Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evliliyinin 2-ci ayında ölən gəncin dəhşətli HƏYAT DRAMI
Evliliyinin 2-ci ayında ölən gəncin dəhşətli HƏYAT DRAMI
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5331
Səs ver:
Bəzən bircə əyləc səsi insan həyatını yarıda qoymağa kifayət edir. Təkcə bir insanın yox, onun bütün ailəsinin, ətrafının, yaxınlarının bir ömür boyu çəkəcəyi acını yaşatmağa yetərli olur. Hər gün qarşılaşdığımız qəza xəbərlərində həlak olanlarla bağlı məlumat bizim üçün sadəcə bir rəqəm ola bilər. Amma düşündüksə ki, bir insanın həyatını yarıda kəsən o əyləc səsindən sonra da bir həyat və o həyatı yaşamalı olan insanlar var... Bax o zaman əsl həyat dramının bundan sonra başladığına inanırsan...

Bu dəfə belə həyatlardan birindən yazacağıq - iyulun 27-də Bakının akademik Həsən Əliyev küçəsindəki tuneldə baş verən ağır qəzada həlak olan Sultanov Vüqar Sultanqulu oğlundan. 26 yaşlı bu gəncin həyatı da bircə əyləc səsindən sonra yarımçıq kəsildi, arxada acılı bir ana, gözüyaşlı həyat yoldaşı və eşidənləri dəhşətə salan ailə dramı qoydu. Yaxınlarının AzNews.az-a verdiyi məlumata görə, Vüqar Sultanov ölümlə nəticələnən avto qəzadan cəmi 2 ay əvvəl ailə həyatı qurub: "Mayın 8-də toyu oldu. Cəmi 2 ay xoşbəxt yaşaya bildilər. Bir il əvvəl, iyulun 5-də isə atası vəfat etmişdi. Atasının ili çıxandan bir neçə gün sonra Vüqar da dünyasını dəyişdi. Həyat yoldaşı öz dayısı qızıdır, həm ərini, həm də bibisi oğlunu itirdi. Gəlinin özünün də atası çox gənc - 39 yaşında vəfat edib. Ailə indi bir-birinin ardınca gələn bu faciədən nə edəcəyini bilmir”.

Hadisə baş verən gün maşını Vüqar yox, iş yoldaşı idarə edib. Həmin maşının sürücüsü də daxil olmaqla 4 nəfərin ağır yaralandığı qəzadan geriyə ancaq və ancaq daha bir ailənin heç nə ilə təsəlli olunmayacaq dərdi qalıb. İnsanlar bu dərdlə yaşayacaq, yaşlaşacaq, ancaq unutmayacaqlar. Hər əyləc səsində onu xatırlayacaqlar, əslində heç zaman unutmasalar da...

Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yaşayan ailənin 3 övladından son beşiyi olan Vüqarın yarımçıq həyatı bundan sonra xatirələrdə yaşayacaq. Və bir də gənc bir insanın həyatını yarımçıq kəsən avto qəzanın günahkarının vicdanında...

Elnarə//AzNews


Şərhlər:
Baxılıb: 5331
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz