Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Günayın nişanlısının atası yüksək vəzifə sahibi imiş!
Günayın nişanlısının atası yüksək vəzifə sahibi imiş!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5047
Səs ver:
Qadinlar.Biz publika.az-a istinadən bildirir ki, Metropolitenin işçısı Günay Məmmədovanın faciəvi ölümü ilə bağlı müəmmalar narahatlıq doğurmaqdadır. Atası Hüseyn Məmmədov müsahibəsində qızının faciəli ölümündə onun nişanlısını günahlandırıb. O bildirib ki, bu iddianı sübut edəcək görüntülər hadisə yerində quraşdırılan kameralara da düşüb. H.Məmmədov həmin görüntüləri şəxsən izlədiyini bildirib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov da məsələ ilə bağlı açıqlamasında hadisənin baş verdiyi ərazidə kameraların olduğunu təsdiqləyib. 

"BMW X5"-in sürücüsü Təhmin Vəliyevin mətbuatda Günayın nişanlısının maşınından itələnib atılmasını təkzib etməsinə gəlincə, işi aparan müstəntiq Cəmşid Əliyev Publika.Az-a bildirib ki, o, hazırda təqsirləndirilən şəxs qismində saxlanılıb:

"Birincisi, Təhmin Vəliyevin bu barədə ictimaiyyətə məlumat verməsi istintaq hərəkətlərinə ziddir. İkincisi də ki, o, hazırda təcridxanadadır, mətbuata necə açıqlama verə bilər? Bu, mümkün deyil. Cinayətin əsas iştirakçısı isə hələ axtarılır. Düzdür, hadisə barədə bəzi şübhəli məqamlar var. Amma bu maqamlara Rabil Rzayev saxlanılıb ifadəsi alındıqdan sonra aydınlıq gətiriləcək”.

Publika.Az-ın əməkdaşı baş verən hadisə ilə bağlı bəzi araşdırmalar aparıb. Günay Məmmədovanı yaxından tanıyanlar, iş yoldaşları, qohumları bildiriblər ki, mərhum həddən artıq pozitiv əhval-ruhiyyəli, həyatsevər, həyata bağlı bir xanım olub: "Hətta o, nişanlısından ayrıldığını, onların ailə qura bilməyəcəklərini öyrənsəydi də, heç vaxt intihara əl atmazdı. Çünki zəif xarakterli deyildi”. 

Əməkdaşımızın əldə etdiyi daha bir məlumatda deyilir ki, G.Məmmədovun nişanlısı Rabil Rzayevin atası hüquq mühafizə orqanlarında çalışır: 

"O, istintaqın gedişinə təsir etmək gücündə olan bir vəzifə sahibidir. Yaxşı əlaqələri var. Əslində Rabil Rzayevin bu günədək tapılmamasının, istintaqa cəlb olunmamasının başlıca səbəbi budur. Atası hər vasitə ilə oğlunu bu proseslərdən kənarda saxlayır. Hətta kameradakı görüntülərin də artıq yox edilməsi, silinməsi istisna deyil”.

Təbii ki, əsl həqiqətin nədən ibarət olduğu istintaq başa çatdıqdan sonra bəlli olacaq. Hələliksə Günay Məmmədovanın evlərindən nişanlısı ilə birgə çıxması, həlak olarkən R.Rzayevin yanında olmaması, nişanlısının onun yas mərasiminə qatılmaması, ümumiyyətlə, ortalıqdan yox olması ciddi suallar doğurur. 

Mövzuya qayıdacağıq. 


Şərhlər:
Baxılıb: 5047
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz