Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Baxıcı qadın əvvəlcə atasını, sonra ərini əlindən aldı
Baxıcı qadın əvvəlcə atasını, sonra ərini əlindən aldı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2307
Səs ver:
Nazilə deyir ki, anası dünyasını dəyişdikdən sonra atası qardaşını və onu tək böyüdüb. Qardaşı Asif və Nazilə orta məktəbi bitirdikdən sonra da atası başqa qadınla evlənmək istəməyib. 

Nazilə ana xiffəti ilə, gözüyaşlı böyüyüb. Xatırlayır ki, anası öldükdən sonra atası onlara həm ata, həm də ana olub. Hər gecə qardaşı ilə Nazilə yuxuya getdikdən sonra atası səhəri gün üçün yemək hazırlayıb. Paltar yumaqdan əlləri qabar olan kişi çoxlarının kinayəsi ilə qarşılaşıb. Onlara yaxşı təhsil verib. Özü işlədiyi İnstitutda hörmət qazanıb. Yenə də Asiflə Naziləyə ögey ana əziyyəti göstərməyib.

Lakin, Nazilə ailə həyatı qurduqdan sonra atasının vəziyyəti ağırlaşıb. Atası qəfil xərçəng xəstəliyinə tutulub. Nazilə ailəli olduğu üçün hər gün atasına baş çəkə bilməyib. Qardaşı Asif atasına baxıcı tutub. Sabir günlərlə xərçəng xəstəliyinin verdiyi əzabı yaşayıb. Ağrıları azaltmaq üçün həkim morfidən istifadəyə keçir. Bu da uşaqların yükünü bir qədər azaldıb. Baxıcı bir neçə ay atası və Asif ilə bir evdə yaşayıb. Təxminən 3 ay sonra atası Asifi və Naziləni  çağırıb evlənmək istədiyini deyir. Qızı və oğlu  bu xəbəri eşidib şoka düşür. Çünki, illərlə uşaqları təkid etsə də, evlənmək istəməyən Sabir qəfildən, xəstə vaxtında evlənməyə qərar verir. Uşaqları atalarının yaxından tanımadıqları baxıcı Kifayətlə evlənməsinə etiraz etsələr də, sonradan razılaşmalı olur. Atası üç gün sonra Kifayətlə evlənir. Rəsmi nikah bağlanır. Bir həftə sonra isə atası dünyasını dəyişir. 

Nazilə deyir ki, onu böyüdən insanın-atasının vaxtsız ölümü onu elə dəhşətə gətirmişdi ki, hadisələri analiz edə bilmirdi. Yas mərasimində Kifayət qohumlara özünü Sabirin arvadı kimi təqdim edirdi. Atasının qırx mərasimindən sonra isə Kifayət Naziləni açıq söhbətə çağırır. Ona deyir ki, bir daha evində nə Asifi, nə də ki Naziləni görmək istəyir. Nazilə və Asif əvvəlcə heç nə anlamır. İki gün sonra isə Nazilənin evinə məhkəmədən çağırış vərəqəsi gəlir. Vərəqədə deyilir ki, Nazilə Kifayətin evinə zorla girməyə cəhd edir. Asif və Nazilə başlarına gətirilən oyunu nəhayət ki, anlayır. Kifayət onların atasının anlaqsız vəziyyətindən istifadə edib evi əlinə keçirir. Nazilə və Asif  bir daha doğulub böyüdükləri evə gedə bilmirlər. 

Nazilə danışır ki, hadisələrin baş verdiyi ərəfədə hamilə olub. Qardaşı isə xaricdə təhsil almağa getdiyi üçün ona dəstək verən olmayıb. Psixoloji sarsıntı keçirib. Atasının ölümü ilə bərabər yad qadın onun evini əlindən alıb. Nəhayət, Nazilənin həyat yoldaşı arvadına təskinlik vermək, həmçinin işi aydınlaşdırmaq üçün evlə bağlı məhkəməyə müraciət edir. Məhkəmə isə işi polisə göndərir. 6 aylıq araşdırmadan sonra məlum olur ki, Kifayət Sabirlə evləndiyi gün şəxsiyyət vəsiqəsi alıb. Elə həmin gün də rəsmi nikaha girib. Sabirin ölümünə səbəb isə xərçəng xəstəliyinin son həddə metastazı yox, başından aldığı zərbə olub. Sabir isə sağlığında evi heç kimə vəsiyyət etməyib. Halbuki, Kifayətin iddiasına görə, Sabir evi məhz, ona vəsiyyət etmişdi.  Beləliklə, vəziyyət dəyişir. Kifayətlə bağlı başqa faktlar da ortaya çıxır. Onun əvvəllər dələduzluq maddəsi ilə həbsdə yatması, bir kişinin ölümündə ittiham olunsa da, həbs olunmaması ortaya çıxır. Bütün bunların fonunda isə polis Kifayəti həbs etmək üçün yetərincə fakt olmadığını deyir.

Nazilə 1 il müddətində çəkdiklərini danışır. Deyir ki, böyüdüyü evə kənardan həsrətlə baxdıqca için-için ağlayırmış. Kifayətlə dəfələrlə razılığa gəlməyə cəhd etsə də, hər dəfə bu cəhdləri uğursuzluqla nəticələnir. Kifayətlə söhbətdən sonra isə vəziyyəti pisləşir. Həyat yoldaşı Naziləyə Kifayətlə kontakta girməyi qadağan edir. 

Təxminən, il yarımdan sonra Kifayətin qızı kimi özünü təqdim edən Dilarə adlı qadın peyda olur. Dilarə Nazilənin evinə gəlib deyir ki, anası Kifayətə nifrət edir. Müəyyən məbləğ qarşılığında anasını ifşa edib evi əlindən almaq üçün onlara kömək edə bilər. Nazilə bununla razılaşır. Ərindən xəbərsiz 2200 ABŞ dollarını Dilarə adlı qadına verir. Lakin, Dilarənin üzünü bir də görmür. Bununla bağlı polisə müraciət edəndə isə polis şikayəti əsassız hesab edərək rədd edir. 

Nazilənin belə bir düşüncəsiz hərəkətindən sonra əri ilə arasında böyük mübahisə yaranır. Mübahisə 4 ay sonra boşanma ilə nəticələnir. 
Nazilə atasının vəfatını, evlərinin əlindən çıxmasını, aldadılmasını, həyat yoldaşının onu tərk etməsini xatırladıqca göz yaşı tökür. Onun saflığı, hamıya inanması həyatını puç edir. 
Yeganə övladı Sahilin isə ana bətnində güclü stress keçirdiyi üçün psixoloji problemli dünyaya gəlməsi ilə nəticələnib. Nazilə qardaşı Asifi çox axtarsa da tapa bilməyib. Bu qədər müddətdə cəmi bircə dəfə onunla telefonda danışıb. Yaşadığı ölkəni, vəziyyətini isə deməyib. Ancaq onu deyib ki, Kifayətdən ehtiyatlı olsun. 

Nazilənin yaşadığı şok bununla bitməyib. Əri ilə ayrıldıqdan sonra xəbər tutub ki, əri Kifayətlə bir evdə - onun atasının evində birgə yaşayır. Bu münasibət isə onlar boşandıqdan az sonra başlayıb.
Nazilə hamıya inamını itirib. Kirayə yaşadığı evdə çox böyük əziyyətlər çəkir. Hər gün şəraitsiz evdə xəstə uşaqla cəhənnəm əzabı yaşayır. Güzəranını isə evdə yazılar tərcümə etməklə qazanır. Bu isə onların kirayəsinə və qidalanmasına yetir. 

Nazilənin hazırkı maddi vəziyyəti imkan vermir ki, o, yenidən məhkəməyə müraciət etsin. Lakin, o iddia edir ki, Kifayət onun atasının qatilidir. Atası evi həmin qadına vəsiyyət etməyib. Qadın əvvəlcədən hər şeyi planlaşdırıb. Atasını, evini, ərini onun əlindən alıb. Məhkəmə-tibbi ekspertizası Sabirin ölüm səbəbi kimi başından zərbəni göstərir.  Nazilə ədalət axtarışındadır. "Haqqını ver, ədalətini al” prinsipinə isə maddi çətinliyinə görə ayaq uydura bilmir.

Əziz oxucu, Nazilənin başına gələnlər hüquq pozuntusudur. Nə saflıq, nə də qanunu bilməmək hüquq pozuntusuna əsas vermir. Ədalət sizinlə olsun.

Günay Muradlı.//Publika


Şərhlər:
Baxılıb: 2307
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz