Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sonsuzluğa görə zorlandığını iddia edən gəlin qaynatasına niyə şər atır?
Sonsuzluğa görə zorlandığını iddia edən gəlin qaynatasına niyə şər atır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2624
Səs ver:

Qaraxıdır müəmması Ağdaşdan gələn cavabla açılacaqmı?

...Burda hamı Ağdaşdan xəbər gözləyir. Hə, məhz Ağdaşdan. Ağdaş rayon məhkəmə-tibbi ekspertizasının rəyini. Qohumlar, qonşular, doğmalar, yadlar, hətta ağız büzüb şayiə buraxanlar belə. Bir sözlə, bütün kənd: Göyçayın Qaraxıdır kəndi. Məhz bu rəydən sonra bəlli olacaq İbrahimovlar bu kənddə qalıb yaşayacaq, ya yox? Məhz bundan sonra bilinəcək, Mahmudovların qızı düz deyir, ya böhtan atır? Hər şeyə, bütün qaranlıqlara, müəmmalara, şübhələrə məhz bu rəydən sonra son qoyulacaq. Bu rəy hamı üçün ölüm-qalım məsələsidir. Və bu rəy hamıdan çox ona lazımdı; 65 yaşlı kənd ziyalısı Rauf müəllimə: adı öz gəlinini zorlamaqda hallanan bu kişiyə…

 

***

 

Hər şey ondan başladı ki… Yox, əslində başlamadı. Hər şeyi əslində hamı lap əvvəldən, öz ürəyinin dərinliyində gözəl bilir. Bu ailə dramının bütün incəliklərini, bütün detallarını, hətta ən intim məqamlarını belə...

 

Biz dünən gecə yarısınadək həmin kənddə olduq, Qaraxıdırda. Səbrlə hamını dinlədik. Və nəticə çıxarmağa tələsmədik… Ən azı ona görə ki… hamı ekspertizanın rəyini gözləyir…

 

Zaman, 2008-ci ilin avqustu.

Məkan elə bu kənd - Qaraxıdır.

 

Sadə bir toy məclisi. İbrahimovlar, hər ikisi müəllim olan Rauf müəllim və Gülxar xanım oğlanları Rəşidə toy edirlər. Onların gəlin gətirdiyi qız isə özgəsi deyil, həmkəndliləri  Süleyman Mahmudovun qızı Gülxanımdı.

 

- Qızım 5 il o evin gəlini olub. El adətincə gəliblər, vermişik, toy eləmişik. Toydan əvvəl də, sonra da, qudam Rauf müəllimlə gözəl münasibətlərim olub. Ta bu söhbətə qədər.

 

Bunu bizə Gülxanımın atası Süleyman kişi deyir.   

 

Bəs hansı söhbətə qədər?

 

Bunlar isə dünən bu yayılan xəbərlərdə deyilirdi.

 

"Göyçayın Qaraxıdır kəndində İbrahimovlar ailəsində tükürpədici hadisə baş verib. Belə ki, həmin kənddə yaşayan 27 yaşlı G.İ 5 il bundan əvvəl həmin kənddə yaşayan Rəşid İbrahimovla el adəti üzrə ailə həyatı qurub. Lakin bu illər ərzində oğlanın sonsuzluq problemi olduğundan oğlanın atası Rauf İbrahimov gəlini min bir yolla aldadıb. Qayınata qızın gözünü qorxudaraq, daha doğrusu, ölümlə hədələyərək sonsuzluq sirrini açmamasını və oğlunun el içində biabır olmamasını bildirərək, onu bir neçə dəfə zorlayıb. Qızın istəyi olmadan baş verən bu iyrənc proses onu dəfələrə özünə qəsd etməyə məcbur edib”.

 

Baş verən, daha doğrusu yayılan xəbərin əsas mahiyyəti bundan ibarətdir.

 

Hələlik, Süleyman kişi danışır:

 

- Bu il avqustun 17-də onlar qızımı götürüb bizə gəldilər. Dedilər ki, gətirmişik qalsın burada. Mən əvvəl başa düşmədim, niyə görə? Qudam dedi ki, biz artıq bu qızı gəlin kimi evimizdə saxlaya bilmərik. Səbəbini soruşdum. Dedilər ki, uşağı olmur, nə bilim nə. Mən də qayıtdım ki, uşağı olmur həkim var, müalicə üsulları var. Dedim, bəlkə elə sizin oğlunuzdandır? Susdular, heç nə demədilər. Mən də fikirləşdim ki, yəqin ailədi, söz-söhbət olub, keçib gedər. Bir həftədən sonra qızı aparıb qoydum evinə. Orda qudam Rauf müəllim qayıtdı ki, bu qız bu evdə çox qalmayacaq, çünki başında problemi var, özünü apar bilmir. Yenə bir söz demədim. Avqustun 21-i idi, gördüm Rauf müəllim bizə gəlib. Dedi ki, Gulxanım səhər tezdən evdən su gətirmək adıyla çıxıb, hələ də yoxdur. Saat 5 olardı, axşamüstü. Yoldaşım da, mən də, əmim oğlu da yığışıb getdik onlara. Hər yeri axtarmışıq. Təsəvvür edin, elə ağac dibi qalmayıb ki, baxmayaq. Qonşuları, damı, tövləni, hər yeri. Qız iynə olub yoxa çıxıb. Bir də gördük ki…

 

 

***

 

Həmin gün Gülxanım doğrudan da evdən tezdən çıxıb. Qayınatası Rauf müəllimlə əri Rəşidin rayon mərkəzində getdiyini görüb, vedrələri də götürüb arxa su dalınca qaçıb. Bir saat keçməmiş vedrələr qapının ağzındakı ağacın dibindən tapılıb. Gulxanım özü isə yağlı əppək olub yoxa çıxıb. Qaynanası Gülxar müəllimə, baldızı Tehranə, qonşular, bir sözlə, əli yetən Gülxanımı axtarmağa başlayıb. Günorta Rauf müəllimlə oğlu Rəşid də gəlib çıxıblar. Üstəlik, qızın valideynləri və qohumları, hamı həyəcan içində Gülxanım axtarışında.

 

Və birdən Gülxanım həyətin o başındakı köhnə, anbar kimi istifadə olunan evin damında peyda olur.

 

Süleyman kişi davam edir:

 

- Qızım qəfil damda göründü. Əlində şüşə qırıntıları vardı. Elə hey qışqırırdı ki, "ay ata, bunlar mənim axırıma çıxdılar”. "Ay mama, (Gülxanım qayınanasını belə çağırarmış -S.M.) de də, dillən də, sənə demişdim axı!” Biz çaşıb qalmışdıq. Qız özündə deyildi. Qudam Rauf müəllim, mən, qonşular, yavaşca yaxınlaşıb onu düşürdük. Əlindəkiləri aldıq. Üzünə su vurdular ki, bir az özünə gəlsin. Amma sakitləşmirdi…

 

Bu dəfə qayınanası Gülxar müəllimə danışır:

 

- Biz onu 9 saat axtardıq. Bax, o ev var ha, köhnə ev, ora özüm azı 50 dəfə girmişəm. Qızım, oğlu baxıb. O qız o evdə olmayıb. Ola bilməzdi ki, biz onu görməyək. Qəfil damda peyda oldu. Haradan çıxıb dama? Nə bilim ay bala? Atası da, anası da burdaydı. Özləri öz gözləri ilə gördülər. Bu qızın başı pozulub, özünü apar bilmirdi. Qab-qacaq qoymurdu, sındırırdı. İndi də bu şər-böhtanı atıblar ortaya. Özün soruş Rauf müəllimdən ki, biz hələ onun hansı hərəkətlərinə dözmüşük bu 5 ildə. Vallah deyiləsi, danışılası dərd deyil. Biabır olmamaq üçün hər şeyi malalamışam. Birini ərimə demişəm, beşini ürəyimdə saxlamışam. Hansı birini deyim? İndi də belə…

 

 

Amma qızın atası Süleyman kişi başqa şeyləri deyir. Onun dediyinə görə, məhz Rauf müəllim oğlunun biabır olmaması üçün onun qızıyla cinsi əlaqəyə girmək istəyib. Ki, hamilə qalsın.

 

- O bilirdi ki, 5 il keçib, kənddə biabır olacaq. Oğlunun necə deyərlər imkanına da bələd idi ki, bacarmır, onda alınmır. Ona görə də, uşağının biabır olmaması üçün bu çirkin addımları atıb. Nəticəsi də belə. Qızımı gətirib qoyublar evə ki, dəlidi, öhdəsindən gələ bilmirik. Uşaq evə gələndən iki dəfə sirkə içib özünü öldürmək istəyib. Amma bacısı imkan verməyib.  Odey, istəyirsiz özündən soruşun.

 

Gülxanım sifətini bağlayıb yaxın gəlmədi. Amma hiss olunurdu ki, ya bərk həyəcanlıdır, ya da stress keçirib.

 

Bunu onun rabitəsiz şəkildə dediklərindən də başa düşmək çətin deyildi: "Məni bədbəxt elədilər, mən evimə qayıtmaq istəyirəm”, "Məni aparsınlar öz evimə, Rauf müəllimi də işdən çıxarsınlar…”

 

Rauf müəllimin əmisioğlu Qurban İbrahimov danışır:

 

- Bu kənddə camaat yoldaşını rayona göndərəndə görsə ki, Rauf müəllim avtobusdadı, ona tapşırır. Ona əmanət edir. O gün polisə də, prokurorluğun işçilərinə də dedi ki, ölkənin qanunları var, ədaləti var, ekspertizası var. Yoxlayın, əgər bircə damla günahım varsa, nəslimi bu kənddən köçürün, evimi də yandırın ki, izimiz belə qalmasın. Özünüz gördünüz, qohum-əqrəbaya da qışqırdı ki, mənim dalımca düşüb gəlməyin. Mənə böhtan atırlar, haqq öz yerini tutacaq. Sonda hər şeyi özünüz görəcəksiniz. Rauf müəllimin 65 yaşı var. Qız köçürüb, oğul evləndirib. Kənddə sayılan adamdır. Özü öz ayağıyla məscidə getdi ki, istəyirsiz qanunlar, istəyirsiz Quran, gətirin hamı and içsin. Mənə böhtan atırlar. (Yeri gəlmişkən, bu andiçmə mərasiminə qayıdacağıq – S.M.) Amma elə şeylər var ki, vallah, danışa bilmirik. Utanırıq.

 

Bu vaxt Gülxar müəllimə kövrəlir:

 

- Can bala, keç bu otağa.

 

Aralanıb baş-başa qalırıq bu qadınla. Amma nələr dediyini, nələr yaşadığını deyə bilməyəcəyik. Əxlaq, mentalitet məsələsi də deyil. Sadəcə, yazmırıq. Bircə bundan başqa…

 

- Mənim üçün çətindir, boğazım quruyub, danışa bilmirəm. Mənim oğlumun… Bilirsiz, iki il qabaq Rəşid boynumu qucaqlayıb ağladı ki… Üç ildən sonra bildik ki, o, gəlin gələndə… Hamısını gizlətmişəm, mən, mənəm əslində günahkar…

 

Sakitləşdirə də bilmirik. Otağa daxil olan qızı Tehranə də söhbətin nədən getdiyini bilir artıq. İçəri girən kimi hönkürür. Əslində başqa söhbətlər də danışır Gülxar müəllimə - Gülxanımın adı bəlli və bəlli olmayanlara göndərdiyi sms-lərdən tutmuş, Rəşidin evdə olmadığı günlərdə oğlunun yataq otağındakı qəfil peyda olub yoxa çıxan kölgələrədək.

 

- Sizə mama deyirdi, eləmi?

 

- Elədir.

 

- O tapılanda qışqırmış ki, mən bədbəxt oldum, mama de da. De ki, ərin nə işlərlə məşğul olub…

 

Gülxar müəllimə susur. Ani sükutdan sonra isə cavabı qısa olur.

 

- Belə şey olmayıb…

 

Süleyman kişi danışır:

 

- Qızım 5 il həmin evin gəlini olub. Nədən indiyə kimi deməyiblər, danışmayıblar ki, dəlidi, özünü apara bilmir, pozğundu? Nədən hər şeyin üstü son bu iyirmi günün içində açıldı? Çünki öz əməllərini yeni həyata keçirməyə başlayıbmış. Qızım da bu namussuzluğa dözə bilmədi. Özünü öldürmək istədi. Elə indi də bir gözümüz onun üstündədir ki, birdən özünə qıyar.

 

Qardaşı Şirvan:

 

- Biz bu məsələni bu yerdə qoymayacağıq. Kasıb olanda nə olar? Kasıbın da Allahı var, dövlətin qanunu var. Sonacan gedəcəyik. Bizim də böyüyümüz var, mollamız var...

 

Hə, bayaq qeyd etmişdik, and içmişdilər axı...

 

Elə Şirvan dediyi mollanın, molla Gündüzün yanında, Qurana. İlk Quran əl basan qız tərəfi olur. Sonra Rauf müəllim. Rauf müəllim:

 

- Əlimi Qurana basdım, dedim ki, əgər mənim bircə qram da olsa günahım varsa, sən mənə qənim ol. Onlar gözləmirdilər deyəsən. Molla da çaşıb qaldı. Vəziyyətdən çıxmaq üçün qayıtdı ki, Quranda bir ayə var, orada yazılıb ki, yalandan da and içmək olar.

 

Yalandan and içmək olmaz, təbii. Amma elə həqiqətlər, elə məqamlar var ki, yalanı, böhtanı anındaca üzə çıxara bilir. Sadəcə həmin məqama bir balaca diqqət yetirmək lazım olacaq.

 

"Mən öz evimə qayıtmaq istəyirəm”. Bunu qayınatası tərəfindən zorlandığını iddia edən gəlin deyir. Həmin evə qayıtmaq istəyir.

 

"Bizə dünən xəbər göndəriblər ki, qızı qaytarın evə, bitsin bu söz-söhbət”. Bunu isə oğlan tərəfi deyir.

 

Bəs Ağdaşdan gələsi xəbər?..//lent.az

 

 



Şərhlər:
Baxılıb: 2624
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz