Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Gey olduğumu ailəm bilsə, intihar edərəm...”
“Gey olduğumu ailəm bilsə, intihar edərəm...”
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3412
Səs ver:
-  Mən artıq 3 aya yaxın idi ki, geylərin çox olduğu bir saytdaydım. Desələr ki, zamanı geri qaytarsaydılar, hansı əməli etməzdin, mən "kəsinliklə o çata girməzdim" deyərdim… Yanvar ayının 13-ü idi və beynəlxalq hüquq imtahanını vermişdim. Çətin olmasına baxmayaraq, əla qiymət almışdım. Fərqliliyimi, gələcəyim üçün böyük potensiala malik olduğumu anladım və geyliyə həmin gün tövbə etdim. Amma bu hisslər də birdən-birə ölmür, təəssüf ki. Fevralın əvvəli həmin çatda yeni niklə qeydiyyatdan keçdim. Mən artıq ilk mesajında "canım", "ürəyim" və s. sözlər yazanları  cavabsız qoyub "iqnore” edirdim.

2011-ci il fevralın axırları idi. Mənə biri bir nik yazdı, insanlara inamım olmadığından ötəri münasibət bəslədim. Sonra münasibət ciddiləşdi. Biz xətlərimizi bağladıq və yalnız ikimiz danışmağa başladıq. İnanmayacaqsan, amma aramızda çox böyük sevgi yarandı. Çünki bizim bilik səviyyəmiz də eyniydi. Mən bakir olmadığımı da ona söyləmişdim. Yəni həyatımda indiyədək sevgilimin olduğunu etiraf etmişdim. Çox qəribədir ki, o, nə nömrəsini, nə də şəkilini mənə göndərmədi. Amma onu sevdim. Çox sevdim. Aramızda kiçik skandallar da yaranırdı, hətta onun üçün təsəvvür edilməz dərəcədə çox göz yaşı tökürdüm.

Bizim bir arzumuz var idi: birlikdə Azərbaycandan qaçmaq. İnan mənə, o da məni sevirdi. Bir müddət sonar ondan ayrıldım, çünki israrlarıma baxmayaraq, şəkilini mənə göndərmirdi. Ondan ayrıldığım günlərdə incildiyimdə, tənha qaldığımda yalnız onun üçün ağlayırdım. 

O, hal-hazırda Amerikadadır. Nyu-Yorkda... O, bu ölkədən gedə bildi, amma mənsiz. Mən ailəmi atıb gedə bilmədim. Buna cəsarətim çatmadı… 

O da bir neçə dəfə gey həyatına son qoyacağı ilə bağlı tövbə edib. Çünki Allahın cəzasından qorxur. Ancaq heç nə alınmır. Yenə məni axtarır…

Məhşur fransız filmi var, geylərin həyatından bəhs edir - "Just a question of love". Bu filmin baş qəhrəmanları hər zaman bizim kumirimiz olub. Bu yaxınlarda sevgilim mənə söylədi ki, onu anlamaq üçün "Prayers for Bobby" filmini izləyim. Mən dünən o filmi izlədim. Filmə baxa-baxa həyatıma, bəxtsiz taleyimə, açılıb-bükülməsi mümkün olmayan dünyama acı-acı göz yaşı tökdüm...

Nə o, mənsiz, nə də mən onsuz qala bilmirəm. Onunla indi də danışıram...

Sadəcə, hər kəsə bir kəlmə demək istəyirəm: hər zaman gələcəyinizi, karyeranızı düşünün. Təbiətin və cəmiyyətin qanunlarını pozmamağa, mənim yaşadıqlarımı yaşamamağa çalışın...
 
-  İlk dəfə necə oldu bəs? Hardan bildin ki, o, səni sevir? Axı, sən özün dedin, onu heç vaxt görməmisən. Sadəcə, virtual danışmısız. Bəlkə sən ona ancaq flirt üçün lazım idin? Bəlkə özünə qız dostu tapmayan bəzi oğlanlar kimi sənə yaxınlaşıb?.. 
-  Təbii ki, geylik birdən-birə yaranmayan hissdir. Kim deyirsə ki, məndə geylik əvvəldən olub, inan ki, yalan deyir. Düzdü, mənə gəlincə, bunun dərin kökləri var keçmişimdə. Amma onu da etiraf edim ki, bunu özümə etiraf etməyə çox qorxurdum. Çox istəyirdim. Amma qorxumdan hətta çata da girmirdim. Virtual da olsa, o hissləri, duyguları yaşamayım deyə... Təsəvvür elə, yüksək balla universitetə daxil olmuşam. Mən həyatını təhsilə həsr etmiş bir gəncəm. Sumqayıtda yaşayıram. Universitetə girməklə Bakı mühitinə qədəm qoydum. Metroda yaraşıqlı oğlanlar görəndə məndə hisslər oyanırdı. Fikrimi nə qədər dağıtmağa çalışsam da, özümdən asılı olmadan ehtiraslanırdım. Sonra dözə bilməyib, gey nikiylə çata girməyə başladım. İnsanların mənimlə necə maraqlandığını görəndə birinci təəccübləndim. Sonra isə şirnikləşdim.

Mən ailəmdə, təhsil aldığım kollektivdə heç vaxt gey olduğumu bildirməmişəm, hiss elətdirməmişəm. Hətta qrupda qızlara yanıq gözü ilə baxıram ki, ətrafımdakılar məndən şübhələnməsin. Mənim hələ böyük arzularım, planlarım var. Siyasətlə maraqlanan, irəli getməyə çalışan biriyəm. Hətta bir siyasi partiyanın üzvüyəm. Sosial şəbəkələrdə iki ildən çoxdur ki, varam. Qaldı ki, o virtual danışdığım oğlana... Bəli, mən inanıram ki, o da məni sevir.  Xeyli vaxtdır, onunla danışırıq. O, oğlanlara marağı olan biseksualdır. Amma mənimlə tanış olandan sonar ancaq mənə yazır. Hətta onun postlarına da baxıram çatda. Təkcə mənə yazdığından əminəm. Mən ona inanıram. O, dəfələrlə qızla münasibət qurmağa çalışıb, amma alınmayıb. İnsan psixologiyasına yaxşı bələdəm. Məncə, onu virtual da olsa, yaxşı tanıyıram. Bəlkə də onu tanımasaydım,  gələcəkdə ailə qurardım. Amma indi daha bu haqda fikirləşmirəm… 

İngilis dilini bilirsənsə, "Prayers for Bobby” filmini sən də izlə. Bir geyin keçirdiyi hisslərin şahidi olacaqsan. Dünən filmə baxdıqdan sonra bir xeyli ağlamışam. Atam-anam məni böyüdüb boya-başa çatdırmaq üçün necə əziyyət çəkir, amma oğullarının gey olduğundan xəbərləri yoxdur. Bu, əsl əzabdı mənim üçün.
 
-  Ata-anandan söhbət açdın. Bəs birdən valideynlərin bilsə, nə edərsən? Gey olduğunu bilsələr, bu, onlara necə təsir edər? 
-  Həmişə ağlımda bir şeyi saxlamışam: gey olduğumu ailəm bilsə, intihar edərəm. Yalnız bunu düşünürəm. Eh, mənim həyatım… cəhənnəmdir. Təsəvvür elə, o qədər axmaq, sadəlövhəm ki, ilk dəfə görüşdüyüm oğlanla sevgidən danışıram. O isə ömründə birinci dəfədir gey görür və aglındakı ancaq seksdir. Mənə seks təklif elədi. Əvvəlcə razı olmadım onunla. Sonra çatda yavaş-yavaş danışdıqca, fikrimi dəyişdim. Artıq əvvəlki kimi qorxmurdum hisslərimə görə. Mən heç kimə inanmırdım. Buna görə də çatda birinə nömrə vermək üçün həftələrlə danışırdım həmin adamla…
  
- Özünü anlatdın bizə. Etik çərçivələri aşmamaq şərtilə bu müsahibəni yayacağıq. Səncə, oxucular nə düşünəcək sənin haqqında?.. 
-  Bəzən Azərbaycandakı geylərə olan nifrəti başa düşürəm. Azərbaycan geyləri sırf əxlaqsız həyat tərzi  keçirirlər. Nə gələcəkləri var, nə düzgün etirafları... İnanmayacaqsan, amma mən küçədə, məclisdə, telekanallardakı geylərə gülürəm. Hətta bəzi qızlar kimi, həmin oğlanları söyürəm də. Sən türklərin çəkdiyi "Issız adam” filminə baxmısan?

-   Aha, baxmışam. Amma orda gey obrazı yoxdur, axı…
-  Bilirəm. O film mənim ən sevdiyim filmdir. Bax, ordakı bir obraz mənim həyatımdakı bir gey sevgilimə çox bənzəyir. Mən onun həyatında fərqli nöqtədə idim…

-  Bəs Amerikadakı oğlan?..
-  Amerikadakı oğlanla ancaq virtual yaşamışam. İndi dediyimsə  realdır.
 
-  Yəni həmin oğlanla əməlli-başlı görüşmüsən?
-  Bəli. Və xoşbəxtliyin nə demək olduğunu onunla başa düşmüşəm.  Yaxşısı budur, danışmayım. Mən əclafam…

Asya


Şərhlər:
Baxılıb: 3412
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz