Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Toy gecəsinə qədər o məni bir dəfə öpdü və... ” – VİDEO
“Toy gecəsinə qədər o məni bir dəfə öpdü və... ” – VİDEO
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6783
Səs ver:
Həmsöhbətim müğənni Roza Zərgərlidir. Biləndə ki, uşaqlıq illərindən danışacağıq, gülməkdən uğundu. Sən Allah, bəri başdan qeyd elə ki, Rozanın uşaqlıq xatirələrini eşidəndə gülməkdən öləcəksiniz. Bunu da uşaq vaxtı həddən ziyadə dəcəl, nadinc olması və bu üzdən də başına gələn gülməli hadisələrlə əlaqələndirdi. Elə mənə də çox maraqlı gəldi, görəsən, bu qədər çılğın, emosional və enerjili Rozanın uşaqlığında nələr yaşanıb? Onu da deyim ki, uşaqlıqda "eybəcər qız olmuşam” deməsinə rəğmən, Roza çox şəkər bir qız olub.

"Termometri sındırıb civəni uddum və…”

"Tümen vilayətində doğulmuşam. 1978-ci ildə atam əsgəri xidmətini orda keçirdiyi üçün anamı da özüylə bərabər Tümenə aparıb. 1979-cu ildə də ilk övlad olaraq mən dünyaya gəlmişəm. Çox dəcəl bir qız olmuşam. İki yaş üç aylığıma qədər olanların hamısı yadımdadır. Xatirələrimi danışdıqca yəqin ki, mənə güləcəksiniz. Çünki uşaqlıqda başıma o qədər qəribə hadisələr gəlib ki… Yadımdadır ki, iki yaş üç aylığımda anamgil evdə oturub televizora baxırdılar. Anam hər otağa termometr qoymuşdu. Birinin asılqan yeri xarab olduğu üçün paltar ütülənən stolun üstünə qoymuşdular. Mən termometri sındırıb başlamışam sormağa. İndiyə qədər civənin dadı damağımda qalıb; çox acı və turşməzə idi. Dərhal ağzım acılandı və başa düşdüm ki, nəsə pis iş görmüşəm, desəm döyüləcəyəm. Qaçıb su içdim və anamın yanına qayıdanda gördülər ki, ağzım, dodaqlarım yanıb. O dəqiqə məni xəstəxanaya apardılar. Müalicə prosesində həkimlər valideynlərimə dedilər ki, bu uşağın bütün səs telləri, iç-içalatı yanıb. Onlar anamgilə məni Qafqazda məşhur olan başqa dinə mənsub bir həkimin yanına aparmalarını məsləhət gördülər. Güclə sağaltdılar məni”.

"Atam mənə görə bığlarını qırxdı”

"Çox nadinc idim. Bir dəfə atam işdən gəlib yatmışdı. O da iki növbəli işdə çalışdığı üçün evə çox yorğun gəlirdi. Evdə heç kim yox idi. Döşəməni rəngləmək üçün də anamgil rəng düzəldib bir kənara qoymuşdulr. Mən də uşaq olduğum üçün anlamıram ki, bu nə olan şeydir. Götürüb o rənglə bütün evi, üst-başımı rəngləmişəm, sonra da keçmişəm atama. Atam bir onda gözünü açmışdı ki, büs-bütün üst-başı saçı, hətta bığı rəngə boyanıb. Güclə saçını-bığını qırxıb o boyadan xilas olmuşdu. Özü də məni heç vaxt döymürdülər, çünki elədiklərimin hamısını özümdən kiçik olan qardaşımın üstünə yıxırdım”.

"Yuxudan duranda gördük üstümüzdən qurbağa tullanır”

"Evimizin yanında gölməçə vardı. Məhəllə uşaqları ordan çömçəquyruq-qurbağa balası yığıb saqqıza dəyişirdilər. Mən də bir dəfə üç dənə "Turbo” saqqıza uşaqlardan 10 qurbağa balası alıb, bankaya yığıb evə gətirmişdim. On günün içərsində o balalar qurbağaya çevrilib evə daraşmışdılar. Səhər hamımız yuxudan oyananda gördük ki, üstümüzdə qurbağa hoppanır.

Çox eybəcər qız idim, özü də həddən artıq arıq olmuşam. Çoxlu komplekslərim vardı. Saçım uzun olduğuna görə "atquyruğu”, dişlərim qabağa olduğuna görə isə "ekskavator” deyirdilər”.

25 manat oğurluq və verilən cəza

"Uşaq vaxtı köhnə qəzetləri və butılkaları yığıb müəyyən yerlərə təhvil verib əvəzində pul alırdıq. 3-cü sinifdə oxuyurdum. Həmin vaxt "Timur və onun komandası” kitabını oxuyub özümü Timur kimi hiss etməyə başladım. Evdə atamın pulundan 25 manat oğuladım və butulkalara dəyişdiyimiz pulların üstünə qoyub bazarlıq etdim. Həmin bacarlığı 20-yə yaxın müharibə veteranının evinə aparıb payladıq. Atam xəbər tutanda ki, pulunun üstündən 25 manat yoxa çıxıb, hamımızı sıraya düzüb sorğu-sual etdi. Mən irəli çıxıb dedim ki, pulu mən götürmüşəm və uşaqlarla bazarlıq edib müharibə veteranlarına aparmışıq. Qayıtdı ki, bunu deyib də etmək olardı. Sərt baxışı mənə ən böyük cəza oldu”.

"Məktubları Leninin kitabı arasında gizlədirdim”

"1989-cu ildə Tümendən Azərbaycana köçdük. İlk məhəbbətimlə də elə Azərbaycanda qarşılaşdıq. Əvvəlcə Şəmkirdə rus, sonradan, yəni 9-cu sinifdən Azərbaycan bölməsində oxudum. İngilis dili müəlliməmin oğlu Qurbana vurulmuşdum. O da məni sevirdi. İndi də onlarla ailəvi dostluq edirik. Hər ikimiz utancaq idik deyə bir-birimizə sevgimizi demirdik. Elə ordan-burdan xəbər çıxırdı ki, bəs Qurban Rozanı sevir. İndikilər kimi, oturub kafedə-restoranda açıq şəkildə sevgimizdən danışa bilmirdik. İlk dəfə olaraq Qurban mənə məktub yazıb göndərdi. Məktubu da tarix kitabının yan tərəfinə saldığından mənim xəbərim olmadı. Qəfildən gözüm sataşdı və məktubu oxumağa başladım. O vaxt ənənəvi məktublar yazılırdı və bu məktub eyni cür başlanırdı. Məktub bu sözlərlə bitirdi; icazənizlə gözlərinizdən öpürəm. Bah! Həmin gün qanadlanıb uçurdum sevincimdən, ev yığışdırırdım, çay dəmləyirdim. Amma məni dərd almışdı, bilmirdim bu məktubu necə gizlədim ki, anam görməsin. Evimizdə Mark, Engels və Leninin şəkli olan bir kitab vardı, fikrləşdim ki, atam bu kitabı çoxdan oxuyub, daha oxumaz. Məktubu onun arasında gizlətdim. Orda xeyli məktub gizlətmişdim. Məktublara cavab da yazırdım. Paçtalyonumuz isə rəfiqəm idi. Sən demə, bu qız da bizim məktubları xəlvəti oxuyurmuş. Kitabxanada kitab qalmamışdı, hamısını bir-birimizə göndərirdik, arasında da məktub. Yalan olmasın, azı beş yüz kitab oxumuşduq bu məktubların hesabına. Bir gün o qızla dalaşdım və o da bizim sirrimizi açdı. Dedi ki, Qurbanla Roza pozğundur, bir-biri ilə məktublaşırlar. Oğlan elə bildi ki, mən hər şeyi özüm danışmışam, bu da hisslərinə toxunmuşdu. Onda da sevgilər indiki kimi aşkar deyildi axı. Beləcə Qurbanla da aramız dəydi və məktublar kəsildi. Bəlkə də oxucu inanmaz, amma mənim ilk dəfə əlimdən həyat yoldaşım tutub. Toy gecəsinə qədər bir dəfə o məni öpdü, o da alnımdan. 16 yaşımda isə bir oğlana vurulmuşdum, oğlan isə məni sevmirdi. Daha doğrusu, bacı kimi sevirdi, bunu sonralar biləndə çox pis oldum. Həyat yoldaşımın da bacısı mənim dərzi müəlliməm idi. Bir ad günündə onun qardaşı məni görüb bəyəndi və evləndik”.

"Atamın enli əsgər qayışı ilə məni iti döyən kimi döydü”

"Uşaq vaxtı saçım çox uzun idi və mənim xoşuma gəlmirdi. Qardaşıma dedim ki, gəl saqqız çeynəyib saçıma yapışdıraq, anam da saçımı kare kəssin. Belə də etdik. Saçımın tükləri yapışqan kimi bir-birinə yapışdı. Anam nəinki saçımı kəsdi, zorla o saqqızları tüklərdən ayırdı. Üstəlik atamın enli əsgər qayışı ilə məni iti döyən kimi döydü. Anam çox sərt qadın olub. O hətta mənə deyirdi ki, səni bir oğlanla görsəm, başını kəsərəm”.

"Ölüm vaxtımı yazıb, məni morqa tulladılar”

"3 yaş 8 aylığımda möhkəm zəhərlənmişəm. Məni xəstəxanaya aparıblar və görüblər ki, ürəyim dayanıb. Həkimlər ölümümün vaxtını da yazıblar; 9.40. O vaxt rayona-babamgilə teleqram vurublar ki, bəs hazırlıq görün, Roza dünyasını dəyişib. Məni də atıblar morqa. Təsadüfən tibb bacısı morqa bir meyid gətirib və görüb ki, mən ağ mələfənin içində çapalayıram. Qızın qorxusundan dili tutulmuşdu. Həmin xəbəri bir həftə atamdan gizlədiblər ki, kişiyə yavaş-yavaş desinlər. Həyacandan ürəyi partlaya bilərdi axı…”

“Toy gecəsinə qədər o məni bir dəfə öpdü və... ” – VİDEO

 

“Toy gecəsinə qədər o məni bir dəfə öpdü və... ” – VİDEO

 

 

 

“Toy gecəsinə qədər o məni bir dəfə öpdü və... ” – VİDEO

 

“Toy gecəsinə qədər o məni bir dəfə öpdü və... ” – VİDEO

 

“Toy gecəsinə qədər o məni bir dəfə öpdü və... ” – VİDEO

 

“Toy gecəsinə qədər o məni bir dəfə öpdü və... ” – VİDEO

 

 



Şərhlər:
Baxılıb: 6783
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz