Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakıda internet-fahişəxana fəaliyyət göstərir – FOTOLAR
Bakıda internet-fahişəxana fəaliyyət göstərir – FOTOLAR
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 18899
Səs ver:
Seks sənayesinin təmsilçisi: "Sənin üçün saatı 50 manata, gəl...”.

Bakının mərkəzində gizli fahişəxana fəaliyyət göstərir. Qəribəsi isə odur ki, qızlar öz "ağır” zəhmətlərində informasiya texnologiyalarının sonuncu nailiyyətlərindən istifadə edirlər.

Kiçik jurnalist araşdırması ən böyük tanışlıq saytından olan qızların öz gəlirli bizneslərini necə qurmasını üzə çıxarıb.

​Fahişəxana Bakı Dövlət Universitetinin yataqxanası, "Elmlər Akademiyası” metro stansiyasının yaxınlığındadır. Biz ilk növbədə bu problemə Yasamal rayon Polis İdarəsinin diqqətini cəlb etmək istəyirik ki, məsələni araşdırıb həll etsinlər

Burada çalışan qadınlar özləri barədə məlumatı təkcə göstərilmiş saytın özündə deyil, onun mobil versiyasında da yerləşdiriblər. Qadınlar özləri barədə Azərbaycan dilində qısa məlumat və telefon nömrələrini yerləşdirirlər. Bəziləri isə hətta qeyri-ciddi şəxsləri onları narahat etməməyə çağırırlar. Saytda həmçinin homoseksuallar və transvestitlər də qeydiyyatdan keçiblər.

22 yaşlı Kəmalə adlı qadın onunla əlaqə saxlamaq istəyənləri məktub yazmamağa, yalnız telefonla zəng etməyə çağırır. Bəziləri heç bir şeyi gizlətmədən 70 manata intim xidmətlər göstərəcəklərini yazırlar. Yeri gəlmişkən, 70 manat qızların bir saat üçün müəyyənləşdirdikləri orta qiymətdir. Onların arasında masajçı olduğunu iddia edənlər də var.
Ən maraqlısı isə odur ki, qızların əksəriyyəti bir sahədə xidmət göstərirlər. Düzdür, onlar saytda müştəriləri evlərində qəbul etdiklərini yazırlar.

Əməkdaşımız qızlardan ikisi – Lalə və Fəridə (onlar saytda özlərini bu adla təqdim edirlər) əlaqə saxlayıb. Seks-industriyanın təmsilçisi bəyan ediblər ki, müştəri ilə BDU-nun binasının qarşısında görüşəcəklər. "Sağlamlaşdırıcı” masajın qiyməti 70 manatdır. "Siz endirim edirsinizmi?” sualına isə onlar belə cavab veriblər: "Sənin üçün saatı 50 manata, gəl”. Qısa söhbətdən sonra qızlar dərhal telefonu yerə qoyurlar.

Bununla yanaşı, məlumatlı mənbələr bildiriblər ki, informasiyanı yoxlamaq üçün fahişələrlə görüşə iki gənc insanı göndəriblər və həmin şəxslər aşağıdakı məlumatı əldə ediblər.

Fahişələrin "yığcam yaşadıqları yer” BDU-nun yanındadır. Universitetin qarşısında potensial müştəriləri qadınlar qarsalayıblar, əlbəttə ki, müxtəlif vaxtlarda. Onlar kişiləri Mətbuat prospektində yerləşən "ştaba” aparıblar. Buraya daxil olan agentlər müəyyənləşdiriblər ki, saytda göstərilmiş telefon nömrələrinə gələn zənglərə iki operator qız cavab verir. Elə orada müştərilərin adlarını çəkdikləri qızlarla görüşlərini təşkil edirlər. Operatorlar həqiqətən də müştərilərlə danışmağa vaxt sərf etmir, sadəcə onları "universitetə gəl” sözləri ilə cəlb edirlər. Görünür onlar səslərinin diktafona yazılacağı yaxud da aşkarlanacaqlarından qorxurlar.

Azərbaycan qanunvericiliyinə əsasən, fahişəlik cinayət məsuliyyəti nəzərdə tutmur. Ölkəmizdə fahişəliyə görə yalnız 40 manat məbləğində cərimə tətbiq olunur. Pritonun təşkili və fahişəliyə cəlb etməyə görə cəzalar isə daha ağırdır (AR CM-in 243 və 244-cü maddələri).

Priton saxlayan şəxs 3 ildən 6 ilədək azadlıqdan məhrum edilir. Maraqlı olan bu pritonları kimin "saxlamasındadır”. Onlar çox ehtiyatlı hərəkət edirlər – müştəriləri metro stansiyasına çağırır, qarşılayır, "ofisə” aparır və artıq burada İnternetlə seçilmiş qızı çağırırlar. Honkonqun elit bordellərində olduğu kimi. Sadəcə "qanuni”...

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 18899
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz