ci il təvəllüdlü S.R. fevralın 8-dən 19-dək müxtəlif vaxtlarda bir neçə şəxs tərəfindən cinsi istismara məruz qalıb. Bu barədə hüquq-mühafizə orqanlarına həmin qızın qardaşı xəbər verib. Belə ki, həmin vaxt ərzində, yəni fevralın 8-dən 19-dək qızın harada olmasını araşdıran qardaş onun həmin müddətdə bir neçə dəfə müxtəlif şəxslər tərəfindən zorla cinsi əlaqəyə məcbur edildiyini öyrənib. Qızın həmin şəxsləri tanıyıb-tanımadığı dəqiq bilinmir. Dəhşətli fakt qarşısında qalan qardaş bu barədə polisə məlumat verib. Məlumatı Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsindən təsdiqləyiblər. Qəzetimizə isə məsələ ilə bağlı məlumatlı şəxsin verdiyi məlumata görə, hadisəni bir qrup məmur övladları tərəfindən törətdildiyi bildirilir. Mənbənin bildirdiyinə görə, məmur övladları (hansı məktəbdə hadisənin baş verdiyini və məktəbli S.R.-nin adını açıqlamaq istəmirik r.d) məktəblini dərsdən çıxarkən bahalı "CİP" avtomobilinə məcburi qaydada otuzduraraq nəməlum istiqamətdə aparıblar. Hadisə məktəblilərin gözü qarşısında baş verib. Sonradan sözü gedən məktəb şagirdlərindən biri S.R. oğurlandığı barədə onların evlərinə məlumat verib. Qızın qardaşı isə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Bir neçə gündən sonra mütəmadi olaraq bir neçə şəxs tərəfindən zorlanan qız evlərinə dönüb. Hüquq-müfafizə orqanları işi araşdırarkən "ip ucu" bir neçə məmur övladlarının üzərində dayandığından onlara "dişləri" batmayıb. Məcburiyyət qrşısında qalan polis zorlanan qızla bağlı məsələni ört-basdır etmək üçün səylər göstərib. Hətta zorlanan qizin valideyinlərinə böyük miqdarda pul da təklif olunub. Ancaq zorlanan qizin valideyinlərinin və qohumlarının polisə rədd cavabı bildirmələri məsələni "düyünə" salıb. Elə bu baxımdan polis hal-hazırda törədilən cinayəti kiminsə üzərinə yıxmaq və onu həbsə alıb özünü təmizə çıxartmaq üçün çıxış yolları axtarır deyə mənbə vurğulayır. Məsələ ilə bağlı, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi ilə əlaqə saxladıq. Polis bölməsinin növbətçı mayoru Mahir Səlimov qəzetimizə zorlama hadisəsi baş verdiyini təsdiqləyərək bildirdi ki, hal-hazırda "100 faiz" hadisəni törədən şəxslərlər saxlanılmayıb. Mahir müəllim hansı məmur övladlarının məktəblini zorlaması sualına gəlincə isə çətinlik çəkərək qeyd etdi ki, məsələ ilə bağlı polis bölmənsinin təhqiqatçısı Ceyhun müəllim tərəfindən araşdırıldığından və cinayət hadisəsinin ört-basdır edilməsi sualına o daha ətraflı cavab verə bilər dedi. Qəzetimiz çapa gedərkən, məsələ ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Belə ki, Baş Prokurorluq Bakıda 15 yaşlı qızın zorlanması faktı ilə əlaqədar rəsmi məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən eksklüziv məlumatda bildirilir ki, aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən 1980-ci ildə anadan olmuş Teymurov Babamir Etibar oğlu və 1990-cı ildə anadan olmuş Rəsulov Sadiq Rasim oğlu tutulub, həmçinin cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

/http://lent.az/news/news/59765/


Şərhlər:
Baxılıb: 24941
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz