Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda görünməmiş biabırçılıq: qaynata gəlinini zorladı
Azərbaycanda görünməmiş biabırçılıq: qaynata gəlinini zorladı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 30429
Səs ver:
Göyçayda qaynata övladının sonzuluğunun gizlət mək üçün gəlinini zorlayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, türkürpədici hadisə Göyçayın Qarağıdır kəndində İbrahimovlar ailəsində baş verib.

Belə ki, həmin kənddə yaşayan 27 yaşlı G.İ 5 il bundan əvvəl həmin kənddə yaşayan Rəşid İbrahimovla el adəti üzrə ailə həyatı qurub. Lakin bu illər ərzində oğlanın sonsuzluq problemi olduğundan oğlanın atası Rauf İbrahimov gəlini min bir yolla aldadıb. Qaynata qızı ölümlə hədələyərək sonsuzluq sirrinin açmamasını və oğlunun el içində biabır olmamasını bildirərək, onu bir neçə dəfə zorlayıb.

Qaynatası tərəfindən zorlanan gəlin məsələni qaynanası Gülxar İbrahimovaya danışıb.

Gəlinin sözlərinə görə, qaynata ilə qaynana kənddə biabır olmamaq üçün gəlini məsələni açmamaq üçün dilə gətirməyə çalışıblar. Lakin gəlin, bir neçə dəfə özünə qəsd etmək istəyib.

Bu sirrin üstünü açacağını deyən gəlindən qorxan qaynata onun psixologiyasında ciddi problemləri olan xəstə adı ilə avqustun 29-da ata evinə göndərib.

"Son vaxtlar övladı olmamasına görə, qızının səhhətində problemlər yaranıb. Onu başa düşürəm. Qoy bir az sizdə qalsın özünü ələ alsın, sonra evə qaytaracam”, - deyə qaynata bildirib.

Hələ də baş verənləri anlamayan qızın atası və ailəsi elə həmin günün gecəsində qızın öz dilindən olanları öyrənə biliblər. Gəlinin atası Süleyman Mahmudovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, ayın 16-da qızı özünü öldürmək üçün cəhd etdiyi binada onu xilas edib. "Əclaf sən utanmırsan, həyatımı bitirdin. Öz qızın yaşdayam, mənim başıma hansı oyunları gətirdin. Bunu unutmayacam. Bu ləkə ilə sizin ailədə yaşaya bilmərəm. Utanın”, - deyə gəlin qayınataya bildirib.

Qızlarının zorlanmasından agah olan ailə dərhal rayon polis şöbəsinə şikayət ediblər. Hazırda iş istintaqda olsa da, ailə yubanmalar və süründürməçilikdən şikayətçidir.

Hadisə ilə əlaqədar, bütün kənd ayağa qalxaraq, Rauf İbrahimovun uzun illərdir məktəb direktorunun müavini işlədiyi Qarağıdır kəndindən uzaqlaşmasını istəyir. Bununla bağlı kənddə bir neçə dəfə aksiya da olub. Polis şöbəsindən isə ailəyə hələ qızın keçdiyi tibbi ekspertizyanın rəyi olmadan istintaqa başlamayacaqlarını və qarşı tərəfin də tutarlı faktlarla günahlandırdığını bildiriblər.

Qeyd edək ki, qız tibbi ekspertizdan keçib və ayın 10-na kimi cavabı gəlməli idi. Lakin cavab yubanır və İbrahimovlar ailəsi isə qızı əxlaqsızlıqda günahlandıraraq başına gələnlərdə qaynatanın günahı olmadığını bildiriblər.


Şərhlər:
Baxılıb: 30429
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz