Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“İş adamı arvadının mənimlə intim münasibətdə olduğunu eşitdikdən sonra özünü asdı”
“İş adamı arvadının mənimlə intim münasibətdə olduğunu eşitdikdən sonra özünü asdı”
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2456
Səs ver:
1969-cu ildə Bakı şəhərində anadan olmuş Sevinc Rzayeva Lənkəran şəhərində qonşusu Reyhun Məmmədov ilə intim münasibətdə olub. Sevinc Rzayeva intim münasibətdə olduğu Reyhun Məmmədov və qardaşı Kamran Abbasov ilə birlikdə qanunsuz narkotik vasitələri əldə ediblər. Onlar narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olublar. 

Bu əmələrindən Sevinc Rzayevanın əri Fərid Rzayevin 2010-cu ilin mayında məlumatı olub. Buna görə də Sevinc Rzayeva ilə ərinin arasında mübahisə və münaqişələr baş verib. 

İş adamını qətlə yetirib, intihar görüntüsü yaratmaq planı...

Baş verən mübahisələr və münaqişələr nəticəsində Fərid Rzayevin onların barəsində polis və milli təhlükəsizlik orqanlarına məlumat verəcəyini bildirib. Onun məlumat verməsinin qarşısını almaqla qanunsuz narkotik vasitələrin dövriyyəsi kimi cinayət əməllərini gizlətmək, həmçinin Fərid Rzayevə məxsus Lənkəran şəhəri, Şirəli Axundov küçəsində yerləşən evi, Lənkəran şəhərinin Nəsimi küçəsində yerləşən istehsalat sexini, istifadəsində olan "BMW” markalı avtomaşını tamah məqsədilə ələ keçirmək üçün onu öldürmək qərarına gəliblər.

Bu məqsədilə Sevinc Rzayeva, Reyhun Məmmədov, Kamran Abbasov cinayət əlaqəsinə girərək, Fərid Rzayevi yeni inşa etdirdiyi evdə vurub müqavimətini zəiflətməklə onun intihar etməsi görüntüsünü yaratmaq üçün iplə boynundan asıb öldürməyi planlaşdırıblar. 

Razılaşdıqları kimi 2010-cu ilin iyun ayının 14-dən 15-nə keçən gecə, saat 00:12 radələrində Sevinc Rzayeva əri Fərid Rzayevlə Lənkəran şəhəri, Şirəli Axundov küçəsində yerləşən yeni inşa etdirdikləri evə gedəcəkləri barədə Reyhun Məmmədova məlumat verib. 
Reyhun Məmmədov və  Kamran Abbasov diametri 1,5 sm, yarım sərt materialdan olan kəndir və vint açan götürüb, həmin evin birinci mərtəbəsində olan giriş qapısının yaxınlığında yerləşən pəncərəni vint açanın köməyi ilə açaraq evə daxil olub. Onlar orada Fərid Rzayevi gözləyiblər. 

Arvadı iş adamını necə ölümə apardı?

Aralarında aparılmış vəzifə bölgüsünə əsasən Sevinc Rzayeva  saat 00:52 radələrində əri Fərid Rzayevi yaşadıqları Lənkəran şəhəri, H.Aslanov xiyabanı, ... №-li evdən Şirəli Axundov küçəsində yerləşən yeni inşa etdirdikləri evə aparıb. Orada Kamran Abbasov və Reyhun Məmmədov Fərid Rzayev ilə qarşılıqlı mübarizə aparmaqla dəmir parçası  və əlləri ilə onun bədəninin baş, qarın, bud, diz, ayaq nahiyələrinə çoxsaylı zərbələr endirməklə ona sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən həyati xəsarətlər yetirib, müqavimətini zəiflətdikdən sonra Fərid Rzayevin özünü öldürməsi görüntüsünü yaratmaq üçün özləri ilə gətirdikləri kəndiri bir-birinə dolayı hörülən ilgəklə onun boyununa keçirib, kəndiri evin 3-cü mərtəbəsində olan otağın giriş qapısının dəstəyinə bərkidərək 2-ci mərtəbə istiqamətində asmaqla boyun üzvlərinin sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya ilə Fərid Rzayevi qəsdən öldürüblər.

Qatillərin ittiham olunduğu maddələr...

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 120.2.6-cı  (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham ediliblər və cinayət işinə baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Qatillər məhkəmədə susmağı üstün tutublar

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Sevinc Rzayeva və Reyhun Məmmədov onlara elan olunmuş ittihamda özlərini təqsirli bilməyiblər, onlar ifadə verməkdən imtina ediblər. 

Buna görə də onların ibtidai istintaq zamanı vermiş olduqları ifadələr elan edilib. Həmin vaxt istər Sevinc Rzayeva, istərsə də Reyhun Məmmədov cinayət işinin istintaqı zamanı ilkin verdikləri ifadələri təsdiq ediblər. Sonrakı vaxtlarda verdikləri ifadələri, o cümlədən onların arasında olan üzləşmə zamanı verdikləri ifadələri təsdiq etməyiblər. 

"Bacım bu qətli Reyhunla birlikdə törətməsini mənə bildirdi”

Təqsirləndirilən şəxs Kamran Abbasov məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdiyi ifadələri təsdiq edərək bildirib ki, Farid Rzayevin öldürülməsindən xəbəri olmayıb. Onun sözlərinə görə, 2011-ci ilin dekabr ayında Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsində həbsdə saxlama müddətinin uzadılması zamanı Reyhun Məmmədov güya ona bildirib ki, Farid Rzayevi Sevinclə birlikdə o öldürüb. 

Kamran Abbasov qeyd edib ki, bacısı Sevinc Rzayeva ilə ekspertizadan keçən zaman orada bacısı ilə qısa müddətdə görüşüb: "Bacım bu qətli Reyhunla birlikdə törətməsini mənə bildirdi”. 

"Reyhun yaxın münasibətdə olduğu Sevinc adlı bir qadının adını çəkdi”

İbtidai istintaq zamanı üzləşdirilərkən Reyhun Məmmədov və Sevinc Rzayeva Kamran Abbasovun yalan dediyini, ona belə bir söz demədiklərini göstəriblər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Ramin Məmmədov ifadəsində bildirib ki,  6 iyun 2010-cu il tarixdə narkotik vasitələrin saxlanması ilə əlaqədar Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən tutulub və Salyan Rayon Məhkəməsinin 14 oktyabr 2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. O, tutulandan sonra 9 iyun 2010-cu il tarixdən Bakı şəhərinin Kürdəaxanı qəsəbəsində yerləşən Bakı istintaq təcridxanasının əvvəl 8-ci korpusunun 72-ci kamerası, sonra isə 6-cı korpusun 2 nəfərlik olan 57-ci kamerasında saxlanılıb. 

Onun sözlərinə görə, 2010-cu ilin sentyabr ayının sonlarında onu Salyan rayon polis şöbəsinə etap edərkən getdiyi qatarda Lənkəran şəhərindən olan və narkotik vasitələrin saxlanması ilə əlaqədar tutulmuş Reyhun Məmmədov ilə tanış olub: "Reyhun Məmmədovla müxtəlif mövzularda söhbət etdik. Reyhun yaxın münasibətdə olduğu Sevinc adlı bir qadının adını çəkdi və bildirdi ki, əvvəlki etap zamanı Sevinci Salyan qatarı dayanarkən görmüşəm. Salyan rayonunda məni düşürdülər. Reyhun qatarla Lənkərana aparılıb. 2010-cu ilin oktyabr ayında barəmdə hökm çıxandan sonra hökmdən apellyasiya şikayəti verdim. Buna görə də Bakı istintaq təcridxanasında qaldım, 2011-ci ilin aprel və ya may ayında Bakı istintaq təcridxanasındakı kamerasında papağımı gözümün üstünə çəkib oturarkən birdən qapı açılaraq bir nəfər dustaq içəri girdi. Həmin dustaqın Reyhun olduğunu gördüm. Reyhun isə içəri girib salamlaşandan sonra diqqətlə mənə baxıb qışqıraraq "Ramin, bu sən deyilsən?” sözlərini dedi. Görüşəndən sonra Reyhun neçə vaxtdır ki, məni axtardığını dedi. Reyhuna hökm çıxandan sonra Salyan rayonunda yerləşən Xələc türməsində saxlanıldığımı bildirdim”.  

"Reyhun ölən Fəridin arvadı Sevinci saxladığını, onunla mütəmadi intim münasibətlərdə olduğunu söylədi”

Ramin Məmmədov daha sonra ifadəsində bildirib ki, Reyhun hansısa Elşad adında qohumu onun barəsində şikayət etdiyinə görə təcridxanaya gətirildiyini bildirib: "Reyhun Elşadın qardaşı Fəridin 2010-cu ilin iyun ayında öz evində öldüyünü, mərhumun qohumlarının isə ondan şikayət etdiyinə görə Bakı istintaq təcridxanasına etap olunduğunu, bütün şikayətlərə baxmayaraq, Fəridin qətlində heç bir günahının olmadığını dedi.  Reyhun daha bir məsələdən də şübhələndiyini bildirdi. Reyhunla kamerada olduğu 15-20 gün müddət ərzində mənimlə münasibətləri daha da isinişdi. Artıq bir-birimizə tam etibar etməyə başladıq. Bir gün Reyhundan niyə bu vaxta kimi evlənmədiyinin səbəbini soruşdum. 

Reyhun isə ölən Fəridin arvadı Sevinci saxladığını, onunla mütəmadi intim münasibətlərdə olduğunu söylədi. Reyhun Fəridin isə özünü məhz bunu eşitdikdən sonra asdığını, buna görə hamının Fəridin ölümündə ondan şübhələndiyini dedi. Bir gün də dindirilməsi üçün Reyhun harasa aparıldı. Həmin gün axşam dindirmədən qayıdandan sonra Reyhunun həyəcanlı olduğunu gördüm. Ondan nə baş verdiyini soruşdum. Dedi ki, Fəridin ölüm işi ilə əlaqədar müstəntiqlər tərəfindən sorğu-sual edilib, lakin müstəntiqlərə bu işdən xəbərsiz olduğunu dediyini bildirib”. 

"Fərid onların aralarında intim əlaqələrinin olmasından şübhələnməyə başlayıb”

Şahidin sözlərinə görə, bir müddət keçəndən sonra Reyhun ona deyib ki, ölən Fərid qonşularından başqa eyni zamanda onun qohumdur: 
"Qonşusu olan Fərid onun və ailə üzvlərinin narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyinə görə aralarında münasibətləri pisləşib. Fərid onun narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olduğuna, onun yanına narkomanların gəlib-getdiyinə görə dəfələrlə  irad tutub, bu məsələlərə son qoymasını tələb edib. Hətta bir dəfə Fəridlə aralarında məhəllələrinin qabağında davaları da düşüb və həmin dava zamanı o, bıçaq götürüb ki, Fəridi vursun, lakin qohum-qonşu araya girib, buna imkan verməyib. Sonradan isə Fəridin qardaşı məhəllələrinə gəlib onları sakitləşdirib. Bundan əlavə Reyhun dedi ki, onun Sevinclə aralarında olan münasibətləri isinişərək intim münasibətlərə keçib, bu əlaqələrdən başqa Sevinci narkotik vasitələrə də qurşatıb və Sevinc onun köməyi ilə heroin iyləyib. Fərid onların aralarında intim əlaqələrinin olmasından şübhələnməyə başlayıb. Bununla əlaqədar arvadı ilə mübahisələr edib, bir gün də Fərid Sevincin mobil telefonunda onunla aralarında olan sevgi mesajlarını aşkar edib. Hətta bir dəfə Fərid arvadı Sevinci narkotik vasitələrlə bağlı analizdən də keçirib”.

"İstəyiblər ki, Fərid öləndən sonra onun bütün əmlakı onlara qalsın”

Şahid daha sonra ifadəsində qeyd edib ki, Reyhun həmçinin Sevincin qardaşı Kamran barədə də danışıb: "Reyhun Kamranın əvvəllər Fəridin hansısa mebel sexində işləyib, Fərid qayını Kamranın da narkotik vasitələrin aludəçisi olduğunu biləndən sonra onu işdən qovub. İşdən qovandan sonra Kamran Fəridə qarşı kin saxlayıb. Fərid bütün bunları biləndən sonra Sevinc və Kamran ilə birlikdə onların evində yığışıb plan qurublar ki, Fəridi öldürüb aradan götürsünlər, istəyiblər ki, Fərid öləndən sonra onun bütün əmlakı onlara qalsın. Fəridi evlərinin yaxınlığında tikdirdiyi üç mərtəbəli evdə öldürməyi planlaşdırıblar ki, orada bunu heç kim görə bilməsin, bir gün də gecə vaxtlarında Fəridin arvadı Sevinclə həmin tikdirdiyi üç mərtəbəli evdə olduğunu bilib Kamranla bir yerdə Fəridin təzə tikdirdiyi evə gedib. Orada üçüncü mərtəbədə Fəridin onunla və Kamranla aralarında mübahisəsi olub”.

"Fərid üzünü Kamrana tutaraq Sevincin bacısı kimi onun qeyrəti, arvadı kimi isə özünün qeyrəti olmadığını bildirib”

Şahidin sözlərinə görə, Reyhun mübahisə zamanı Fərid iradlarını bildirərək ondan arvadı Sevincdən əl çəkməsini tələb etdiyini deyib: "Reyhun isə Sevinclə hər-hansı bir münasibətinin olmadığını deyib. Sonra Fərid üzünü Kamrana tutaraq Sevincin bacısı kimi onun qeyrəti, arvadı kimi isə özünün qeyrəti olmadığını bildirib. Bunu eşidən kimi Kamran "sənin sözündən belə çıxır ki, mənim bacım fahişədir” deyərək əlindəki dəmir parçası ilə Fəridin başından vurub. Sonra isə Reyhun Kamrana kömək edərək Fəridi bir yerdə döyməyə başlayıblar. Ardınca halsız vəziyyətdə olan Fəridin başına kəndir keçirdib otaqların birinin qapısının dəstəyinə bağlayaraq intihar görüntüsü yaradıblar. Sevinc isə buna qarışmayıb”.

Cinayət işi üzrə şahidlərin ifadələri dinlənildikdən, cinayət işinin materilları arasında olan sənədlər tədqiq edildikdən sonra məhkəmə hökm elan edib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sevinc Rzayeva 15 il, Kamran Abbasov 15 il, Ceyhun Məmmədov 14 il 1 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayətləri veriblər və cəzalarının yüngülləşdirilməsini istəyiblər. Onların şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin əzalarının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətləri təmin edilməməsi ilə bağlı qərar elan edilib.  



Şərhlər:
Baxılıb: 2456
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz