Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Mən virus kimiyəm, bir kişinin qanına qarışdımsa, ölənə qədər çıxmıram” - FOTOLAR
“Mən virus kimiyəm, bir kişinin qanına qarışdımsa, ölənə qədər çıxmıram” - FOTOLAR
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1838
Səs ver:

 

Məşhur müğənni Hilal Cebebci Türkiyə mətbuatına müsahibə verib. maraqlı olacağını nəzərə alıb həmin materialı təqdim edir:   

- Sizə müsahibə təklif etdikdə nə hisslər keçirdiniz?
- Hmmm… Karyeram boyunca jurnallara ən çox manşet olan sənətçiyəm. Fotosessiyalarımı yayımlayan jurnalların sayını heç kim keçə bilmir. Mənim çəkilişlərimdə ortaya keyfiyyətli və estetik şəkillər çıxır. Məndən öncə çəkilən şəkilləri gördükdə "Bu bir kabusdurmu?" deyirəm. (Gülür)


- Bəs indi çəkiliş necə keçdi?
- Hər çəkilişdə olduğu kimi möhtəşəmdi. Mənim üçün detallar çox əhəmiyyətlidi. Həmin anda işimə köklənirəm və bütün problemlər kənarda qalır. İşimi çox yaxşı gördüyüm üçün çox vaxt uğurlu olur. Fotosessiya zamanı istəmirəm ki, yanımda kişi olsun. Çünki həmin vaxt kamerayla bütünləşirəm. O mənim sevgilim olur. Kamerayla adətən sevişirəm. Boğazıma qədər örtülü olsam da, mənim bir baxışım hər şeyi söyləyir.

 - Fotosessiyadan əvvəl söhbət edərkən qarşımda çox mədəni bir qadın gördüm. Səncə, səni tanımayan insanların da sənin barəndə fikirləri bu cürdür?
- Məni sadəcə, ekrandan tanıyanlar, təbii ki, həqiqi Hilalı anlaya bilməzlər. Şou dünyası əyləncəlidir. Biz siyasətçi deyilik. Buna görə də həqiqi keyfiyyətlərimiz və dünyagörüşümüz də başa düşülmür. Həmişə əyləncə proqramlarında göründüyümüz üçün də insanlar bizim həyatımız boyunca əyləndiyimizi düşünürlər. Əslində şəxsi həyatımda olduqca ciddi insanam. Bəzi vaxtlarda isə lap, kabus kimiyəm. Həmin anda mənimlə danışmağa cəsarət edə bilməzsən.

- Məncə, özünü çox ağıllı hesab edirsən...
- Bəli. Uşaqlığımdan bəri ağıllıyam. Ümumiyətlə kişilər ağıllı qadınları çox da bəyənmirlər. Kişilərin nə istədiyini çox yaxşı bilirəm. Onların nə qədər ağıllı olmağın veclərinə deyil. Buna görə də digər qadınlar kimi baş-beyinlərini aparmıram. Qısaca, bir kişini idarə etməyi yaxşı bilirəm. Mən virus kimiyəm. Bir kişinin qanına qarışsam, ölənə qədər çıxmaram. Ətrafım məni unutmayan kişilərlə doludur. Təbii ki, bu da mənim xoşuma gəlir. Ancaq əsla lovğalanmıram. Lovğalıq və qürur sevmədiyim şeylərdir. İstərdim ki, qarşımda həmişə eqolarından uzaq, sevgi dolu insanlar olsun.

                  

- Yaxşı məşuqsan?
- Bir kişini xoşbəxt etməyin yolunu bilirəm. Bu məşhur "azadlığa düşkün" xüsusiyyətim ucbatından, məndən ayrılan kişi dostlarım həmişə psixoloji dəstək alırlar. Bu özünütənqiddir. Onlardan həqiqətən üzr istəyirəm. Kişiləri xoşbəxt etdiyim qədər də özümün kədərlənməyim bir həqiqətdir. Mən azad ruhluyam və çox məhdudiyyətlərə boyun əymirəm. Münasibətdəki yeganə nöqsanım da budur.

- Qadınların məşhur "Doğru adam" adlandırdıqları insanla qarşılaşmısan?
- Onsuz da, həmişə doğru adamlarla qarşılaşmışam. Ancaq həmişə münasibətlərimdə yanlış olan adam mən oluram. Çox vaxt problem məndə olur. Məni ələ almaq çox çətindir. Qəribə xüsusiyyətlərim var. Bəzən dəli-dolu, bəzən psix və gözüdönmüş oluram. Bir kişi üçün ən pis şey qadını idarə edə bilməməsidir.  Bəli, belə bir qadına dəli kimi aşiq ola bilərlər, ancaq bir o qədər də acı çəkərlər.

- Panpişlərin səni gördüklərində nə hiss edəcəklər? Həmçinin aralarında qısqanclıq edənlər olurmu?
- Panpişlərim mənim hər şeyimdir. Bəli, öz aralarında qısqanclıq edirlər, ancaq onları heç bir kişiyə dəyişmərəm, Messi olsa da.

                     

- Messiyə elə dəyişərsən ki...
- Yox, vallah, dəyişmərəm. Əminəm ki, bu jurnalda olan şəkillərimi bəyənəcəklər və fotolarım onların otaqlarını bəzəyəcək. Ümid edirəm ki, onların qəlbində əbədi qalacam. Ən böyük arzum məni çox sevmələridir. Panpişlərimi çox sevirəm, onlar üçün möhtəşəm mahnılar hazırlayıram. "Görəsən bəyənəcəklər?" deyə düşünərək vaxtaşırı mahnıları dəyişdirirəm. Bütün bunlar da albom hazırlığının başa çatmasını uzadır. Onlara daha yaxşısını vermək istəyirəm. Panpişlərimlə aramızda çox xüsusi bir bağ var. Bunu anlamaq istəməyənlərə anlatmaq kimi bir məcburiyyətimiz isə yoxdur. Bəziləri elə davranır ki, sanki Hilal Cebeci yeni törəyib. Onlara sadəcə, gülürəm. Cəmiyyətimiz tənqid etmək alışqanlığını tərk eməlidir.

- Səni heç narahat edən panpişlərin olurmu?
- Əsla olmur. Onlar mənim şirin panpişlərimdir, hər şeyimdir. Burdan onlara öpücüklər göndərirəm.

- Yaxşı, "panpiş” sözün medya tərəfindən çox bəyənildi. Yeni bir söz gələcəkmi bundan sonra?
- Yox, vaxtaşırı söz icad etmiyəcəm təbii ki. Hilalı sevən hər kəs panpişdir və bu artıq belə qalacaq.

- Səncə, reklamın yaxşısı pisi olur?
- Reklamın şübhəsiz yaxşısı və pisi olur. "Olmaz” deyənlər çox yanılırlar. Reklamçılar belə bəzən elə xətalar edirlər ki, çox satılacaq bir məhsulun ticarət həyatı başlamadan bitir. Ona görə də reklam strategiyaları həmişə yaxşı hazırlanmalıdır. Hazırda mənimlə işləmək istəyən reklam firmaları var. Aktiv şəkildə olmasa da, fikir çərçivəsində dəstək olduğum reklamçılar var.

- Hazırda tənhasan?
- Bu yaxınlarda məşuqumdan ayrıldım. Yəni təkəm. Hətta aylardır rahibə həyatı yaşayıram. Gənc və sağlığı yerində olan qadınam. Şübhəsiz ki, mənim də bəzi ehtiyaclarım var. Ancaq birini bitirib, o saat başqasına başlaya bilmirəm. Mütləq bir müddət tək yaşamalı oluram. Təbii ki, bu çətin olur, ancaq tələsik başlanan münasibətlər sağlam olmur.

- Diqqət cəlb etmək çox xoşuna gəlir?
- Bu bütün qadınların xoşuna gəlir. Qadın diqqətlə qidalanır, özünü yaxşı hiss edir və əhval-ruhiyyəsi yüksəlir. Bunun əksini iddia edənin qadın olmağına şübhə edirəm. Mən diqqət cəlb etməyi həyatım boyunca xoşlamışam. Hətta ölürəm diqqət cəlb etmək üçün. Lütfən, hamı məndən bəhs etsin! Məndən danışsın! İnanın çox xoşbəxt oluram.


- Twitter izləyicilərin üçün paylaşmağı düşündüyün başqa şəkillər varmı ağlında?
- Estetik olan bütün şəkillərimi şübhəsiz ki, paylaşacam. Şəkil bir sənətdir və mən bu şəkillərimlə bir sərgi də təşkil eləməyi düşünürəm. (Gülür)

- Bəziləri bu görüntülərin özününümayiş olduğunu düşünür. Səncə, özününümayiş nədir?
- Hər insan özününümayiş edir. Təbii ki, bunun həddi olmalıdır. Bəzi insanlar içlərindəki nümayiş olunma duyğusunu estetika ilə bütünləşdirərək ortaya çıxarır. Bir çox tanınmış rəssamın, ya da onlara poz verənlərin etdiyi kimi... Özününümayiş insan sağlığına zərər verəcək səviyyədə deyilsə, məncə, bunda bir problem yoxdur.

- Tez əsəbləşirsən?
- Hə, tez əsəbləşirəm və doğrudan bir kabusa dönürəm. Heç gizlətmirəm... Bir az söyüş söyürəm. Eyni zamanda kinliyəm. Bunlar sevmədiyim xüsusiyyətlərimdir. Məni incidən biri varsa, intiqamım qorxunc olur. Mənə pislik edən qardaşım belə olsa, mütləq əvəzini çıxıram. Mənə ediləni əsla unutmuram. Mənə sevgiylə gələnə mən də sevgiylə gedirəm. Onsuz da məni tanıyanlar "iki Hilal var" deyirlər. Biri mələk, digəri kabus... Ancaq günah məndə deyil. Belə deyim, yaxşı olanları sevirəm, pislərin də dərslərini verirəm. (Gülür)

- Burulğan qorxusundan xaricə gedə bilmirsənmiş. Bəs təyyarəyə heç minmirsən?
- Təbii ki, təyyarəyə minirəm. Amma xaricə olan uçuşlarda burulğan olduğu üçün bu təyyarələrə minmirəm. Buna görə də xaricdə konsert verə, orda yaşayan soydaşlarımızla görüşə bilmirəm. Bu da məni çox kədərləndirir. Həyatda heç nədən qorxmayan mən, burulğan qorxumu heç cür yenə bilmirəm. Fobiyası olanlar nə demək istədyimi çox yaxşı anlayacaqlar.


Şərhlər:
Baxılıb: 1838
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz