Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakıda qız oğlanı qaçırdı -Qeyri-adi olay
Bakıda qız oğlanı qaçırdı -Qeyri-adi olay
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3264
Səs ver:
Evlənmək, ailə qurmaq elimizin ən gözəl  adətlərindəndir. Bir-birini sevən iki insanın qovuşaraq səadətinə yetməsi hər bir valideynin arzusudur. Övladlarının toy günündə ən çox sevinən də məhz onlardır - valideynlərimiz. Hamı kimi onlar da övladlarının xoşbəxt olmasını arzulayar, bunun üçün dəridən-qabıqdan çıxarlar. Amma təəssüf ki, bəzən sevgisi aşıb-daşan gənclərimiz valideynlərini rızası olmadan da ailə qururmağa cəhd edirlər. Yəni, böyüklərin xeyir-duasını almadan sevdiyi insana qoşulub qaçırlar.

Qız qaçırmaq indi cinayət sayılsa da vaxtilə dədə-babalarımız da bu üsuldan az istifadə etməyiblər. Amma təəssüflər olsun ki, dövr keçdikcə, bu adətlərimiz də dəyişilib, avropalaşmağa başlayıb.  Əvvəllər oğlan qızı qaçırardı, indi əksinə...

Bu gün "Filankəsin qızı filankəsin oğlunu qaçırıb” deyə eşitsək bəlkə də təəccüblənmərik.

Oğlu adlı-sanlı Diaspor Komitəsinə çalışan Arif Məmmədov da oğlunun sevdiyi qız tərəfindən qaçırıldığını iddia edir. A.Məmmədov Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsində məsləhətçi vəzifəsində işləyən oğlu Kənan Məmmədovun yox çıxdığını, iki gün öncə münasibətdə olduğu xanım tərəfindən qaçırıldığını  deyib.Oğlunun sevdiyi qız tərəfindən qaçırıldığını iddia edən valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər.

A.Məmmədov oğlunun ailə qurmasına nəinki sevinib, bütün Bakını alt-üst edərək oğlunun tapılmasına çalışır.

Uzun illərdir Diaspor Komitəsində çalışan 31 yaşı Kənan Məmmədov srağa gün sevdiyi xanımla qoşularaq qaçıb.

Müsahibimin sözlərinə görə, onlar Kənanın srağa gün qız qaçırtdığı xəbərini eşidiblər. Bir neçə saat axtarışdan sonra qızın ailəsinin kimliyi müəyyən edilib.

"Mənim oğlum ağıllı-başlı oğlan idi. Srağa gün xəbər tutduq ki, qız qaçırdıb. Maraqlandıq, qızın ailəsini tapdıq. Bu qızla oğlum çoxdan idi münasibətdə idi. Dəfələrlə biz Kənana xəbərdarlıq eləmişdik ki, bu qızın ailəsi bizə münasib deyil. Sizin evlənməyiniz həyatda mümkün deyil. Hətta qızın valideynlərinə də məlumat göndərmişdik ki, qızınızı Kənandan uzaq tutub. Onlar isə əksinə oğluma tələ qururdular. Mənim oğlum qız zad qaçırtmayıb, oğlumu qızın ailəsi qaçırdıb”-deyə A.Məmmədov şikayətlənib.

A.Məmmədovun sözlərinə görə, ailə qızının qoşulub qaçmasından narahat olmaq əvəzinə toy-bayram edir.

"Təsəvvür edin, qızı qaçırılan onlardır, amma nə axtarmırlar, nə maraqlanmırlar. Getmişik onların evlərinə bizi gülə-gülə qarşılıyırlar utanmadan. Mən o ailəni yaxşı tanıyıram, əxlaqsızın yekəsidirlər. Qızlarını oğluma sırıyıblar. Ata, anası da bu işdən əvvəlcədən xəbər olublar. Onlar öz razılıqları ilə qızlarını geyindirib oğlumla yola salıblar. Mənim oğlum qızdan abırlı insan idi. Onlar onu tora saldılar”-deyə ata od püşkürüb.

A.Məmmədov Kənanı oğlulluqdan sildiyini, onu heç vaxt bağışlamayacağını deyib:

"O bizim papağımızı yerə saldı. Ailəmizi biabır elədi. Hansı valideyn istəməz ki, oğlu xoşbəxt olsun? Biz də illərdir oğlumuzun toy həvəsi ilə yaşayırdıq. Ona adlı-sanlı toy eləməyi planlaşdırırdıq. Dəfələrlə də Kamala demişdik ki, bu qız sənlik deyil, onu sənə ala bilmərik. Amma o bizim sözümüzü eşitmədi. Onu adlı bizim oğlumuz yoxdur, ölüb bizim üçün”.


Şərhlər:
Baxılıb: 3264
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz