Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Qaçırılan" oğlan danışdı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1699
Səs ver:
"Bu qərarın təşəbbüskarı mən olmuşam və sonuna qədər də öz ailəmi qoruyacağam”

Diaspor Komitəsində çalışan Akif Məmmədovun oğlunun sevdiyi qız tərəfindən qaçırıldığı haqda məlumat vermişdik.

A.Məmmədov Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində məsləhətçi vəzifəsində işləyən oğlu Kənan Məmmədovun yoxa çıxdığını, iki gün öncə münasibətdə olduğu xanım tərəfindən qaçırıldığını deyib.

Qadınlar.biz xəbər verir ki, qız tərəfindən qaçırıldığı iddia edilən K.Məmmədov "Yeni Müsavat”a açıqlama göndərib.

O, yayılmış informasiyalarda məsələnin mahiyyətinin təhrif olunduğunu bildirib:

"Mətbuatda barəmdə yayılan xəbərlərlə əlaqədar açıqlama verərək bildirmək istəyirəm ki, bu informasiyalarda məsələnin əsl mahiyyəti təhrif olunub. Ailələrimiz uzun zamandır bir-birimizi tanımağımıza baxmayaraq ailə qurmağımıza etiraz etdirdi. Buna görə də biz birlikdə qərara gəldik ki, rəsmi nikaha daxil olub, müstəqil şəkildə həyatımızı quraq. Biz bu addımın düzgün olduğuna əminik və qərarımızdan da peşman deyilik. Bu qərarın təşəbbüskarı mən olmuşam və sonuna qədər də öz ailəmi qoruyacağam. Mən yeni bir ailə qurmuşam və təəssüf edirəm ki, bəzi kütləvi informasiya vasitələri ucuz sensassiya dalınca qaçaraq, şəxsi bir məsələni təhrif olunmuş formada ictimailəşdirməyə cəhd göstərirlər. Xatırlatmağı zəruri bilirəm ki Azərbaycanda gündə bəlkə də onlarla belə hadisə baş verir. Bir daha hər kəsi qərarıma hörmətlə yanaşmağa, yeni qurulmuş bir ailəyə psixoloji təzyiq xarakteri daşıyan bu cür ucuz sensassiyalardan uzaq durmağa çağırıram.

Mənim 31, həyat yoldaşımın isə 27 yaşı var və ümid edirəm ki, ictimaiyyət bizim müstəqil qərar vermək hüququmuza hörmətlə yanaşaraq bu addımımızı anlayışla qarşılayacaq. Azərbaycan Respublikasının Konstitusiyası (34-cü maddə) bizə müstəqil olaraq nikaha daxil olmaq hüququ verir. Mən eyni zamanda təəssüf hissi keçirirəm ki, kütləvi informasiya vasitələrində çalışdığım dövlət orqanının adı şəxsi bir məsələ kontekstində hallandırılır.

Bir daha bildirmək istəyirəm ki, bu bizim müstəqil olaraq qəbul etdiyimiz qərardır. Biz atdığımız addıma görə deyil, valideynlərimizin xeyir-duasını ala bilmədiyimizə görə çox təəssüf edirik. Valideynlərimizin bizim üzərimizdə əməyi o qədər böyükdür ki, bizə qarşı bütün haqlı və ya haqsız iradlarını tam anlayışla və hörmətlə qarşılayırıq”.


Şərhlər:
Baxılıb: 1699
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz