Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nigar Camalı şoka salan sual - FOTOLAR
Nigar Camalı şoka salan sual - FOTOLAR
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 7181
Səs ver:
"Məni vətəndaşlarımızın daim hər şeydən və hər kəsdən narazı olması təəccübləndirir”.

Özüm kifayət qədər sadə ailədə doğulmuşam və heç kim məni inandıra bilməz ki, şəxsi əmək, inadkarlıq və inamla uğura nail olmaq mümkün deyil.

Qadınlar.biz 1news.az-a istinadən xəbər verir ki, bu barədə "Eurovision-2011” müsabiqəsinin qalibi, heyrətamiz Nigar Camal bildirib.

"Mən insanlarımızın daha yumşaq və digərlərinin uğurlarına daha dözümlü olmalarını istəyirəm. Bir çoxları məni günahlandırmağa başlayacaqlar ki, danışmaq çox asandır, axı mən "Eurovision”un qalibi və bu gün uğurlu insanam. Bəli, bu belədir. Lakin bu gün məni və bir çoxlarını tənqid edənlər – axı siz nə üçün mənim bütün bunlara necə nail olmağım barədə düşünmürsünüz? Azərbaycanda yalnız varlı qohumları olan şəxsin uğura nail olacağı barədə fikir ağ yalandır!” – deyə, müğənni qeyd edib.

Onun sözlərinə görə, bu gün gənclərin inkişaf etmək, irəli getməyi istəməsi ona çox pis təsir edir:

"Bilirsiniz, Londonda mən bu xüsusiyyəti məhz britaniyalılarda görürdüm. Onlar aza qane olur, çoxlarının arzularının son həddi həftəsonu şəhər kənarına getmək, pabda şən kampaniya... və bu qədər! Çoxları o qədər özlərini boş buraxırlar ki, müavinətlə yaşamağı karyera qurmaqdan üstün tuturlar. Mən bunu başa düşmürəm.

Bizim vətəndaşlarımızın hər şeydən və hər kəsdən daim narazı olması da mənə pis təsir göstəri. "Yolların bütün vaxtlarda bağlı olması necə də bezdirib!”, "Bizə nə qədər əziyyət vermək olar” və nəhayət, ümumiyyətlə məni şoka salan sual: "Sizin yeni yollarınız kimə lazımdır axı?!” – bax budur, mənim bəzən xəbərlərin altından oxuduğum şərhlərin tam olmayan siyahısı belədir.

Yollar hamımıza lazımdır, bu dövlət başçısının əyləncəsi deyil və belə sadə suallara cavab vermək faktının özü məni heyran qoyur. Müqayisə üçün deyim ki, Londonda yolları Bakıdakı kimi bir neçə ay ərzində deyil, illərlə təmir edirlər! Və illərlə həmin yollar bağlı olur!

Lakin bu gün mən görürəm ki, Azərbaycan cəmiyyəti bir növ iki hissəyə "parçalanıb”: bir hissə kifayət qədər tərəqqipərvərdir, o, oxuyur, dünyanı tanıyır, öz ölkəsini daha da yaxşılaşdırmağa çalışır. İkinci hissə isə sadəcə heç bir şeyin qayğısına qalmadan yaşayır, lakin britaniyalılardan fərqli olaraq, həmin insanlarda insanı təəccübləndirən qəzəb müşahidə olunur. Axı nə üçün? Axı hər şey sizin öz əllərinizdədir! Bu gün bizim ölkəmiz oxumaq, pul qazanmaq istəyənlər üçün böyük imkanlar yaradır! Nə qədər istedadlı uşaqları dünyanın ən yaxşı ali məktəblərində təhsil almaq üçün xaricə göndərirlər! Az qala hər gün nə qədər yeni iş yerləri açılır!

Bununla yanaşı, nə qədər paradoksal olsa da, hər iki "qrupun” nümayəndələrini tez-tez bir cəhət birləşdirir: qlamur və böyük pullar haqqında arzular. İnsanların arasında sevginin olmadığı, yalnız qazanca hesablanmış, heç bir hissinin olmadığı və yalnız pula sevgiyə söykənən nikahlar – bütün bunları mən dərk edə bilmirəm. Pul yaxşı şeydir, lakin sən onu özün qazansan, bu daha yaxşı olar. Lakin bağışlayın, "havayı” yemək istəyi – bunu izah etmək qeyri-mümkündür!” – deyə, Nigar Camal bildirib.

Nigar Camalı şoka salan sual - FOTOLAR

 

Nigar Camalı şoka salan sual - FOTOLAR

 

Nigar Camalı şoka salan sual - FOTOLAR

 

Nigar Camalı şoka salan sual - FOTOLAR

 

Nigar Camalı şoka salan sual - FOTOLAR



Şərhlər:
Baxılıb: 7181
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz