Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyat yoldaşını toy gecəsi bakirə çıxmadığı üçün qətlə yetirən usta
Həyat yoldaşını toy gecəsi bakirə çıxmadığı üçün qətlə yetirən usta
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 7274
Səs ver:
2002-ci ildə Rafail Mahmudov ailəsinin razılığı ilə uzaq qohumlarından olan Esmira ilə ailə həyatı qurub.

Bir il sonra ailənin birinci, daha bir il sonra ikinci övladı dünyaya gəlib.

Rafail Mahmudov həyat yoldaşı, anası və qardaşının ailəsi ilə Qaradağda bir evdə yaşayıblar.

Mahmudov ailəsini ustalıq etməklə dolandırıb.

Bir gün Rafail ilə həyat yoldaşı Esmira arasında mübahisə düşür.

Uşaqlarının gözü qarşısında düşən mübahisə zamanı Rafail stolun üstündə olan bıçaqla Esmiraya bir neçə zərbə endirib.

Yaralı Esmira yaşadıqları otaqdan çıxaraq qaynanası və qaynı arvadının yanına qaçıb.

Lakin aldığı bıçaq zərbələrindən çoxlu qan itirən Esmira qayınanasının qucağında dünyasını dəyişib.

Arvadının öldüyünü görən Rəafail Mahmudov Qaradağ Rayon Polis İdarəsinə gələrək könüllü təslim olub.

Polis Rafaili rayon prokurorluğuna təhvil verib.

Müstəntiq tərəfindən dindirilən Rafail 7 illik həyat yoldaşını toy gecəsi bakirə çıxmadığı üçün qətlə yetirdiyini bildirib.

Bu sözləri deyəndən sonra Rafail istintaq zamanı ağzını açıb bir kəlmə də söz deməyib.

Qəsdən adam öldürmədə təqsirləndirilən Rafail Mahmudovun cinayət işinin istintaqı yekunlaşandan sonra məhkəməyə göndərilib.

Məhkəmədə hakim Rafailə ifadə verməyi təklif etsə də o, ağzını açıb bir kəlmə də söz danışmayıb.

Rafailin məhkəmədə iştirak edən qohumlarının da ondan hadisənin niyə törətməsini danışmasını xahiş etməsi nəticəsiz olub.

Rafailin psixi vəziyyətini müəyyən etmək üçün hakim tibbi ekspertiza təyin edib. Təyin olunan ekspertizannı nəticəsinə görə Rafail ağıl cəhətdən tam normal adamdır və nə etdiyi anlamaq qabiliyyətindədir. Yəni Rafail Mahmudovun heç bir psixi qüsuru yoxdur.

Bundan sonra məhkəmə ondan istintaqa verdiyi 7 illik həyat yoldaşını toy gecəsi bakirə çıxmadığı üçün öldürməsi ifadəsini təsdiqlədiyini soruşanda Rafail başını yelləyərək təsdiq etdiyini bildirib.

Esmiranın anası isə kürəkənini yalan danışmaqda ittiham edib. Qaynana Məryəm Hüseynova əgər qızım bakirə deyildisə neçə ili niyə heç nə etmirdin deyə kürəkəninə sual edib. Hamı kimi Məryəm xanımın da sualı cavabsız qalıb.

Məryəm xanımın qətllə bağlı öz versiyası olub. Qaynananın sözlərinə görə, qızı maddi vəziyyətdən əziyyət çəkdiyi üçün hadisədən bir müddət əvvəl onlara 2 sot torpaq sahəsi bağışlayıblar.

Rafail isə qaynasının onlara pay verdiyi torpaq sahəsini onunla bir evdə yaşayan böyük qardaşına hədiyyə vermək istəyib. Rafailin bu istəyini həyat yoldaşı müsbət qarşılamayıb. Məryam xanım bu səbəbdən də qızı ilə kürəkəni arasında mübahisə baş verdiyini bildirib.

Rafailin ailə üzvləri qayınanasının onlara pay torpaq sahəsi verməsini təsdiqləsələr də kiçik qardaşın böyük qardaşa torpaq vermək istəməsindən xəbərsiz olduqlarını söyləyiblər.

Dindirilən şahid ifadələri və ekspertizanın nəticələrindən hadisənin tam dəqiq səbəbləri məlum olmasa da məlum olan o olub ki, Rafail Mahmudov həyat yoldaşı Esmira Mahmudovanı azyaşlı uşağının gözü qarşısında qətlə yetirib.

Məhkəmənin hökmü ilə Rafail Mahmudov 14 il müddətinə azadlıqdan məhrum edilib.


Şərhlər:
Baxılıb: 7274
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz