Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Keçmiş arvadımın məhkəmə içracısı ilə öpüşdüyünü gördüm”
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2927
Səs ver:
"Keçmiş arvadımın məhkəmə içracısı ilə öpüşdüyünü gördüm” - Dəhşətli qətlin təfərrüatları

1980-ci il tarixdə Dəvəçi rayonunun Aygünlü kəndində anadan olan Taleh Hüseynov 11 aprel 2011-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki "Tbilisi” restoranının yaxınlığına gəlib. O, həmin ərazidə rəsmi olaraq boşandığı keçmiş arvadı Gülnarə Nəsirovanı məhkəmə işçisi kimi tanıdığı Teymur Məmmədov ilə birlikdə görüb.

Taleh Hüseynov keçmiş arvadını başqa kişi ilə birlikdə gördükdə qısqanıb. O, Gülnarə Nəsirovanı saçından tutaraq yerə yıxıb. Taleh azyaşlı uşaqları Qismət və Solmazın gözləri qarşısında keçmiş arvadını ov bıçağı ilə vuraraq ona xəsarətlər yetirib.

Taleh Hüseynov həmin vaxt orada olan və onun hərəkətlərinin qarşısını almaq istəyən Teymur Məmmədovun da sağlamlığana yüngül zərər vurmaya aid xəsarətlər yetirib. O, cinayətkar qəsdini başa çatdırmaq məqsədi ilə Gülnarə Nəsirovanı parkın içərisinə sürüyərək orada çoxsaylı zərbələr vurmaqla onu qətlə yetirib.

Bu əməli ilə Taleh Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Arvadımı döydüyüm üçün cərimə olunmuşam”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh Hüseynov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli biib. O, ifadəsində göstərib ki, mərhum Gülnarə Nəsirova ilə 2005-ci il tarixdə evlənib: "Birgə nikahımızdan 2006-cı il tarixdə doğulmuş Qismət və 2009-cu il tarixdə doğulmuş Solmaz adlı iki azyaşlı uşağımız var. Gülnarə ilə aramızda tez-tez ailə-məişət zəminində mübahisələrimiz olub. 2009-u ilin noyabrında Gülnarə ilə mübahisə etmişəm və onu döydüyüm üçün Sumqayıt Hərbi məhkəməsinin hökmü ilə şərti maliyyə vahidinin 300 misli miqdarında cərimə olunmuşam. 2010-cu il tarixdə Gülnarə Nəsirova ilə nikahımız rəsmi qaydada pozulub. Azyaşlı uşaqlarımız Gülnarənin himayəsində qalıb. Məhkəmə qərarına əsasən, uşaqlarımızın saxlanılması üçün hər ay 140 manat məbləğində aliment ödənilməsi nəzərdə tutulub”.

"Keçmiş arvadımın bir oğlanla görüşdüyünü, onların öpüşdüyünü gördüm”

Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, 31 avqust 2010-cu il tarixdə Sumqayıt hərbi məhkəməsinin hökmü ilə təqsirli bilinərək 3 ay müddətinə azadlıqdan məhrum edilib: "30 noyabr 2010-cu il tarixdə cəzamı çəkib qurtarmışam. Həmin gün təxminən saat 16 radələrində  Sumqayıt şəhərində yerləşən "Aygün” şadlıq evinin yanındakı dayanacaqda dayanarkən Gülnarənin oradan keçdiyini gördüm. Onu izləməyə başladım. Keçmiş arvadımın bir oğlanla görüşdüyünü, onların öpüşdüklərini gördüm”.

"Məhkəmə icraçısı 3 günə 500 manat aliment ödəməli olduğumu bildirdi”

Taleh Hüseynovun sözlərinə görə, bundan sonra Elşən adlı bir nəfər ona zəng edərək özünü Sumqayıt şəhər məhkəməsinin iraçısı kimi təqdim edib və onu məhkəməyə dəvət edib: "Elşən mənim 1649 manat məbləğində aliment ödəməli olduğumu bildirdi. O, 3 gün müddətində bu məbləğin 500 manatını verməli olduğumu da dedi. İşsiz və maddi imkanım olmadığı üçün həmin məbləği ödəyə bilməyəcəyiM barədə izahat yazdım. Həmin vaxt Teymur adlı icraçı da alimenti ödəməli olduğumu bildirdi. Bundan bir neçə gün sonra Elşən, daha sonra isə Teymur mənə zəng edərək məhkəməyə çağırdılar. Lakin məhkəməyə getmədim”.

"Arvadımın pozqun olduğunu dedi”

O, həmçinin ifadəsində qeyd edib ki, 2010-cu ilin dekabrında Gülnarə ilə görüşərək ona xəyanət edəcəyi halda öldürəcəyini deyib: "2011-ci il ilin fevralında Gülnarə ekranı xarab olmuş mobil telefon aparatını mənə verərək təmir etdirməyimi xahiş etdi. Mən telefonu təmir etdirib oradakı mesajları oxuduqda Teymur Məmmədova məxsus (Teymur Məmmədovun da, Gülnarə Nəsirovanın da mobil telefon nömrəsi cinayət işində qeyd olunub) nömrədən Gülnarənin mobil nömrəsinə sevgi mesajları yazıldığını, Gülnarənin də cavab mesajları yazdığını gördüm. Teymura zəng edərək nə üçün Gülnarəyə sevgi mesajları yazdığını soruşdum. Teymur əcəb etdiyini, arvadım Gülnarənin pozqun olduğunu dedi. Gülnarədən həmin mesajlar barədə soruşduqda sonuncu mesajların ona aidiyyəti olmadığını bildirdi. Sonra isə Gülnarə mənə söyüş məzmunlu mesajlar yazdı”.

"Arvadımın əlindən tutan kişini kürəyindən təpiklə vurdum”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2011-ci ilin martın ortalarında Sumqayıt şəhərindəki "Aygün” şadlıq evinin yaxınlığında Gülnarəni Teymurla öpüşərkən görüb: "Hər hansı bir kişi ilə görüşərək xəyanət edəcəyi halda Gülnarəni öldürmək niyyətim olub.  Odur ki, 10 aprel 2011-ci il tarixdə Sumqayıt şəhərinə gələrkən yaşadığım Şabran rayonunun Aygünlü kəndindəki evdən özüm ilə cib bıçağı götürmüşdüm. Aprelin 11-də, təxminən saat 16 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki "Mətanət” şadlıq evinin yanında olarkən Gülnarəni uşaqlarım Qismət və Solmaz, eləcə də Teymur Məmmədovla birlikdə yaxınlıqdakı "Lüdviq” parkına tərəf getdiklərini, Teymurla Gülnarənin qucaqlaşdığını gördüm. Bundan əsəbiləşdim. Teymura yaxınlaşaraq təpiklə kürəyindən bir zərbə vuraraq onu yerə yıxdım. Gülnarənin isə saçından tutaraq nə üçün belə hərəkət etdiyini dedim. Gülnarə isə qışqıraraq ünvanıma söyüş söydü. Gülnarənin ağzından yumruqla vurdum. Həmin vaxt Teymur yerdən daş götürərək məni vuracağı ilə hədələdi. Teymur mənimlə əlbəyaxa olaraq boynumdan yumruqla vurdu. Daha sonra isə Teymur təpik atdıqda cibimdən çıxardığım bıçaqla onun sağ ayağının bud nahiyəsindən bir dəfə vurdum. Bundan sonra Teymur ondan aralandı. Sonra Gülnarənin saçından sürüyərək uşaqlarımdan uzaqlaşdırdım. Onu parkın içərisinə doğru apardım və orada bıçaqla Gülnarənin bədəninin müxtəlif nahiyələrindən zərbələr vurdum. Gülnarə nəsə desə də, onun sözlərinə məhəl qoymayaraq bıçaqla vurmaqda davam etdim. Aldığı zərbələrdən taqətsiz halda qalmış Gülnarəni orada qoyaraq hadisə yerindən getdim. Qardaşım İltifatın evinə gedərək mobil telefonlarımı və şəxsiyyət vəsiqəsimi İltifatın arvadına verdim. Sonra isə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə getdim. Orada törətdiyim hadisə barədə bildirərək könüllü təslim oldum”.

"Gülnarə ilə cinsi əlaqədə də olmuşam”

Məhkəmədə adı cinayət işində hallanan Teymur Məmmədov da ifadə verib. O, bildirib ki, 2008-2010-cu illərdə Sumqayıt şəhər Məhkəmə icraçıları şöbəsində ictimai əsaslarla məhkəmə içraçılarına kömək edərək çağırış vərəqələrini paylayıb: "Gülnarə Hüseynovanı və Taleh Hüseynovu 2010-cu ilin avqust ayında aliment işi ilə əlaqədar məhkəmə içraçısı Adəm Məmmədovun yanında olarkən görmüşəm, tanımışam. Bundan sonra Gülnarə ilə aramızda yaxın münasibət yaranıb. Hətta Gülnarə ilə cinsi əlaqədə də olmuşam”.

"Gülnarənin artıq subay qadın olduğunu bildirdim”

Teymur Məmmədov daha sonra ifadəsində qeyd edib ki, 2011-ci ilin fevralında Taleh ona zəng edərək Gülnarədən əl çəkməsini tələb edib: "Mən Gülnarənin artıq ondan ayrıldığını və subay qadın olduğunu bildirdim. Bu zəmində aramızda mübahisə yarandı və bir-birimızin ünvanına söyüş söydük. Aprelin 11-də, saat 16 radələrində Sumqayıt şəhərindəki "Mətanət” şadlıq evinin yanında Gülnarə ilə görüşdüm. Gülnarə azyaşlı uşaqları ilə birlikdə idi. Sonra Gülnarə və uşaqlarla yaxınlıqdakı parka gedərkən qəflətən arxadan kimsə məni təpiklə vurdu. Zərbə Gülnarəyə də dəydi. Həmin şəxsin Taleh olduğunu gördüm. Onun əlində bıçaq var idi. Taleh Gülnarənin saçından tutaraq uşaqların gözü qarşısında onun kürəyindən bir neçə dəfə vurdu. Hadisədən qorxan uşaqlar ağlamağa başladı. Daş  götürüb Talehə tərəf atdım. Onu Gülnarədən aralamağa çalışdım. Həmin vaxt Gülnarə qaçaraq oradan uzaqlaşmaq istədi. Lakin uşaqları ağladığı üçün qaçıb getmədi. Həmin vaxt Taleh əlindəki bıçaqla ayağımdan vurdu. Sonra isə Gülnarənin arxasınca qaçdı. O, Gülnarəni yerə yıxaraq yenidən bıçaqla vurmağa başladı. "102”  xidmətinə zəng edərək hadisə barədə məlumat verdim”. 

"Taleh Gülnarəni öldürəcəyini dedi”

Məhkəmədə ifadə verən Kəmalə Nəsirova bildirib ki, Taleh Məmmədov mərhum bacısı Gülnarənin əridir: "2009-cu il tarixdə Gülnarə ilə Talehin məhkəmə qaydasında nigahları pozulub. Onların birgə nigahdan olan uşaqları nigah pozulduqdan sonra Gülnarənin himayəsində qalıb. Gülnarə uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 38a nömrləi evin 54 nömrəli mənzilinə köçərək orada yaşayıb. Taleh uşaqlar üçün təyin edilmiş alimenti ödəməyib. 2010-cu ilin dekabrında Taleh mənimlə görüşərək Gülnarə ilə barışmaq istədiyini bildirdi. Məndən bu işdə ona kömək etməyimi xahiş etdi. Taleh spirtli içkilərə meyilli olduğundan Gülnarə ilə barışmasına etiraz etmişəm. Taleh Gülnarəni öldürəcəyini dedi. Bir müddət sonra Gülnarə Talehin onu izlədiyini bildirdi. Talehə zəng edərək Gülnarəni narahat etməməsini, onun bu hərəkətləri barədə polisə şikayət edəcəyini bildirdim. Taleh isə cavabında "heç kimdən qorxmuram, nə istəyir gedib eləsin" dedi. Aprelin 11-də, saat 16 radələrində Gülnarə uşaqlarını gətirmək üçün baxçaya getdi. Lakin xeyli müddət keçməsinə baxmayaraq Gülnarə evə qayıtmadı. Təxminən saat 20 radələrində polislər zəng edərək məni "Aygün” şadlıq evinin yanındakı parka dəvət etdilər. Həmin yerə getdikə Talehin Gülnarəni öldürdüyünü eşitdim. Teymur Məmmədovla  Gülnarə arasında hər hansı bir münasibət olması barədə heç nə bilmirəm”.

Məhkəmənin hökmü ilə Taleh Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib.


Şərhlər:
Baxılıb: 2927
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz