Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Röyanın alt paltarı, Rəqsanənin intim həyatı, Aygünün erotikası...
Röyanın alt paltarı, Rəqsanənin intim həyatı, Aygünün erotikası...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 43818
Səs ver:

 

"Qadınların azad olması bizim kişilərə sərf eləmir”

90-cı illərdə ölkə Latın Amerikası seriallarının ritmiylə yaşayırdı. El içində əsas müzakirələr Migel Anhelin Mariya Lauranın özü ilə, yoxsa bacısı və ya anası ilə evlənəcəyi istiqamətində gedirdi.

Yaşlılar seriallardakı "abırsızlıqlar"dan gen-bol gileylənsə də, serialın başlamasına 15 dəqiqə qalmış ekran qabağında yerlərini gənclərdən tez rahatlayırdılar. Sadəcə Mariyanın şəkilləri maşınların şüşələrini bəzəyirdi, ərlər arvadlarına üzərinə Marianna yazılmış corabları hədiyyə edirdi, evləri venesuelalıların, argentinalıların və braziliyalıların şəkilləri olan təqvimlər bürüyürdü. O vaxtlarda teatrlar, kinoteatrlar, kitabxanalar tamamilə boş qalmışdı. SSRİ-nin virtual sərhədləri yarılandan sonra insanlar yad mədəniyyətlərə acgözlüklə tamaşa edirdilər. Bu hal yerli televiziyaların efirini Türkiyə serialları və evləri çanaq antennalar tam işğal edənə qədər davam elədi. Həmin dövrdə heç ədəbiyyat da yaranmadı, SSRİ-nin sərhədləri daxilində belə özünə pasport qazana bilməmiş milli kino da alt-üst oldu. 2000-ci illərdə mətbuat tədricən sovetdənqalma hər şeyin itirildiyinin fərqinə varmağa başladı. Mövcud siyasi sistemin 90-cı illərdə Milli Azadlıq Hərəkətanın öncüllərinin təlqin etdiyi demokratik prinsiplər üzrə formalaşmadığı gerçəyi də dərk olundu. Möhkəmlənmiş siyasi sistemi dəyişmək üçün tətbiq olunan meydan mübarizəsi effekt verməyincə, dünyada "beyin işçiləri" adlandırılan yazarlar hərəkətə keçdilər.


Bu gün həmin dönəmin məhz "Alma" qəzeti ilə başladığı barədə fikirlərə tez-tez rast gəlinir. Amma "Alma" tələbdən doğan bir gənclik qəzeti idi. Ona qədər inqilabın şüurlarda edilməsi inancına sahib olan liberal düşüncəli fikir adamları vardı ortada. Qəzet məqalələrindən başlanan azad fikirlər tədricən roman və şer formasında kitablara yansıdı. Gəncliyin içində inqilabi dəyişikliyə səsləyən, amma o qədər də populyarlaşmayan rok-qruplar yarandı. Ardından da sosial şəbəkə... Bu gün artıq o proses qarşısıalınmaz hala gəlməyə başlayıb. İnzibati ölçülər, qadağanlara köklənmiş qanunlar, həbslər prosesin qarşısını almaq qüdrətində deyil. Əslində Latın Amerikası seriallarından başlanan siyasi proseslərə laqeydlik meyxana, ulduz yarışmaları, toy kral və kraliçalarının seçilməsi, ekstrasenslər və etirafçıların gecə seansları, Polad Ələmdar ritorikası ilə hardasa genişlənmişdi də. Nə qədər təzadlı görünsə də, azad olmayan televiziya məkanındakı bayağılaşma prosesinə ilk etiraz da elə televiziyanı nəzarətdə saxlayan elitadan gəldi. Prezident Administrasiyasının rəhbərliyi, deputatlar tv-lərdəki rüsvayçılığa etiraz etdilər. Musa Musayevlə Təranə Qumralın yataq əhvalatlarına "Ərəb baharı" prosesindən 100 dəfə artıq maraq göstərən əhali, elə o qəbildən olan məsələlərin ekrana çıxarılmasına etiraz etməyə cəhd göstərdi. Bir tərəfdən hamı həsrətlə "Toy olsun", "Səni axtarıram", "Ay Zaur", "Ulduzlu axşam" tipli verlişləri həsrətlə gözləsə də, o biri yandan hesab edir ki, Röyanın alt paltarının, Rəqsanənin sevgilisi ilə intim həyatının, Aygün Kazımovanın erotik görüntülərinin, Aşıq Tellinin ərə getmək qayğılarının, seksual azlıqların, qız kimi əzilib-büzülən oğlanların televiziyalarda reklamı milli-mənəvi dəyərlərimizə zərbədir. Və ən qəribəsi də odur ki, milli televiziyaların, populyar internet portalların bu qəbildən olan yayımlarını adamlara Avropa dəyərlərinin ölkəyə gətirdiyi zərərlər kimi təlqin edirlər. Məsələnin bu cür qoyuluşu bir tərəfdən Avropanın sivil və demokratik dəyərlərinin ölkəyə gəlməsindən narahat olan hakimiyyətə sərf edirsə, digər tərəfdən də, ölkəni dinin və şəriət idarəçiliyinin təsiri altına sürükləmək istəyən qüvvələrin işinə yarayır.


İndi iş elə gətirib ki, "gender bərabərliyi", "qadın azadlıqları" kimi sözlər "Dubay fahişəxanaları" sözünün sinonimi kimi səslənir. Azərbaycan sekulyarizmlə din, sovetdənqalma vərdişlərlə Avropa inteqrasiyası, mühafizəkar ailə modeli ilə modern ailə, məxfi intim münasibətlərlə azad seks, qadın azadlıqları ilə hicab, milliliklə kosmopolitizmin arasında vurnuxma mərhələsinə gəlib çatıb. Azad yazarlardan ibarət azsaylı kəsim, müasir gəncliyin və ziyalıların kiçik bir hissəsi sekulyarizmi, Avrointeqrasiyanı, modernləşməni, azad münasibətləri, kosmopolitizmi tərcih etsə də, mühafizəkar əksəriyyət buna inadla qarşı çıxmaqdadır. Əksəriyyətdə ölkədəki problemlərin kökündə demokratikləşmənin, hüquq və azadlıqlar tələbinin, yad mədəniyyətlərin mənimsənilməsinin dayandığı düşüncəsi var. Son vaxtlar xüsusilə sosial şəbəkələrdə mühafizəkar kəsimdən eşidirik ki, gül kimi milli-mənəvi dəyərlərimiz vardı, amma Avropanın təbliği bu dəyərləri məhv edir. Yaxud deyirlər ki, postmodernist yazarlar azad seksi, düşüncələrin açıq ifadəsini təbliğ etməklə, dinə qarşı çıxmaqla camaatımızı pozur.


Bəs gerçəkdə nə baş verir? Tanınmış fikir adamlarından biri, kulturoloq Elmir Mirzəyev bu məsələləri Fikir Fabrikinə şərh edərkən deyib: "Azərbaycanlılar istənilən halda Avropa xalqıdır. Azərbaycan anlayışını yaradan adam bizim ilk yazarımız Mirzə Fətəli Axundov olub. İstəsək də, istəməsək də xalqı ədəbiyyat yaradır. Axundov 19-cu əsrdə yaşayıb yaradanda Avropadakı ümumi təmayülə uyğun olaraq ateist idi. O vaxt ateizm Avropada bir növ intellektualların inanc yeri kimi idi. Ateist olmayana sanki qeyri-adi baxırdılar, o, dinsiz kimi bir şey idi. O vaxtlar hətta Tolstoy və Dostoyevski ekzotik görünürdülər. Çünki hər ikisi çıxış yolunu dində axtarırdı. Bizimkilərin Avropa bizi pozur söhbətinə gəldikdə isə, Avropa Rəhman Bədəlovun sözü ilə desək, kontinent deyil, dəyərlər sistemidir. İstənilən halda bizim cəmiyyət inkişaf edib bu dəyərlərə gəlib çatacaq. Yüz il əvvəl bizim heç ağlımıza gəlməzdi ki, bu günkü cəmiyyətə gəlib çata bilərik. Yüz il əvvəl başqa şeylərin davası gedirdi. Tutaq ki, teatrın səhnəsinə qadın çıxa bilərmi, çıxa bilməzmi, qadın çadrasız gəzməlidir, ya yox, uşaqları oxutmuram, əl çəkin və s. İndi isə biz Avropalıyıq. Gəlin baxaq, Avropaya qarşı çıxanlar kimlərdi? Avropanın yaratdığı maşından, texnikadan, incəsənətdən, bir sözlə Avropanın yaratdığı hər şeydən yararlanan adamlar. Onlar nəinki sadəcə istehlakçı olmaları ilə razılaşırlar, hətta deyirlər ki, biz alternativik. Sən necə alternativ ola bilərsən ki, son beş yüz ildə Yaxın Şərq bəşəriyyətə heç bir sahədə heç bir yenilik verməyib. İstər incəsənətdə, istər təbabətdə, istər elmdə, istər ədəbiyyatda, istər məişətdə. Biz hazırkı dövrdə yalnız Avropanın yaratdığı dəyərlərin istehlakçısıyıq. Avropalıların yaratdığı maşınlardan, cihazlardan, filmlərdən, parfümlərdən, paltarlardan istifadə edək, amma deyək ki, dövlət, cəmiyyət modelini biz özümüz yaradırıq. Bu mümkün deyil axı!".


E.Mirzəyev qadın hüquq və azadlıqları barədə tələblərin əxlaqsızlığa təşəbbüs və dəyərlərin aşınması kimi improvizə edilməsinə də qarşıdır: "Götürək avropalı qadınla bizim qadının fərqini. Bizim qadın tamamilə asılı vəziyyətdədir. Sırf zənginlik mənasında götürsək, sosial iyerarxik pillənin yuxarısında olan qadın sadəcə öz ailəsinə tabe olur, məcbur olur ki, öz ailəsinin dedikləri ilə hərəkət etsin. Amma aşağı təbəqələrdə olan qadınlar arasında fahişəliyin səviyyəsi yüksəkdir. Çünki bizdə qadın heç bir mənada azad deyil. Avropalı qadın heç zaman hansısa basqının altında seksual kontakta getməyəcək. Çünki o azaddır. Onun öz işi, təhsili, bank hesabı, maliyyəsi, azadlığı var. Qadınların azad olması bizim kişilərə sərf eləmir. Bizim cəmiyyətdə reqressiya faktoru kimi mən qadınları deyil, kişiləri görürəm. Cəmiyyətimizdə əsas konservativ təbəqə kişilərdir. Əgər Avropadakı model tətbiq olunacaqsa, hər bir qadının azad təhsil hüququ olacaq. əgər o adam yaxşı təhsil alırsa, həyatı sığortalanıbsa, hərtərəfli təminatı varsa, öz işi ilə məşğuldursa, onun kişilərdən asılılığı sırf estetik, bioloji səbəblərdən ola bilər. Başqa bir səbəb yoxdur. Bizim qadınlar isə çox ağır şərtlərlə kişilərdən asılıdırlar. Həm iyerarxik, həm sosial, həm maddi. İstənilən halda cəmiyyətdə kişilərin ağır dominantlığı, basqısı var. Gərək qadınlar öz haqları uğrunda üsyan etsinlər."


Kulturoloq kosmopolitizm əleyhdarlarına da ritorik suallar ünvanlayıb və hesab edir ki, bizim milliliyimiz özünü heç nədə ehtiva etmir: "Kosmopolit nəyə deyirlər? Mən gəlmişəm "28 Mol"a, kofe içəcəm, Braziliya kofesidir, sonra gedib filmə baxacam, Amerika və ya Yapon istehsalıdır, əlimdəki telefon Koreya istehsalıdır, qulaqcıq bir başqa ölkənindir, əynimdəki paltar Türkiyə istehsalıdır. Biz necə kosmopolit olmaya bilərik? İndiki dünyada 2-3-4 dil bilməyən adam, özünü rahat hiss edə bilmir. Milli deyəndə, əlbəttə ki, xarakterdə nəsə var. Məsələn, fransızlarda özünəməxsus yüngül xarakter var, almanlar bir qədər ciddi xalqdılar və s. Bu özəlliklərdir və bu özəllikləri qabardıb onunla fəxr eləmək, yalnız onunla yaşamaq olmaz! Düzdür, dünyada kinoda var ki, milli xüsusiyyətləri bəzən yumoristik dillə qabardırlar. Ona qalsa bizim milliliyimiz alınmayıb. Sovet vaxtı kinemotoqrafda milliliyi gürcülər göstərə bildilər. Amma bizim kinemotoqrafda alınmadı. Milliliyin əsas göstəricisi incəsənətdir. Biz də onu ortaya qoya bilmədik. Belə olan təqdirdə, biz onunla necə fəxr eləyə bilərik? Əksinə bu bizim zəif yerimiz olduğu üçün, üstünü vurmamağa çalışmalıyıq. Ermənilərin kinosu o qədər də güclü deyildi. Sergey Paracanov Tiflis ermənisi idi, onu əvvəl ermənilər qəbul etmirdilər. Sonra görəndə ki, brenddir, İrəvanda onun adına yalandan muzey düzəltdilər. Baxmayaraq ki, o heç vaxt İrəvanda yaşamayıb. Paracanov regional millilik estetikası yaratmışdı. Lakin bizdə heç bu da olmayıb." Son zamanlarda Azərbaycanda dinin təsirinini güclənməsini isə E.Mirzəyev belə şərh edib: "İnsanları divara dirəyəndə, onların heç bir ümid yeri qalmayanda, cəmiyyətdən əli üzüləndə, əlbəttə gedib mütləq həqiqətə istinad etmək istəyəcək."///ffi.az/

 



Şərhlər:
Baxılıb: 43818
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz