Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məşhur teleaparıcı: "Qısa libaslara üstünlük verirəm və zövqümə güvənirəm!"
Məşhur teleaparıcı:
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 18433
Səs ver:
"Özünə Bax"ın baxımlı teleaparıcısı Seva Camalovanın Qadınlar.Biz-ə müsahibəsi...

- Seva Camalova kimdir?
  Gözəl, cazibədar, aparıcı xanım...

- Şəxsi həyatınız (ailə) haqqında nə deyə bilərsiniz?
  Subayam və hal-hazırda həyatımda heç kim yoxdur.

- Teleaparıcı olmadan öncə harada çalışırdınız və televiziyaya necə gəldiniz?
  İlk işlədiyim yer elə televiziya olub. Televiziyaya gəlməyim isə təsadüfən alınıb.

- Peşakar aparıcı olmaq üçün hansı keyfiyyətlər tələb olunur və bu keyfiyyətləri özünüzdə görürsünüzmü?
  Xarici görünüş, özünə əminlik və ən əsası öz işini sevmək tələb olunur. Əlbəttə bunları özümdə görürəm.

- Hansı teleaparıcıları bəyənirsiniz?
  Hər aparıcının özünəməxsus keyfiyyətləri var. Hamısına hörmətlə yanaşıram.

- Siz qadın aparıcının açıq-saçıq geyiminin tərəfdarısınızmı?
  Əgər onun bədən quruluşu buna imkan verirsə, niyə də yox?!

- Geyim tərziniz necədir? Seçimi özünüzmü edirsiniz? Xanımların demək olar ki, hamısı alış-verişi sevir, xüsusən, ayaqqabılara qarşı həssasdırlar. Siz neçə alış-verişi sevirsinizmi və qarderobunuzda ən çox nəyə rast gəlmək olar?
  Əsasən qısa libaslara üstünlük verirəm. Daha çox öz zövqümə güvənirəm. Çünki mənə nə yaraşacağını hamıdan yaxşı bilirəm. Qarderobumda daha çox ayaqqabı və çantaya rast gəlmək olar.

- Özünüzdə bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyət hansıdır?
  Bəyəndiyim odur ki, istədiyim hər bir şeyə gec-tez nail oluram. Bəyənmədiyim isə çox emosional olmağımdı.

- Həyatda ən böyük səhvim deyəcəyiniz hal olubmu?
  Əlbəttə olub hamıda olduğu kimi. Amma deyə bilmərəm o halı )))

- Zamanla insanlar dəyişir. Sizi necə zaman dəyişə bilib?
  Əfsuslar olsun ki, zaman məni də çox dəyişib.

- Ən böyük arzunuz nədir?
  İnşallah alınsın, sonra o haqda geniş-geniş danışaram )))

- Sizcə qadına xoşbəxt olmaq üçün nə lazımdır? Siz xoşbəxtsinizmi?
  Əlbəttə ki, qadın xoşbəxtliyi 99%, 1%-i isə arzumun yerinə yetməsindən asılıdır.

- Gözəlliyinizlə tamaşaçıların sevimlisi olmusunuz. Bu qədər sevəniniz var ikən bu hal sizə gündəlik həyatınızda çətinlik yaradırmı?
  Xeyr, əksinə bu mənim üçün çox xoşdur. Hətta əsəbi vaxtımda kimsə yaxınlaşıb mənə fikirlərini söyləyəndə onunla səmimi münasibət qururam və çox xoşbəxtəm ki, tamaşaçı məhəbbəti qazana bilmişəm.

- "Özünə Bax" layihəsi sizə nə qazandırdı? Yeni layihənizin hansı səpgidə olmağını istəyərdiniz?
  "Özünə Bax"ı sevdim. Çünki bu layihə xanımlarımıza dəblə bağlı bir çox şeyləri öyrətdi və stimul verdi. Mənim üçün də çox maraqlı oldu və aparıcılıq etdiyim hər layihənin mənim həyatımda öz yeri var. Yeni layihə üzərində isə hal-hazırda işlər gedir. İnşallah tezliklə siz də, tamaşaçılarımız da görəcəksiniz )))

- "Özünə Bax" layihəsində çox gözəl və cazibəli görünürdünüz. Bunu nəyə borclusunuz? Gözəllik sirlərinizi saytımızın xanımları ilə bölüşə bilərsinizmi?
  Kefimdən, əhvalımdan asılı olmayaraq hər zaman baxımlı oluram.

- "Özünə bax" layihəsində ən çox yadınızda qalan iştirakçıların adını deyə bilərsizmi? "Özünə bax"ın iştirakçılarından olan Ceyran Əliyeva saytımız Qadınlar.biz-in fəxri üzvlərindəndir, onun barəsində fikirlərinizi bölüşə bilərsinizmi?
  Türkan Həsənli, İlahə Hacıyeva, Pərvin Abıyeva və Brilyant Bəhmənli. Əlbəttə ki, Ceyran Əliyeva da öz maraqlı geyim seçimləri ilə yadda qalan iştirakçılardan oldu.

- Sosial şəbəkələrdə, efirdə adınız Seva olaraq qeyd edilir, amma informasiya saytlarında Sevinc deyə yazılır. Bunun xüsusi bir səbəbi varmı?
  Adım yalnız sosial şəbəkələrdə deyil, həm həyatda, həm də efirdə Sevadı. Adımın Sevinc deyə qeyd edilməsinin isə səbəbini bilmirəm.

- Bir neçə gün bundan öncə avtomobil qəzası keçirmişdiniz və maşın sürə bilməyən birinin hədəfinə tuş gəlmişdiniz. Ona görə maşınsız qaldığınızı söyləmişdiniz. Avtomobilsiz sizə çətin deyilki?
  Xeyr çətin deyil. Çünki yaxın rəfiqəm Xanım bu aralar məni maşınsız qoymadı və hər zaman olduğu kimi indi də yanımdadı )))

- Saytımız, Qadınlar.biz-i bəyənirsinizmi?
  Çox bəyənirəm. Uğurlarınız daimi olsun inşallah.

- Saytımızın xanımlarına və bu yazını oxuyan istifadəçilərə ürək sözləriniz nədir?
  Qadınlar.biz saytının istifadəçilərinə və ümumiyyətlə bütün xanımlara heç nədən asılı olmayaraq hər zaman gözəl və baxımlı olmağı arzu edirəm.

Sonda Qadınlar.biz saytı adından Seva Camalovanın şəkillərini sizlərə bölüşürük...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Şərhlər:
Baxılıb: 18433
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz