Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ömürlük məhkumun qızını oğurlayıb zorladılar
Ömürlük məhkumun qızını oğurlayıb zorladılar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6719
Səs ver:
Tarix müəlliminin qızını zorlamaqda təqsirli bilinən şəxs həbs edildi 

Ömürlük azadlıqdan məhrum edilən və hazırda Qobustan Həbsxanasında cəza çəkən Zaur Həziyev Milli Təhlükəsizlik Nazirliyinə məktub göndərib. Hüquq-mühafizə orqanlarından "Gündəlik Teleqraf”a verilən məlumata görə, ömürlük məhkum övladlarının təhlükə qarşısında olduğunu bildirib. 

Məlumata görə, MTN-dən məktub araşdırılması üçün Daxili İşlər Nazirliyinin daxili təhqiqat idarəsinə göndərilib. Araşdırmalar zamanı məlum olub ki, Binəqədi rayonu Biləcəri qəsəbəsində anasının himayəsində yaşayan Zaur Həziyevin 12 yaşlı qızını 21 yaşında olan Ümid adlı oğlan bu il iyunun 4-də oğurlayıb. Bu azmış kimi oğlan azyaşlı qıza təcavüz edib. 

Fakt üzrə Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı zorlama) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi araşdırılması üçün Binəqədi Rayon Prokurorluğuna göndərilib. 

Rayon prokurorluğu və polis idarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ümid Süleymanov həbs olunaraq istintaqa təhvil verilib. 

İstintaqa ifadə verən Ü.Süleymanov özünü ittiham üzrə təqsirli bilməyərək bəzi faktlar açıqlayıb. O, qeyd edib ki, 1 il 6 aydır zorlandığı iddia olunan azyaşlı qızla sevgi münasibətləri olub. 

Onun sözlərinə görə, qızın anası Həbibə Zeynalovanın Biləcəri qəsəbəsində icarəyə götürdüyü çörək sexində işləyib. Deyib ki, Həbibənin yanında işləyib və onun evində yaşamağa başlayıb. Qeyd edib ki, həmin evdə yaşadığı dövrdə 12 yaşlı qızla sevgi münasibətləri yaranıb. Hətta bu müddətdə qızla cinsi əlaqədə də olub. 

Ü.Süleymanovun bildirdiyinə görə, bir neçə ay əvvəl anası ilə birlikdə qıza elçi də düşüb: "Həbibə qızını mənə verdi və biz nişanlandıq. Bundan sonra həmin evdə yenidən yaşamaqda davam etdim. Evdə mən tək olmurdum. Həbibəni saxlayan Zülfüqar adlı kişi də hər gün evə gəlirdi”. 

Bundan başqa, H. Zeynalovanın evinə Rüfət adında gənc oğlan da gəlməyə başlayıb. Daxili Qoşunlarda zabit olduğu iddia edilən Rüfət adlı gəncin H.Zeynalovanın digər qızı ilə münasibətdə olduğu qeyd edilib. Ü. Süleymanov ifadəsində onu da qeyd edib ki, həm özü, həm də Rüfət qazandıqları pulları H.Zeynalovaya veriblər. Onun fikrincə, qazandıqları pulları alan H.Zeynalova qızları ilə münasibət qurmalarına şərait yaradıb. 

Qeyri-rəsmi məlumatlara görə, H. Zeynalova əvvəllər "20 Yanvar” metrostansiyasının yaxınlığında çörək bişirmə sexində işləyib və oradan da Zülfüqar adlı şəxslə münasibət qurub. Onların münasibətli isinişdikdən sonra Zülfüqar adlı şəxs H. Zeynalova üçün Biləcəri qəsəbəsində icarəyə çörək bişirmə sexi açıb. Bundan sonra birlikdə qeyri-rəsmi yaşamağa başlayıblar. 

Qeyd edək ki, Füzuli rayon Kürdmahmudlu kənd sakini, tarix müəllimi Z. Həziyev 2006-cı il avqustun 15-də ailə münaqişəsi zəminində Beyləqan sakinləri - qayınatası Cavanşir Zeynalovu, qayını Fədai Zeynalovu qətlə yetirməkdə, baldızları Mehriban Mirzəyeva, Nəsibə Zeynalova, qohumları Gülşən Zeynalova, Aygün Mirzəyeva və Xətai Mirzəyevə isə ağır bədən xəsarəti yetirməkdə təqsirləndirilir. 

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29.120.2-ci (qəsdən adam öldürməyə cəhd), 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə), 133. 1-ci (işgəncə vermə), 134.1-ci (öldürməklə və ya ağır xəsarət yetirmə ilə hədələmə), 127. 1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 315. 1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələri ilə ittiham olunub və Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib, Həm ibtidai istintaq, həm də məhkəmə araşdırması zamanı cinayəti törətmədiyini deyib. Onun iddiasına görə, bu cinayəti mərhumun qonşusu Camaləddin törədib.


Şərhlər:
Baxılıb: 6719
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz