Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gözəl bədəni ilə çörək pulu qazanırdı
Gözəl bədəni ilə çörək pulu qazanırdı
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2442
Səs ver:

 

Zümrüd rəngli gözləri bütün kişilərin qənimi idi desək, yanılmarıq. Vaxt gəlir, kasıb ailənin qızı Françeska böyük səhnələri və eyni məharətlə də yaraşıqlı rejissorların, aktyorların qəlbini fəth edir...

Ancaq bütün dünya bu xanımı Françeska kimi deyil, Ornella Muti kimi tanıyır... Françeska Romana Rovelli - bu dünyaşöhrətli italyan aktrisası Ornella Mutinin əsl adıdır. Atası italiyalı, anası estoniyalı olan gözəl aktrisa 1955-ci ilin 9 martında Romada dünyaya gəlib. Ailə imkansız idi, 10 yaşında ikən ailənin başçısı olan ata vəfat edir. Ana evin qayğılarını çəkmək iqtidarında deyildi, bu zaman Françeska və bacısı Klaudiyanın çətin günləri başlayır. Françeskanı İsveçrəyə göndərirlər, lakin gələcək aktrisa burada çox qala bilmir. Anası üçün darıxır, odur ki, iki ildən sonra Romaya qayıdır, ancaq burada onu yağ-bal içində həyat gözləmirdi. Demək, nə etmək lazımdır? Ağlını başına toplamalı və yaşamaq üçün yollar axtarmaq lazımdır. İlk çörək pulu isə aktrisanın gözəl bədəni olur. Rəssamlıq məktəbinin tələbələri qarşısında çılpaq pozalar verir. Günlərin bir günü Françeska görür ki, qıraqda sakitcə əyləşən bir tələbə rəsm çəkməklə deyil, onu diqqətlə nəzərdən keçirməklə məşğuldur. Xoşbəxtlikdən, bu "tələbə" tanınmış rejissor Damiano Damiani idi. O, yeni filmi üçün baş rol ifaçısı axtarırdı, 14 yaşlı bu gözəl qız onun axtardığı obrazın tam eynisi idi. Beləliklə, Damiano Damiani güzaranı lüt şəkillər çəkdirib evinə pul gətirməklə keçən adi qızcığazı ulduza, əsl ulduza çevirir!

İlk gördüyü iş isə Françeska Romana Rovelli adını "Ornella Muti" ilə əvəz etmək olur. (Bu əvəzləmə çox uğurlu alınır!...)

Film çəkilişləri zamanı Ornella Alessio Orano adlı aktyorla eşq macərası yaşayır. Ornella bu yaraşıqlı ispan aktyoruna dəlicəsinıə aşiq olmuşdu, Alessionun da onu sevdiyini düşünürdü. Belə olmadığını isə aktrisa hamilə olandan sonra anlayır. Ciddi münasibətlər Alessionu maraqlandırmırdı.

Ornella "Xalq romanı" filminin çəkilişlərinə gəlir və həyəcanla, az qala ağlayaraq rejissor Mario Moniçelliyə söyləyir: "Mən hamiləyəm, çəkilə bilməyəcəm". Rejissor onu sakitləşdirir:- Narahat olma, Ornella, tamaşaçılar heç nə hiss etməyəcək". Belə də olur, çəkilişlər tez bitir və ortaya uğurlu bir film çıxır.

Nayke adlı qızı dünyaya gələndə Ornella tək olur. Lakin o, artıq tələb olunan aktrisa idi. Aktrisanın qızına bacısı və anası baxdığı müddətdə o, dalbadal filmlərdə çəkilir və o zamanın dəbdə olan aktrisalarını kölgədə qoymağı bacarır. Bu cavan, zümrüd gözlü gözəlçənin kim olması barədə Sofi Lorenin özü də maraqlanır...

1980-ci ildə ekranlara məşhur "İnadkarın ram edilməsi" filmi çıxır. Kobud, qaba Eliyaya aşiq olan Ornellanın qəhrəmanı ilə yanaşı, özü də Çelentanoya əməlli-başlı aşiq olur. 1981-ci ildə Çelentano ilə Ornella daha bir filmdə birgə çəkilirlər - "Dəlicəsinə aşiq olmuş" italyan ruhlu romantik komediyası da kinosevərlərin sevimlisinə çevrilir.

Cütlüyün eşq yaşadığını artıq bütün pressa bilirdi, həmçinin, Adrianonun həyat yoldaşı Klaudiya Mori.

Lakin bu münasibətlər uzun sürmür, Çelentano həyat yoldaşının yanına qayıdır...

Kinodakı fəaliyyəti ilə yanaşı, aktrisa erotik jurnallar üçün hələ də modellik edirdi. Bu ərəfədə Ornella "Donna bambina" ("Qadın - uşaq") ləqəbini qazanmışdı. Aktrisa yeni müsahibələrində söyləyir: "O vaxtlar çılpaq olmaq mənim üçün geyimli olmaq kimi idi, buna adət etmişdim, ancaq indi bunu istəsəm də, edə bilmərəm".

Ornellanın həyatındakı növbəti bəy əfəndi sahibkar Federiko Fakinetti olur. Federiko hər bir yolla Ornellanın nigah masasına əyləşməsinə çalışır. Roma yaxınlığında Ornellaya hədiyyə etdiyi villa da aktrisanı ərə getməyə məcbur edə bilmir. Lakin qızı Karolin və yenicə dünyaya gəlmiş oğulları Andrenin xatirinə Ornella nəhayət, Federikoya ərə gedir. Lakin nigah heç də uğurlu olmur, bir müddət sonra Federiko həbs olunur. Səbəb maliyyə fırıldaqları, çoxlu sayda borclar. Evlilik daha 3 il davam edir, bu müddət ərzində ər-arvad açıq şəkildə bir-birinə xəyanət edirdi, Federiko isə bu zaman həyat yoldaşının pullarını kazinoda uduzmaqla məşğul idi... Lakin günlərin bir günü Ornella bu münasibətlərdən bezir və boşanmaq istədiyini elan edir. Aktrisa uşaqları da götürüb Romaya anasının yanına qayıdır.

Ornellanın üçüncü həyat yoldaşı plastik cərrah Stefano Pikkolo olur. Muti Stefano ilə birgə yaşadığı dövrdə xoşbəxt olduğunu söyləyirdi: "Stefano yanımda olduğu müddətdə düşünürəm ki, heç vaxt qocalmayacağam". 10 il davam edən bu evlilik 2008-ci ildə dağılır. Elə həmin ildən etibarən Ornella Fabris Kererve adlı iş adamı ilə görüşür.

Ornella ulduz rolları olan "İnadkarın ram edilməsi", "Dəlicəsinə aşiq olmuş" filmlərindən əlavə "Elan olunmuş qətlin tarixçəsi" , "Qraf Monte- Kristo" , "Amerikalı əmi" və s. filmlərində də gözəl rollar yaradıb.

58 yaşlı Ornella Muti indinin özündə də gözəldir... "Planetin ən seksual nənəsi" titulunu qazanmış aktrisa aktiv bizneslə də məşğuldur, belə ki, əsrarəngiz Toskanada üzümlükləri və şəxsi zərgərlik brendi var.

Bununla yanaşı, aktrisa sağlam həyat tərzi keçirdiyini söyləyir - siqaret çəkmir, spirtli içki içmir, mütəmadi idmanla məşğul olur və s. Qocalıq barədə isə italiyalı aktrisanın öz fikirləri var: "Qocalmaq ağırdır. Bunu inkar etmək riyakarlıq etmək deməkdir"



Şərhlər:
Baxılıb: 2442
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz