Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
ŞOK: "Maşın hərəkət edə-edə qızımı itələyib yerə atıblar"
ŞOK:
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 7248
Səs ver:
"Kameradan baxdım ki, maşından yerə yıxılanda əynində olan köynək cırıq-cırıq olub"

Bir neçə gündür hamının danışdığı Metronun "Gənclik” stansiyasında bələdçi işləyən Günay Məmmədovanın atası qızının öldürüldüyünü iddia edib.

Qadinlar.Biz xəbər verir ki, mərhumənin atası Hüseyn Məmmədov açıqlamasında qızının nişanlısı Rabil Rzayevi ittiham edib:

"Yolda quraşdırılan kameradan baxmışıq. Necə var elə də danışıram sizə. Hadisə avqustun 30-da saat 20.27 radələrində  olub. Deməli, Günayı evə gətirəndə maşında 4 nəfər olublar. Maşın hərəkət edə-edə qızımı itələyib maşından yerə atıblar. Sağdan gələn X5 markalı maşın da üstündən keçib. Kameradan baxdım ki, maşından yerə yıxılanda əynində olan köynək cırıq-cırıq olub. Deməli, yolda əməlli-başlı dalaşıblar. O, 4 nəfər kimdir bilmirəm. Hətta Günayın əlində onlardan birinə məxsus mühafizəçi vəsiqəsi olub. Onun nişanlısının bu qədər vicdansızlığını ağlıma da gətirə bilmirəm. Ən azından bunu Azərbaycan polisinin adına yaraşdırmıram. Mənə oradan zəng edib bir kəlmə desəydi ki, belə hadisə eləmişəm bilməmişəm, əsəbi olmuşam, mən onu bağışlayardım.  Amma mənim indi ona nifrətim böyükdür. Çünki qızım belə olmamalı idi. Onu nişanlısı ilə yola salmışdım, nişanlısı ilə də evə qayıtmalı idi. Mən bu işi belə qoymayacağam. Mənə ən çox təsir edən odur ki, balamı müsəlman adəti ilə dəfn edə bilmədim.  Mən onu sellofana büküb basdırdım. Balam məsciddə yuyulmadı, yəni yuya bilmədilər. Əti parça-parça idi. 4 gündür nişanlısının telefonuna zəng çatmır. Hadisə baş verən gün o oğlan cənazənin qulpundan yapışmadı".

H. Məmmədov qızı və nişanlısı arasındakı problemin Günayın birinci evliliyi ilə bağlı olması haqqında deyilən fikirlərə də münasibət bildirib:

"Günay cəmi bir neçə ay evli olub. Qaldı ki, problemin onun ayrılması məsələsi olmasına, əgər bilsəydim ki, səbəb budur tədbir görərdim. Lap nişanı qaytarmağa razılıq verərdim. Amma Rabilin qızımı belə vəhşiliklə öldürməsinə bir ad verə bilmirəm. Yalnız onu bilirəm ki, qızımı Rabil qəsdən öldürdü. Onun yarım saata gəlişi 1 saat çəkdi. 1 saatdan sonra asfaltdan onun parçalarını yığdım".


Şərhlər:
Baxılıb: 7248
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz