Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Onun incə, zərif gözəlliyi var" - Emin
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5997
Səs ver:

"Bəzən insanlar xarici görünüşləri ilə o qədər şeylər edirlər ki, artıq özləri olmurlar”

Bu yaxınlarda Moskvada "Amor” mahnısına çəkdirdiyi klipinin təqdimatını keçirən Emin Ağalarov Rusiya mətbuatına müsahibə verib.Klipinin baş qəhrəmanı, "Dünya gözəli” Oliviya Kulpo ilə birgə verdiyi müsahibəsində Ağalarov əməkdaşlıqlarından, musiqidən və gözəllikdən danışıblar...

Ətraflı danışın, tamaşaçılar klipdən nə gözləsinlər?

Oliviya: Amorun əsas ideyası, əlbəttə sevgidir. Bu video qız haqqındadır, elə biri ki, hər zaman əlçatmazdır və daim onun izindəsən.

Emin: Klip boyu mən Los-Ancelesin qaranlıq küçələrində o yeganə, sirli naməlumu axtarıram. Yeri gəlmişkən, videonun sonuna qədər tamaşaçı onu görmür, yalnız əksini.


Bəs birlikdə mahnı yazmaq ideyası ağlınıza gəlməyib? Oliviya sizin axı çox gözəl musiqi təhsiliniz var!

Emin: Biz artıq yazdırmışıq. Bilirsiniz, hər şey çox sürətlə keçib gedir. Biz videonu iki həftə əvvəl çəkmişik, bir həftə əvvəl mahnını yazdıq və budur biz Moskvadayıq, klipi təqdim edirik. Bizim daha sonra nə edəcəyimiz düşünmək üçün kifayət qədər vaxtımız yoxdur.

Oliviya: Bu mənim ilk təcrübəm oldu. Və o (red- Emini göstərərək) bu imkanı mənə bəxş etdi. Klip çəkilişi zamanı mən bütün vaxtı oxuyurdum. Düşündüm ki, buna görə məni töhmətləndirəcəklər, çünki kifayət qədər ucadan səsləndirirdim. Nəticədə isə biz qərara gəldik ki, birgə trek yazdıraq.

Emin: Bəli, mən xoşbəxt idim ki, Dünya gözəli mənimlə oxuya bilər. Məlum oldu ki, o, klassik musiqi təhsili olan möhtəşəm ifaçıdır. Oliviya studiyaya daxil oldu və on dəqiqəyə mahnını oxudu. Mənim özümə daha çox vaxt lazım oldu.

Özünüz hansı mahnını bəyənirsiniz? Musiqi zövqlərinizdə kəsişmələr var?

Bu zaman Emin və Oliviya bir çox ifaçıların adlarını sadalayırlar – Enrike İqlesias, Maroon 5, Adel...lakin Eminin sevimli müğənnisi Şadedə büdrəyirlər

Oliviya: Mən onu tanımıram...

Emin: (gülür) Başa düşürsünüz, Oliviya 1990-cı ildə doğulub. Onun hələ kəşf edəcəyi çox şeylər var.

Oliviya: Deməzdim. Mənim çox sayda yaşlı müğənni xoşuma gəlir..Bill Coel, The Bitlz, Ceymz Teylor...

Emin: Və biz hər ikimiz Elvisi sevirik!

Oliviya: Elvisi kim sevmir ki?!

Oliviya adi günlərdə necə geyinməyə üstünlük verirsiniz? Müxtəlif tədbirlərdə qırmızı xalıda siz hər zaman "parad əhval ruhiyyəsindəsiniz”...

Oliviya: Yeri gəlmişkən Emin də. Elə deyil?

Emin: (gülür) Bəli, bəli, mən həmişə dodaq boyasından istifadə edirəm.

Oliviya: Bax mən də. Lakin tədbirlər üçün belə çalışıram ki, makiyajı maksimum təbii edim. Mən "az-həmişə yaxşıdır” prinsipinə sadiqəm. Lakin bu prinsipin geyimə aidiyyatı yoxdur. Ümumiyyətlə mən "parad əhavalında” olmağı sevirəm, qızın gözəlliyi bundadır. Bundan başqa, bu, mənim işimin bir hissəsidir, bundan zövq alıram.

Bəs klipdə biz sizi necə görəcəyik?

Oliviya: Maksimum təbii. Bilirsiniz, Emin bəzənirdi, mən isə çəkilişləri gözləyərək sadəcə gəzişirdim.

Emin: (gülür) Bəli, Oliviya çox təbii görünür, sanki üzündə heç bir kosmetika yoxdur. Bir şey də var, Oliviyanın görünüşü. Onun çox incə, zərif gözəlliyi var. Kövrək də demək olar.

Söhbət gözəllikdən düşmüşkən, siz onu necə təsvir edərdiz? Bir qızı gözəl edən şey nədir?

Oliviya: Əlbəttə, gözəllik sadəcə zahiri deyil. Bu, səni əhatə edən aləmlə münasibətin, başqa insanların sənin yanında özlərini necə hiss etməsi, sənin onlara necə təsir etməyindədir. Bəlkə bu pafoslu səslənir, amma həqiqətdir. Sənin dünyanın ən xoşagəlimli qızı ola bilərsən, lakin sənin təbəssümün yoxdursa, əgər sən istilik saçmırsansa, gözəl ola bilməyəcəksən, insanların qəlbinə toxuna bilməzsən.

Emin: Və özün olaraq qalmaq.

Oliviya: Bəli, bu vacibdir.

Emin: Bəzən insanlar öz xarici görünüşləri, şəxsiyyətləri ilə o qədər şeylər edirlər ki, özləri olmurlar artıq.

 
 













Şərhlər:
Baxılıb: 5997
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz