Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Səsə oyandım ki, anam yad kişi ilə...”
“Səsə oyandım ki, anam yad kişi ilə...”
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4523
Səs ver:
"Anamdan gördüyüm işgəncələri ailə qurduqdan sonra da gördüm”
"Zorla Dərbəndə ərə verdilər”
 
İndi oxuyacağınız həyat hekayəti mənim gözlərimin qarşısında yaşanan insan faciəsidir. Onun həyatı uşaqlığımda cığır açıb indiyədək qalmışdı. Bu barədə heç vaxt heç kimə danışmamışdım. Amma o qızın uşaq ağlı ilə düşündükləri, çəkdiyi əzabları heç vaxt unutmadım. Sinif yoldaşım idi. Sakit, qaraqabaq, pambıq kimi yumşaq əlləri var idi. Bizim əllərimiz azacıq soyuq olan kimi quruyub qabıq verirdi. Bənövşənin (adı dəyişdirilib) əlləri isə həmişə ağappaq və yumşaq idi. 

Hər dəfə də deyirdi ki, qab yumaqdan, isti-soyuq suya alışmaqdan onun əllərinə heç nə təsir etmir. O, qab yumaqdan danışanda biz hələ 6-cı sinifdə oxuyurduq. Sinif yoldaşları özlərinə çay tökmədikləri yaşda olanda Bənövşə bütün ailənin qab-qabacağını, paltarını yuyurdu. Üstəlik, dərslərindən də geri qalmırdı. Valideyn iclasında heç vaxt anası görünməzdi. Atası isə deyirdi ki, anası çox işləyir, vaxtı yoxdur. Biz 7-ci sinifdə oxuyanda Bənövşənin ayaqlarını sürüyə-sürüyə məktəbə gələn atasının ayaqları birdəfəlik tutuldu. Onu bir daha məktəbdə, valideyn iclaslarında görmədik. Anası isə cəmi bircə dəfə Bənövşə dərsdə ürəyi getdiyi vaxt məktəbə gəldi. Qızını sakitləşdirmək yerinə onu yoldaşlarının yanındaca vurub evə apardı.

15-16 il sonra Bənövşə barədə yazdıqlarım bəlkə də qeyri-etik və ya sirr yaymaqdır. Ancaq bu mənim üçün uşaq vaxtı izlədiyim insan faciələrindən biri idi. Hər dəfə dərsdən çıxandan sonra Bənövşə mənə qoşulub bizə gələrdi. Nənəm onun qarşısına yemək çəkib qoyanda hər dəfə nənəmə deyirdi ki, yəqin siz də öz bişirdiyinizi yeyə bilmirsiniz. Mən bişirdiyim yeməkləri yeyə bilmirəm, çünki, bişirəndən sonra yoruluram. Onu yola saldıqdan sonra nənəm pəncərədən onun arxasında baxıb ağlayardı. "Yazıq analı yetim” deyib dərdlənirdi. 

Bir həftə Bənövşə dərsə gəlmədi. Heç kimlə dinib danışmayan sinif yoldaşımın məndən başqa dostu yox idi. Müəllim Bənövşə haqqında öyrənməyi mənə tapşırdı. Onların evinə gedəndə atasını yataqda, Bənövşə ilə özündən bir yaş balaca qardaşını isə evi təmizləyərkən gördüm. Bənövşə mənə gizlicə dedi ki, anaları onları atıb gedib. Atasının vəziyyəti isə ağırdır. Ona hər dəqiqə qayğı lazımdır. Məktəbə isə gələ bilməyəcək. 

Beş gün sonra Bənövşə dərsə gəldi. Mənə dedi ki, anası qayıdıb. Ancaq yataq xəstəsi olan atasına əziyyət verir. Ona evdə yemək vermirlər. Altını batırmasına görə isə anası atasına əl qaldırır. Bənövşə onu da dedi ki, anası Dərbəndə satılıq mal gətirməyə gedəcək. Bu gedişində onu da aparacaq. 

Müəllimlər ailə vəziyyətini bildiklərinə görə Bənöşəyə heç nə deyə bilmirdilər. Uşaq yaşlarından ailə qayğısı çəkdiyinə, dərslərindən geri qaldığına görə onlara ancaq üzülmək qalırdı. 

Bənövşə anası ilə dediyi vaxtda Dərbəndə getdi. Qayıdanda isə Bənövşə tamamilə başqa cür qayıtmışdı. Heç kimlə danışmaq istəmirdi. Suallara cavab vermirdi. Sadəcə bircə dəfə onu dedi ki, anasına nifrət edir və özünü öldürəcək. Ona görə çox qorxurdum. Dərsdən sonra Bənövşə nifrətinin səbəbini mənə danışdı. Dedi ki, Dərbəndə gedəndə anası birgə işlədiyi kişi ilə yola çıxıblar. Gecə, yolda anası və kişi elə düşünüb ki, Bənövşə yuxuya gedib. Uşağın olduğu yerdəcə cinsi əlaqəyə giriblər... Bənövşə səsə oyanıb. Lakin, vəziyyəti görəndə səsini çıxarmamağa qərar verib. Mələfəni başına çəkib, qulaqlarını isə yumub. O gündən sonra isə içində anasına dərin nifrət hissi yaranıb. 

Bənövşə uşaqlıq yaşamadı. Gəncliyini yaşamağı isə alınmadı. Məktəbi bitirdiyimiz il Bənövşə dərbəndli bir oğlana ərə verildi. Onu bir daha görə bilmədim. 

Yalnız 7 il sonra qarşılaşdıq. Məktəbdə oxuduğumuz zaman sinfin ən kök qızını tanıya bilmədim. Qarşımda yaşı 40-a çatmış, beli bükülmüş qadın var idi. Dərisi qapqara yanmışdı. Onu "28 May” metrosunun qarşısında, nəm salfetlər satdığı zaman gördüm. Şokda idim. Bənövşə məni tanımışdı. Sevinc və kədər dolu hisslər bir-birinə qarışmışdı. Məni qucaqlayıb ağlayırdı. Bənövşə bu illər ərzində hər dəfə yadıma düşəndə ürəyimin içində bir sızıltı hiss edirdim. Elə bilirdim ki, haradasa yarımçıq bir iş qoymuşam. Onu görməyimə sevinə bilməsəm də rahatladım. Həyatı çox ağır keçmişdi. Ağrılarının hər dəqiqəsi üzündə yazılmışdı. Ərə getdiyi dərbəndli oğlandan 4 uşaq dünyaya gətirmişdi. Lakin, onunla da xoşbəxt ola bilməmişdi. Əri vərəm xəstəliyindən dünyasını dəyişmişdi. Əri öləndən bir il sonra yaşlı kişiyə ərə getmişdi. 

Ərə getdiyi kişinin övladları isə ona və uşaqlarına zülm etməyə başlayıblar. Kişinin böyük oğlu isə onun namusuna toxunmaq istəyib. Uşaqlarına yemək verməyiblər. Deyir ki, uşaqlıqda çəkdiyi zülmləri onlara yaşatmaq istəməyib. Övladlarını da götürüb Bakıya qayıdıb. Anasının aqibətini ondan soruşdum. Bənövşə anasına qarğışlar, söyüşlər yağdırdı. O, ərə getdikdən sonra anası atasını əlil və qocalar üçün pansionata qoyub. Yerini isə heç kimə deməyib. Anası özü isə hazırda Türkiyədə fahişəliklə məşğuldur. Qardaşı narkotika istifadəçisi kimi həbs edilib. Dayıları evlərini satıb. Uşaqları ilə Bakının Sabunçu rayonunda kirayədə yaşayır. İki qızı, iki oğlu var. Qohumlardan yalnız bibisi qızı ona köməklik edir. Maddi vəziyyəti çox ağır olsa da, bu illər ərzində çalışıb ki, heç kimə əl açmasın, başqa yollara düşməsin. Bənövşə azərbaycanlı qadınların Dərbənd həyatından danışanda isə dünya gözümdə qaralırdı. Azərbaycana evlənmək üçün elçi göndərən qoca kişilər qız evinə bəy kimi oğullarını və ya yaxın qohumlarının gənc uşaqlarını təqdim edirmiş. Gəlin yalnız Dərbəndə çatanda görürmüş ki, əslində ərə gəldiyi adam qoca kişidir. 

Bənövşə mən gördüyüm qız deyildi. Onu yaşadıqları soldurmuşdu. Anasından gördüyü əziyyətlər yetməzmiş kimi ailə qurduğu oğlanın anası da onu döyürmüş. Döyülməyinə səbəb isə ilk uşağının qız olması imiş. Qayınanası onu hamiləliyi dövründə dəfələrlə döyüb. Qız doğduğuna görə onu hər yerdə alçaldıb. 

Qız uşağı doğduğuna görə o, qonaq gələndə ev sakinləri ilə eyni süfrədə yemək yemirmiş. 
Bənövşə təhsil ala bilməmişdi. Özü ilə bağlı heç bir arzusu yox idi. Bütün gələcəyi, indisi övladları idi. Uşaqlarının oxuması üçün metronun qarşısında, günün istisində nəm salfetlər satırdı. 

Bənövşə bəlkə də dünyada yalnız mənə öz həyatını etibar etmişdi, yalnız mənə ürək sirrini danışırdı. Mən bu gün onun sirrini yaydım. Bunu bilərəkdən etdim, günahkar deyiləm. 
Heç kim, nə mən, nə müəllimlər, nə də qohumları bir insanın həyatını xilas edə bilmədik. Bənövşənin həyatı paramparça oldu. Bu gün də onun həyatına, acılarına dəstək ola bilmədiyim üçün vicdanım sızlayır. Onun üçün heç nə edə bilmirəm. 

Əziz oxucu, Bənövşə kimi uşaq vaxtı soldurulan, gənc yaşında qocalan bəlkə də ölkədə saysız qızcığazlar var. Onları köməksiz qoymayın...

Günay Muradlı//Publika


Şərhlər:
Baxılıb: 4523
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz