Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bakıda internet tanışlığı: sevgi, şantaj, pul - MƏKTUB
Bakıda internet tanışlığı: sevgi, şantaj, pul - MƏKTUB
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3312
Səs ver:
Bakı şəhərində oğlanla qızın internetdə baş tutan tanışlığı sonda polisə qədər gedib çıxıb. Bu məsələyə görə ömrünün son günlərini yaşadığını deyən Bakı şəhər sakini Nazim Şıxəliyev milli.az-a yazdığı, başına gələnlərlə bağlı məktuba həyatdan bezdiyini bildirməklə başlayıb:

"Bu həyatda, bəlkə, siz yeganə şəxssiniz ki, sizə yazıb kömək istəyirəm. Xahis edirəm, mənə kömək edəsiniz. Ola bilsin ki, bu həftə həyatımda son günüm olsun. Mənə qarşı edilən şantaj və hədə-qorxulara dözə bilmirəm. Özümə və ailəmə qarşı edilən şantajlara dözməyərək özümü öldürmək qərarına gəlmişəm”.

Daha sonra N.Şıxəliyev məktubda başına gələnləri ətraflı yazıb: "Keçən ilin iyulunda internetdə Lalə adlı bir xanımla tanış oldum. Onunla dostluq münasibətində oldum. O, məndən istifadə edərək 15000 manat pul və 3000 manat dəyərində qızıl alaraq işlədiyi lombardda dövriyyəyə buraxdı, sonra isə mənimsədi. Aradan altı aya yaxın vaxt keçməsinə baxmayaraq, hər dəfə ondan pulumu istədikdə mənə atasının və qardaşının yüksək vəzifələrdə işlədiklərini deyərək hədə-qorxu gəlir. Bu ilin mayında ona metronun "Azadlıq prospekti” stansiyasında yaxınlaşıb pulumu istəsəm də, bir oğlan qarşımı kəsərək özünü İlqar kimi təqdim edərək mənə nalayiq sözlər dedi və qolumdan tutaraq zorla metro polisinin oturduğu otağa aparmaq istədi.

Mənə: "Başın bədəninə ağırlıq etməsin, mənə "oper İlqar" deyərlər", - deyərək hədələdi. Dedi ki, o xanıma yaxınlaşsan, sənə və ailənə pis olacaq. Bir necə gün əvvəl metronun "Əcəmi” stansiyasında da qarşımı kəsərək hədələdi. Artıq onun əlindən metroya qorxu ilə minirəm. Dözə bilmirəm. İlqar və Lalənin şantajlarından özümü öldürmək qərarına gəlmişəm. Xahiş edirəm, bu özbaşınalıqlara son qoyun, ailəmin, körpə balamın təhlükəsizliyini təmin edin, yalvarıram sizə. Hüquq-mühafizə orqanlarına müraciət etsəm də, məsələni ciddiyə almırlar".

Məktubda adı hallanan Lalə Kərimova isə yazılanları yalan adlandırdı. O, Milli.Az-a bildirdi ki, Nazimlə ötən ilin avqustunda internetdə tanış olub. Həmin vaxt Nazim özünü subay kimi təqdim edərək onunla evlənəcəyini deyib. Dekabr ayında isə onun evli olduğunu bilib və əlaqəni kəsib.

Kərimovanın sözlərinə görə, hər şey də elə bundan sonra başlayıb: "Dekabrdan bu günə kimi məni təqib edir. Əvvəl özünü nazirlik əməkdaşı kimi təqdim etmişdi, sonra məlum oldu ki, işıq idarəsində pul yığır. Zəng edib deyir ki, üzünə turşu tökəcəm. Onun əindən 5-6 mobil nömrə dəyişmişəm. Taksofonlardan məni yığır, haraya gedirəm, qarşımı kəsir. Axırda qorxumdan polisə şikayət etdim. Sonra valideynləri, qohumları xahiş etdilər, şikayətimi geri götürdüm”.

L.Kərimova lombarda qoyulmuş pul məsələsinə də aydınlıq gətirdi: "Mən lombardda adi işçiyəm. Nazim mənə pul verməyib, aparıb mərc oyununda uduzub. İndi də atır mənim üstümə. Məni hədələyir, nəticəsi olmayanda özünü öldürəcəyini deyir. 6 ay ərzində özünü 10 dəfə "öldürüb". Normal adam deyil o. İlqar deyilən şəxs isə metroda işləyən polis əməkdaşıdır. Mənim qarşımı metroda kəsəndə ona dedim, mənə kömək etdi”.

Anar Məmmədov


Şərhlər:
Baxılıb: 3312
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz