Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Leyla Əliyeva moda müsabiqəsində [foto]
Leyla Əliyeva moda müsabiqəsində [foto]
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 9604
Səs ver:
Moskvada "RAGB-Fashion Day” moda müsabiqəsi keçirilib

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə mayın 5-də Moskvanın mərkəzindəki "MOD-Design" Müasir Dizayn və İnnovasiyalar Mərkəzində gənc Rusiya və Azərbaycan dizaynerlərinin "AMOR-Fashion Day" moda müsabiqəsi keçirilib.

RAGB və "Baku" beynəlxalq jurnalının təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan və Rusiyanın gənc dizaynerləri ən yeni geyim kolleksiyalarını təqdim ediblər.

Möhtəşəm moda bayramında Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak ediblər.

Gecəyə gələnlər "MOD-Design" Mərkəzinin foyesində "Baku" jurnalının təqdimatı ilə "BAKU-Fashion" fotosərgisi, habelə məhəndiyə (bədəndə xına ilə rəsmlər) ustalarının işləri ilə tanış olublar.

Böyük nümayiş zalında gecənin aparıcıları - RAGB-nin əlaqələndiricisi Natiq Əliyev və Yelena Tereşşenko gənc dizaynerlər Səbinə Abışova, Ülviyə Şabanova, Elnurə Bədəlova, Tamilla Baysaqurova, Ayna Maqomaliyeva, Vəfa Rəhmanova, Natalya Litvinova, Xədicə və Luiza Arapxanovalar, Olqa Petrova, Svetlana Privalovanın ən son moda kolleksiyalarından danışıblar.

Kolleksiyaların hazırlanmasında bu mövsümdə çox aktual olan ipək, şifon, krujeva və əlbəttə, hamının çox sevdiyi pambıq parçalardan istifadə olunmuşdu. Podiuma çıxan modellərin təqdimatında gündəlik həyat üçün rahat geyimlərlə yanaşı, qeyri-adi, avanqard üslubda ideyalar da maraq doğurub.

Tanınmış Rusiya dizayneri və stilisti Vladislav Lisovetsin rəhbərliyi ilə münsiflər heyətinin yekdil rəyinə əsasən azərbaycanlı dizayner Səbinə Abışovanın "Cəsarət" (Derzost) kolleksiyası birinci yerə layiq görülüb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva müsabiqənin diplomunu və "Baku" jurnalının hədiyyələrini Səbinə Abışovaya təqdim edib.

Elnurə Bədəlova "Dəlib keçən" ("Naskvoz") kolleksiyasına görə münsiflər heyətinin sədri Vladislav Lisovetsin xüsusi mükafatını alıb.

Xədicə və Luiza Arapxanovaların "Möhtəşəm yüz il", Ülviyyə Şabanovanın "Kəpənək uçuşu", Natalya Litvinovanın "Çayın üstündən uçarkən" kolleksiyaları münsiflər heyəti üzvlərinin ayrıca mükafatlarına layiq görülüb. Sonda dizaynerlər tamaşaçıların alqışları altında kolleksiyaları nümayiş etdirmiş modellərlə birlikdə podiuma çıxıblar.

Münsiflər heyətinin sədri Vladislav Lisovets AzərTAc-ın müxbirinə deyib: "Çox şadam ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan və Rusiya dizaynerlərinin bir meydanda işləməsinə imkan yaradan belə bir layihə həyata keçirilib. Bir bakılı kimi də bu tədbirdə iştirak etməkdən məmnunluq duyuram. Bu gecə burada olduqca səmimi ab-havanın şahidi oldum".

"RAGB-Fashion day" bir çox beynəlxalq əhəmiyyətli moda müsabiqələrinə və nümayişlərinə ev sahibliyi edən Rusiya paytaxtının mədəni həyatında əlamətdar hadisəyə çevrilib. Müsabiqə iştirakçılarının fikrincə, layihə moda aləmində ilk addımlarını atan dizaynerlərin beynəlxalq moda industriyasına inteqrasiyası, ən qabaqcıl və cəsarətli ideyalarını tamaşaçılara təqdim etməsi, mötəbər moda mütəxəssislərinin rəyindən bəhrələnməsi, bu sahədə yeni tendensiyaları müzakirə etməsi üçün misilsiz fürsətdir.

Gecənin qonaqları arasında Rusiya və Azərbaycanın tanınmış ictimai xadimləri, məşhur stilistlər, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin, Ümumrusiya Azərbaycan Konqresinin təmsilçiləri var idi.

Leyla Əliyeva moda müsabiqəsində [foto]

Leyla Əliyeva moda müsabiqəsində [foto]

Leyla Əliyeva moda müsabiqəsində [foto]

Leyla Əliyeva moda müsabiqəsində [foto]

Leyla Əliyeva moda müsabiqəsində [foto]

Leyla Əliyeva moda müsabiqəsində [foto]

Leyla Əliyeva moda müsabiqəsində [foto]


Şərhlər:
Baxılıb: 9604
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz