Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Sən onun yanında hiss edirsən ki, qadınsan...”
“Sən onun yanında hiss edirsən ki, qadınsan...”
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1875
Səs ver:

"Nargis” jurnalının baş redaktoru Ülviyyə Mahmudova bu dəfə jurnalın "Söhbət” rubrikasında "Qadınlar nə istəyir?” mövzusunda danışıb.

O, bu dəfə qadın-kişi münasibətlərindən bəhs edib:

"Düşünürəm ki, ümumiyyətlə ideal heç nə yoxdur. Əgər sənə bəyəndiyin və sevdiyin (bu, həyat yoldaşın da ola bilər) insanla olmaq xoşdursa, o zaman görüşlərin restoran, ev və ya gəzintidə olması sənin üçün əhəmiyyət kəsb etməməlidir. Mənəvi yaxnlığı tapmaq mükəmməllikdir. Səninlə görüş üçün ideal sürpriz, ideal şərait yarada və ya ideal restorana dəvət edə bilərlər. Lakin sən o insana yaxınlığını hiss etmirsənsə, o nə etsə də sən özünü pis hiss edəcəksən. İdeal görüş odur ki, sən görüş vaxtı aranızda hansısa görünməyən əlaqənin olduğunu anlayırsan. Bu yaxınlığın sabah olacağı, yenidən yaranacağı heç bir əhəmiyyət kəsb etmir. Əsas odur ki, sən hazırda bu əlaqəni hiss edirsən və rahatsan.

Əgər münasibətlərdə xırda amillərdən danışırıqsa o zaman müəyyən göstəriciləri nəzərə almalıyıq: əgər cütlük münasibətdədirsə, görüş zamanı bir-birinin əlindən tutmaqla hər şeyi izah etmiş olurlar. Əli müxtəlif şəkildə tutmaq olar. Əgər sənin əlin onun əlinin içindədirsə və o əlini açıq saxlayıbsa, demək ki, o səni qəlbində hiss etmir. Bu baxmaq, amma görməmək kimidir. Onlar birlikdədirlər, ancaq həqiqi mənada yox...”

Ülviyyə Mahmudova eyni zamanda, iki sevgili arasında şablon münasibətə də toxunub:

"Bəzən də elə olur ki, kişi heç bir romantik hərəkət etmir. Lakin harasa birlikdə gedəndə, o, sənin əlindən elə tutur ki, sən o zaman hiss edirsən ki, o sənlə yalnız bədəncə deyil, həm də ruhən birlikdədir. Bax, belə görüş mənim fikrimcə idealdır. Səni hara dəvət etməyi şərt deyil. Sən o kişinin yanında olanda hiss edirsən ki, qadınsan, ondan daha zəifsən və o, səni əli ilə idarə edir.

Şablon romantikanı isə təmamilə anlamıram. Məsələn, "Müqəddəs Valentin Günü”nün məcburi qeyd edilməsini. Tutaq ki, bu gün 14 fevraldır və biz mütləq qucaqlaşmalıyıq. Bayram qəlbinin istədiyi zaman olmalıdır. Əgər sənin ürəyin bayram, güllər, romantika istəyirsə, qoy bu qrafika üzrə yox, bütün ilboyu olsun.

Təkcə kişilər yox, qadınlar da romantik görüşlər təşkil etməlidirlər. Mən anidən, istədiyim anda şamların da olduğu süfrə arxasında nahar etməyi sevirəm. Əlbəttə, bu "Müqəddəs Valentin Günü”ndə də ola bilər, adi günlərdən birində də”.



Şərhlər:
Baxılıb: 1875
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz